Məhkəmə qərarları › İş №2(002)-2330/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2330/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2330/2021 30.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdeh X6 və onun vəkili X7,, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh X8 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı «borc » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 borclu olduğu 25720 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti aşağı olduğundan özünə məxsus olan şəxsi qızıl zinət əşyalarını və müəyyən məbləğdə qazanc götürmək məqsədilə X1 məxsus olan qızıl zinət əşyalarım dəyərini hissə-hissə qaytarmaq şərtilə X2 vasitəsi ilə tanıdığı Cavabdeh qızı adlı bir qadına satmışdır. Cavabdeh qızı əvvəlcədən razılaşdıqları kimi vaxtında ödənişləri həyata keçirsə də bu ilin mart ayından ödənişləri dayandırmışdır. Belə ki. səbəbini soruşduqda o həmin əşyaları X9 adlı bir qadına satdığını lakin həmin şəxsin ödəniş etmədiyini, eləcə də onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməsini bildirmişdir. Ona gözləməyi tövsiyyə etmişdir. Lakin əvvəlcədən də qeyd etdiyi kimi maddi ehtiyac səbəbindən öz şəxsi ə digər şəxslərdən götürdüyüm zinət əşyalarını satdığından gözləmək imkanı yoxdur. Beləliklə Cavabdeh qızı qaytarmalı olduğu 25720 manat cəyərində nə qızıl zinət əşyalarını, nə də onun dəyərini qaytarmamışdır. Bu səbəbdən də hüquq müstəvisində mübahisələrini davam etdirmək məcburiyyətində qalmışdır. Dediklərini təsdiq edəcək şahidləri, sms yazışmalar və səs yazıları vardır. Eləcə də təqdim edilmiş zinət əşyalarının qeyd cədvəli də onun tərəfindən məhkəməyə təqdim ediləcək.Qeyd edilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflər aarsında qızıl-zinət əşyalarının alqı-satqısına dair şifahi müqavilədən irəli gələn hüquq münasibətlərinin yarandığını, iddiaçı tərəfindən qızıl-zinət əşyaları cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən onun dəyəri ödənilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iddia tələbini etiraf edərək, 25.720 manat məbləğində qızıl aldığını və ödəmədiyini, Lalədən ödənişi ala bilmədiyinə görə ödəyə bilmədiyini bildirərək, bu barədə yazılı ərizə təqdim etdi. Cavabdehin vəkili məhkəmə iclaısnda cavabdehin izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasında izahat verərək, qızılları aldığını lakin onların borcunu ödədiyini və hal-hazırda borcunun olmadığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaısna gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında qızıl-zinət əşyaların alqı-satqısına dair şifahi müqavilənin bağlanılması, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 25720 manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehin mülkiyyətinə verməsi, cavabdeh tərəfindən həmin əşyaların qəbul edilməsi, lakin əşyaların dəyəri olan 25720 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməməsi halını hər iki tərəf təsdiq etməklə, qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. Göründüyü kimi, hazırki mülki iş üzrə cavabdehin iddiaçı qarşısında 25720 manat məbləğində alqı-satqə müqaviləsi üzrə borc öhdəliyinin yaranması işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinin etiraf edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hazırki mülki iş üzrə cavabdehin iddia tələbinin etiraf olunmasına dair yazılı ərziəsini əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 qızıl-zinət əşyalarının alqı-satqı müqaviləsi üzrə yaranmış 25720 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 qızıl-zinət əşyalarının alqı-satqısı müqaviləsi üzrə yaranmış 25720 manat məbləğində borc pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar