Məhkəmə qərarları › İş №2(002)-2334/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2334/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2334/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçının X1, Cavabdeh iştirakları ilə , İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə 520 manat əsas borc, 130 manat,80 qəpik dəbbə pulu, 30 manat dövlət rüsumu məbləğini, cəmi 680 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 06.01,2020-ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 649.00 manat olan «Xiaomi redmi note 8 pro 6GB/128GB Blue» markalı 1(bir)ədəd telefon almışdır. İlkin ödəniş aparılmamışdır. Müqavilənin şərtlərinə əsasən 06 (altı) ay ərzində ödəmək ilə, cavabdeh alınan telefonun dəyərini ödəməli idi, ancaq müqavilə imzalanan tarixdən hazırkı tarixədək cəmi 129.00 manat ödəniş etmişdir. Cavabdehin cəmiyyətimizə bu günə olan əsas borcu 520 manat təşkil edir. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı Müqavilə ödənişlərini vaxtında ödəmədikdə, Satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməlidir. 2021-ci il may ayının 1-ə dəbbə pulu 130.80 manat təşkil edir. Dəfələrlə xəbərdar etməyimizə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana (ünvan 1öndərilmiş və cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Lakin cavabdeh hərəkətsizlik nümayiş etdirərək müqavilə üzrə öhdəliklərini icra etməməkdə davam etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izaha verərək, məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini , iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, borcunun olduğunu qəbul etdiyini və telefonu alandan sonra işdən çıxdığına görə ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ******* nömrəli 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı ümumi dəyəri 649.00 manat olan «Xiaomi redmi note 8 pro 6GB/128GB Blue» markalı 1(bir)ədəd telefonu alıcıya təqdim etməyi, alıcı isə həmin malı almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ******* nömrəli 06.01.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən alıcının ödəməli olduğu ödəniş 109 AZN müəyyən olunmaqla 6 ay müddətinə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 07.07.2021 tarixli maliyyə arayışından görünür ki, ******* nömrəli 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə 520 manat əsas borc , 130.80 manat dəbbə pulu olmaqla cəmi 650.80 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 06.01.2020-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh ümumi dəyəri 649.00 manat olan «Xiaomi redmi note 8 pro 6GB/128GB Blue» markalı 1(bir)ədəd telefonu satıcıdan təhvil almışdır. İş materiallarına əlavə olunmuş iltizamın məzmunundan görünür ki, cavabdeh mobil telefon üzrə borcunu vaxtında ödəmədiyi və ya şirkətin razılığı olmadan başqasına verdiyi təqdirdə "xxxx" MMC müvafiq dövlət orqanına müraciət edərək bloklaşdırılmasına razılığını bildirmişdir. İş materiallarına əlavə olunmuş pretenziya məktubunun məzmunundan görünür ki, borcludan 520 manat əsas borc,130.80 manat cərimə olmaqla, toplam 650.80 manat borc öhdəliyini məktubun ona çatdığı gündən 5 gün ərzində icra edilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borc ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 06.01.2020ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsinə görə iddiaçı cavabdehə malı satmağı, cavabdeh isə həmin malı almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında borcunun olduğunu etiraf edərək, bu hala dair yazılı ərizə təqdim etdi. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə borc ödənilməsiu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu borc ödənilməsi məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə borc ödənilməsiunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə borc ödənilməsiu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 5 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 520 manat məbləğində əsas borc,5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 525 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 06.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 520 manat məbləğində əsas borcu, 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 525 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar