Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2335/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8500 manat pulun, adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavabdehin təsiri ucbatından məhrum olduğu 1239 manat əldən çıxmış fayda qismində zərərin, hüquqi xidmətlərinə görə vəkilə ödənilmiş 110 manat və iddianın verilməsi üçün ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə icraatı zamanı Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuyla müəyyən edilmişdir ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun 25920 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 8500 manat məbləğində pul tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, hazırda icra sənədinin icrası ilə bağlı icra tədbirləri davam etdirilir. Qeyd olunmuş icra sənədi üzrə icraata xitam verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə ki, eyni tərəflər arasında eyni predmet üzrə icra mərhələsində olan notariusun icra qeydinin olması mübahisənin (hüquqların təsdiqi və ya müdafiəsi üçün əsasların) olmadığını müəyyən edir. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi baxımından qeyd edilməlidir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Diqqətə çatdırılmalıdır ki, əsas məbləğin icra mərhələsində olması, mülki mühakimə icraatının hədləri çərçivəsində tələbin bölünməzliyi və əlavə tələbin icra sənədinin icra edilməməsindən irəli gəldiyi, hazırkı prosessual mərhələdə əlavə tələbə aid mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində əməl etmək qaydasının tətbiq etmək imkanının itirildiyi və digər mülki prosessual xüsusatlar nəzərə alınaraq əldən çıxmış fayda hissəsində tələbin ayrıca icraatda baxılması və bu baxımdan müstəqil tələb kimi verilməsi istisna edilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.1, 261-262, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan elan edildiyi və işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi hündən 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2335/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2335/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver