Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2335/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946.18 manat əsas, 75.95 manat faiz, 18.5 manat cərimə borcu olmaqla, cəmi 2040,62 manat; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663.81 manat əsas, 201.71 manat faiz, 61.62 manat cərimə borcu olmaqla, cəmi 2927.14 manat borcun və 69.68 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair standart şərlərə əlavəyə əsasən "xxxx" ASC-dən illik 16 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsinə dair şərtlərə əlavəyə əsasən, "xxxx" ASC-dən illik 16 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borcu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il mayın 26-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946.18 manat əsas borc, 75.95 manat faiz borcu və 36.99 manat cərimə olmaqla, cəmi 2059.12 manat borcu vardır. Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 36.99 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 18.50 manat məbləğində tələb olunur. 2023cü il mayın 26-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663.81 manat əsas borc, 201.71 manat faiz borcu və 123.24.99 manat cərimə olmaqla, cəmi 2988.76 manat borcu vardır. Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 123.24 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 61.62 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 15-Y-1-0-260-22 nömrəli nağd kredit verilməsinə dair müqavilənin məzmunundan görünür ki, kreditor bank borcalan qismində çıxış edən Cavabdeh istehlak məqsədilə 24 ay müddətinə, 16 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verməyi, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. Ödəniş qaydası annutet, aylıq ödəniş məbləği 146.89 manat olmaqla hər ayın 22-si ödənilməli olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 808-Y-2-0-1070-22 nömrəli müqavilənin məzmunundan görünür ki, kreditor bank borcalan qismində çıxış edən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə, 16 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verməyi, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi öhdəsinə götürmüşdür. Ödəniş qaydası annutet, aylıq ödəniş məbləği 105.47 manat olmaqla hər ayın 30-si ödənilməli olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas və faiz borcunu 5 gün ərzində ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas və faiz borcunu 5 gün ərzində ödənilməsi tələb olunmuş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunması bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 1946.18 manat əsas, 75.95 manat faiz, 36.99 manat cərimə borcu olmaqla, cəmi 2059.12 manat məbləğində borcu mövcuddur. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 2663.81 manat əsas, 201.71 manat faiz, 123.24 manat cərimə borcu olmaqla, cəmi 2988.76 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəməyə təqdim olunmuş müqavilə, hesabdan çıxarış və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı bank ilə cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli kredit kartı müqavilələri bağlanmış, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı 24 ay müddətinə, 16 faiz dərəcəsi ilə, 3000 manat məbləğində, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı 36 ay müddətinə, 16 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit xəttini açır, kredit kartı borcalana təhvil verilir, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürsə də, öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə qalıq borcunun məbləği 1946.18 manat əsas borc, 75.95 manat faiz borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə qalıq borcunun məbləği 2663.81 manat əsas borc, 201.71 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, borc öhdəliyinin aşkar olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunu, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, işə əlavə edilmiş maliyyə arayışında cərimə məbləği 18.50 manat olaraq müəyyən edilsə də, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmadığından, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilərək cərimə borcunun məbləği 10 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunu, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Cərimə borcunun məbləğinə münasibətdə məhkəmə hesab edir ki, işə əlavə edilmiş maliyyə arayışında cərimə məbləği 61.62 manat olaraq müəyyən edilsə də, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmadığından, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilərək cərimə borcunun məbləği 20 manat müəyyən edilməlidir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 69.68 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69.17 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsi üzrə yaranmış 1946.18 manat əsas, 75.95 manat faiz, 10 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli kredit kartı müqaviləsi üzrə yaranmış 2663.81 manat əsas, 201.71 manat faiz, 20 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4917.65 manat məbləğində borc və ödənilmiş 69.17 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 293, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1946.18 manat əsas, 75.95 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 2032.13 manat pul vəsaiti; xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2663.81 manat əsas, 201.71 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 2885.52 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 69.17 manat hissəsinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2335/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2335/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver