Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2369/2021 20.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2299 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və pozulmuş hüquqlarının bərpası üçün hüququ şirkətinə ödədiyi 300 manat, ümumilikdə isə 2629 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Əlibala oğlu arasında 23.11.2018-ci il tarixində AKX-0044882/11-2018 nömrəli «Qaz paylayıcısı ilə sənaye raz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə» müqavilə -imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh Əlibala oğlu oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04720 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2ci yarımbəndinin (Müqavilənin və X3”nın tələblərinə əməl etmək), “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş .qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxanda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 30.08.2018-cı il tarixli ******* saylı akt əsasında 2116.8 manat cəmi 2299 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, 12/2018 cavabdeh abonentin mexaniki sayğacı smart sayğaca dəyişdirilmişdir və cavabdeh müvafiq olaraq 12/2018- 02/2020 arasında cəmi 463 manat ödəniş etsə də bu məbləğin 28.5 manatı cavabdehin borcuna görə tutulmuşdur. Bundan əlavə olaraq, abonentin 11/2018 tarixinə qədər olan 215.7 manat həcmində qalıq borcu həmin tarixdə etdiyi 10 manat məbləğində ödənişinin 50 faizinin tutulması nəticəsində 210.7 manata düşmüşdür. Beləliklə, cavabdehin “Azəriqaz” İstehsalat Birliyinə cari olaraq 2299 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə qalıq və debitor borclarla birlikdə ümumi olaraq 2299 manat təşkil etməkdədir. Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili məhkəməyə yazılı ərizə təqdim edərək, iş həcminin çox olması səbəbindən məhkəmə iclaısnda iştirak edə bilmədiyini, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Məhkəmə müvafiq ərizəni əsas götürərək, mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, Azəriqaz tərəfindən onun adına tərtib eidlmiş ******* nömrəli akt etibarsız hesab edilmiş, həmin aktın əsasında yazılmış 2116,80 manat borc və sayğacın dəyişdirilməsi üçün yazılmış 215,70 manat məbləğində olan borc silinmiş, bununla bağlı müvafiq məhkəmə qətnamələri qüvvədədir, indi onlar hansı əsasla ona yenidən 2299 manat borc yazıblar, bunu nəyə əsasən tələb edirlər, onun qazla bağlı heç bir borcu yoxdur, hətta bununla bağlı ASAN xidmət mərkəzinə də mürcaiət etmişdir, ona heç bir borcunun olmadığını bildirmişlər, çünki onlarda elə 2018-ci il tarixdən smart-kart sisteminin olduğunu, qazdan yalnız həmin karta köçürülmüş pul vəsaiti hesabına ödənildiyini, heç bir borcunun olmadığını, onlar bu borcu nəyin əsasında yazıblar, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri və cavabdeh tərəfin təqdim etdiyi sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materialalrında olan 3 aprel 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan aydın olur ki, X2 tərəfindən abonent Cavabdeh dəymiş ziyanın ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, 4415,80 amnat məbləğində dəymiş ziyanın hesablandığı, həmin pul vəsaitinin 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş 23.11.2018-ci il tarixli AKX-004482/11-2018 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB (paylayıcı) müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh (istehlakçı) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materialalrında olan Cavabdeh Məlik oğlunun adına olan abonent saldosunun məzmunundan aydın olur ki, 08.2018-ci il tarixə 2116,80 manat və 215,70 manat borc olmaqla, 12.2018-ci il tarixə cəmi 2332,50 manat borcunun olduğu qeyd eidlmişdir. İş materiallarında olan GASREP abonent məlumatlarından görünür ki, 8.2018-ci il tarixə 215,70 manat, 12.2018-ci il tarixə 2116,80 manat borc yazılmaqla, 2019-02.2020-ci il tarixə olan borcu 2299 manat məbləğində olan borcunun olduğu qeyd edilmişdir. İş materialalrında olan 30.08.2018-ci il atrxili itirilmiş qazın dəyərinin hesablanması barədə aktın mzəmunundan aydın olur ki, AKT № ******* 30.08.2018-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 10584 m3-dir. İş materialalrında olan ******* saylı 30.08.2018-ci il taixli Aktın məzmunundan aydın olur ki, abonent sayğaca müdaxilə etmişdir, dəymiş ziyan hesablanması qeyd eidlmişdir. İş materialalrında olan 23\1710-00835-2 saylı Aktın məzmunundan aydın olur ki, 10568255 nömrəli sayğac üzrə baxış keçirilmiş, nəticədə sayğacın xəta ilə işlədiyi, hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi, sayğacın plastmas borusunun deşildiyi, bunun isə qaz itgisinə səbəb olduğu müdaxilə odluğu qeyd eidlmişdir. İş materialalrında olan 08.06.2018-ci il atrixli ******* saylı aktın məzmunundan aydın olur ki, abonent Cavabdeh Məlik oöluna aid 10568255 nömrəli sayğaca baxış keçirilmiş, nəticədə sayğacın çıxış plasmas borusuna qızdırıcı alətlə deşildiyiqeyd edilmişdir. İş materialalrından görünür ki, Qaradağ rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(002)- 297\19 saylı məhkəmə qətnaməsi əsasında X1 ******* nömrəli akt etibarsız hesab edilməsi, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 4 məhəllə 16 ünavında qaz sayğacı ilə əlaqədar əsasız hesablanaraq koda vurulmuş 2116,80 manat borc və sayğacın dəyişdirilməsi üçün 215,70 manat məbləğində borc ləğv edilməsi qərara alınmış, apelyasiya qaydasında müvafiq məhkəmə dəyişdiirlmədən qüvvədə saxlanılmış və müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X3»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Bundan əlavə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir., həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqı-satqısı haqqında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehi qazla təmin etməyi, cavabdeh isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödənilməsinə dair öhdəlik götürmüşdür.İddiaçı məhz cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində qazdan qanunsuz istifadə edilməsi əsası ilə ona maddi ziyan vurulduğunu əsas gətirərək, ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi dəymiş ziyanın əsası qismində çıxış edən ******* saylı 30.08.2018-ci il tarixli akt müvafiq məhkəmə qətnaməsi əsasında əsassız hesab edilərək, ləğv edilmişdir. Göründüyü kimi, iddia tələbi dəymiş ziyanın əvəzi olaraq hesablanmış 2116,80 manat məbləğində olan hissədə həmin ziyanın əsası qismində çıxış edən ******* saylı 30.08.2018-ci il tarixli akt ləğv edildiyindən, iddia tələbi qeyd eidlən hissədə əsasız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qalan 182,20 manat məbləğində olan hissəsi (2299-2116,8) ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məhz cavabdehin qanunaziddi təqsilri hərəkətləri nəticəsində iddiaçıya qeyd edilən məbləğdə maddi ziyan vurulması, habelə vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqədinin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının idida tələbi üzrə vurulmuş maddi ziyanın əvəzi olaraq tələb etdiyi cavabdeh tərəfindən ona 182,20 manat məbləğində maddi ziyanın vurulması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmaması halını əsas götürərək, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xidmət haqqı ilə bağlı 300 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki,mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2369/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2369/2021
20.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver