Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2370/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 1895.8 məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin, ümumilikdə isə 2225.8 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə 13.08.2021-ci il tarixdə ərizə göndərərək, iş həcminin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini v cavabehin iştirak etmədiyi halda qiyabi icraat qaydasında daxil olmaqla iştirakının olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə alaraq, mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə iş materialları araşdıraraq, hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından (vəfat etmiş şəxsə qarşı iddia tələbi irəli sürüldüyündən), iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ 187640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22.04.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə 26.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edən şəxs Cavabdeh 22.04.2021-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən vəfat etmiş şəxs barəsində iddia tələbi irəli sürülmüşdür. Halbuki mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halalrı əsas götürərək, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd edilən halları nəzərə alaraq, mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki iş üzrə vəfat etmiş şəxsə (prosessual hüquq qabiliyyəti olmayan şəxsə) qarşı iddia tələbi irəli sürüldüyündən, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı «Azəriqaz” İB-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2370/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2370/2021
23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver