Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2371/2020 06.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsiüzrə mülkiişə Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəməiclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 137 manat təyin edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxx 2009-cu il təvəllüdlü X7 oğlu, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi üç uşağa görə 510 manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(002)-1317/2017 saylı qətnaməsi ilə xx xxxxx 2009-cu il təvəllüdlü X7 oğlu, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2017-ci il tarixdən Cavabdeh hər ay hər uşağa görə 137 manat, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq, ona ödənilməsi qət edilmişdir. Hazırda bir uşağın yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Cavabdeh uşağa könüllü olaraq başqa heç bir maddi yardım göstərmir, o isə həmin pulla uşaqlarını saxlamaqda çətinlik çəkir. Belə ki, özü işləmir, uşaqlarının saxlanılması üçün ayda ən azı 510 manat, hətta daha artıq pul xərcləməli olur. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərətlərin izahatlatrını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1317/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair iddiası təmin edilərək, Cavabdeh İddiaçı arasında xx xxxx 2008-ci ildə Qaradağ rayon qeydiyyat şöbəsində 430 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozularaq, xx xxxxx 2009-cu il təvəllüdlü X7 oğlu, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X6 anaları X2 yanında saxlanılmış, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 138 manat, cəmi 411 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olmaları, onların həmin nikahdan 3 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(002)-1317/2017 saylı qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 137 manat olmaqla, ümumilikdə iki uşağa görə 411 manat sabit pul məbləğində alimentin təyin edildiyi vaxtla müqayisədə cavabdehin maddi vəziyyəti yaxşılaşmamış, aliment məbləğinin artırılması üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2371/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2371/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver