Məhkəmə qərarları › İş №2(002)-2372/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2372/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2372/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçının İddiaçı ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 11400 manat,məhkəməyə müraciət üçün dövlət büdcəsinə ödənilmiş 124.20 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-172/2022 xx.xx.2022-ci il tarixli hökmünə əsasən müəyyən edilmişdir ki,Cavabdeh zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını yandırmaqla ümumi təhlükəli üsulla qəsdən məhv etmişdir.Cavabdeh özgənin əmlakını qəsdən məhv etmək məqsədilə 03 iyun 2021-ci il tarixdə saat 06 radələrində ona məxsus yaşadığı Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,101 saylı yataqxananın həyətində saxladığı “Toyota Prius” markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə gün əvvəl telefonda səhv düşməsi səbəbindən nalayiq ifadələr işlətməsini əsas gətirib özü ilə əvvəlcədən gətirdiyi “Coca Cola” şüşəsində olan benzini tökərək qəsdən yandırmaqla ona 11400 manat xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını ümumi təhlükəli üsulla qəsdən məhv etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-172/2022 xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 17 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək həbsdə olduğu 1 gün ona təyin olunmuş cəzadan çıxarılaraq o,qəti olaraq 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,cəzasının əvvvəli 23 may 2022-ci il tarixdən hesablanmaqla cazasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməsi və o dərhal məhkəmə iclas zalından həbs edilməsi müəyyən edilmişdir.Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, müvafiq məhkəmədə hökmündə həmin hallar qeyd edildiyini, ekspert rəyi ilə vurulmuş ziyanın məbləğinin müəyyən edildiyini bildirərək, bu halların nəzərə alıanraq,iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(003)- 172/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 2(iki) il müddətə azadlıqdan məhkum edilmiş, həmin hökmdə Ədliyyə NazirliyiMəhkəmə Ekspertiza mƏrkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2022-ci il tarixli 9/1295 saylı rəyi ilə dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla, təxminən 11400 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər (müvafiq məhkəmə hökmü) əsasında müəyyən edilmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı məxsus əmlaka maddi ziyan vurulmuş,əmlaka vurulmuş ziyanın məbləği müvafiq hökmlə ekspert rəyi əsasında 11400 manat olduğu qeyd edilmişdir.Cavabdeh tərəfindən vurulmuş ziyanın məbləği mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus əmlaka vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 124,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilmiş hissəsini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də əsaslı olmaqla, təmin eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11400 (on bir min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 124,20 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11400 (on bir min dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 124,20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar