Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2381/2021 13.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məmməd oğluna qarşı əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və payın müəyyən eidlməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birgə nikah dövründə əldə etdikləri və Cavabdeh oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin onların birgə mülkyyəti hesab edilməsi və həmin mənzilin ½ (ikidə bir) hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh oğlu ilə 11 noyabr 1979-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Hal-hazırda nikahları rəsmi qaydada pozulmasa da cavabdeh onu öz yaşadığı evə buraxmır. Cavabdehlə birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən mənzili əldə etmişlər. Həmin mənzil 11.02.1994-cü il tarixdə həyat yoldaşı Cavabdeh oğlunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Həmin mənzilin çıxıanşı cavabdehdə olsa da həmin sənədin surətini onlara vermir. Evin hüquqi vəziyyəti və çıxarışın surətinin alınması üçün 152 saylı MKİS-ə müraciət edərək forma 2 arayışı almışıq. Lakin cavabdeh mənzilin çıxarışının surətini MKİS-ə təqdim etmədiyi üçün çıxarışı əldə edə bilməmişlər. Evin hüquqi vəziyyətinin müəyyən edilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və cavab alınmışdır. Sorğuya cavadan da görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1596-cı keçid, B.Niftəliyev küçəsi, 21 saylı evin 14 saylı mənzili 11.02.1994-cü il tarixdə Cavabdeh oğlunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Mənzil 4 otaqdan ibarətdir və o həmin mənzildə 11.09.1990-cı ildən cavabdehlə eyni vaxtdan qeydiyyatdadır. Həmin mənzil birgə nikah dövründə əldə edildiyindən onun də cavabdehlə bərabər mülkiyyət hüququ vardır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Məmməd oğlu 09.08.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə 14 hissədə pay hüququnun tanınması barədə tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı onun əvəzsiz olaraq özəlləşdirmə yolu ilə əldə etdiyi ünvan 2 ünvanında yerləşən evi əsassız olaraq birgə nikah dövründə qazanılmış əmlak kimi təqdim etməklə məhkəmənin ½ hissədə onun hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu iddianı qəbul etmir, tələbi aşağıda qeyd olunanlara görə qanunsuz və əsassız hesab edir.O, 23.05.1956- cı ildə Fizuli rayonunda doğulmuşdur, 01.03.1977-ci ildə Bakı şəhərində X6 Donamması İdarəsinin Gəmi Təmiri Zavodunda işə qəbul olunmuşdur və həmin idarədə mənzil növbəsinə dayanaraq, 1989-cu ildə idarənin balansına ayrılmış dövlət mənzil fondunun ünvan 3 ünvanında yerləşən mənzili əvəzsiz olaraq almışdır və onunla həmin vaxt icarə müqaviləsi bağlanaraq mənzilə dair orderi təqdim edilmişdir. O həmin mənzili təmir etdirdikdən sonra 1990-cı ildə həmin mənzilə köçmüşdür və hal-hazıradək öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Daha sonra SSRİ dağıldıqdan və Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xüsusi mülkiyyət hüququ yarandı və o həmin mənzili əvəzsiz olaraq heç bir pul ödəmədən öz adına özəlləşdirmiş və buna dair 11.02.1994-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti başçısının Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən onun həmin mənzilə xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçdi. Göründüyü kimi onlar bu mənzili nikah dövründə birgə təsərrüfat idarə edərkən qazandığı pul vəsaiti hesabına əldə etməmişlər, əvəzsiz əldə etmiş və buna görə də həmin mənzil birgə nikah dövründə əldə olunmuş mənzil kimi bölünə bilməz, həmin mənzildə həyat yoldaşı və övladlarının yalnız istifadə hüququ var və o da buna mane olmur.İddiaçı iddiasında qeyd edir ki, onu qovmuşlar və evə buraxmırlar, bu tamamilə yalnışdır, onu həmin mənzildən heç kim çıxarmayıb və qovmaq fikirləri də yoxdur. O, mənzildən pay əldə etmək istəyən bəzi şəxslərin təsirinə düşərək öz iradəsinə uyğun olmadan bu iddianı qaldırmış və özü evi tərk edib getmişdir. Cavabdeh tərəfindən ona qarşı heç bir təzyiq və hüquqazidd hərəkətlərə yol verilməmişdir. İddiaya nəzər salanda aydın görmək olur ki, iddia tələbi heç bir tutarlı dəlilə, münasibətlərin baş verdiyi dövrdə qüvvədə olmuş maddi hüquq normalarına əsaslanmır, işin həqiqi halları təhrif olunmaqla formal mülahizələr əsasında tərtib edilmişdir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın əsassız olduğu üçün ddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan mənzilin cavabdehə iş yerində əvəzsisz olaraq verilməsi halını qəbul edildiyini, bu halın işin mübahisəsiz halı olduğunu, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş hər hansı vəsait hesabına əldə edilmədiyini qəbul etdiklərini, lakin nikah dövründə əldə edilmişdir, ona görə hesab edir ki, həmin əmlak onların birgə mülkiyyəti sayılmalı, onun payı müəyyən eidlməli, qeyd edilən halalr nəzərə alınmaqla, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak qismində çıxış etmədiyini, əmlakın əldə edilməsi üçün ödənilmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmədiyini, həmin evin əvəzsiz olaraq cavabdehin işinə görə əldə edildiyini, iddiaçının həmin mənzildən istifadə etməsinə heç kimin mane olmadığını, narazı olmadığını, onun həmin mənzildn yaşamaq hüququnun olduğunu qəbul etdiklərini, indi də gəlib orada yaşaya biləcəyini, cavabdehin buna etirazının olmadığını, lakin həmin əmlakıa iddiaçının hər hansı pay hüququnun olmadığını əsas gətirərək, qeyd edilən halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş qeydiyyat vərəqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil 11.02.1994-cü ildə Cavabdeh oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan 06.07.2021-ci il tarixli 903№-li arayışın məzmunundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən mənzilin sahibi Cavabdeh Mücəllət oğlu olmaqla, 7 nəfər ailəsi ilə birlikdə (X2 daxil olmaqla) 1990-cı ildən daimi passport qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş İİİ ЖГ 314084 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh oğlu və Əliyeva(Ələkbərova) Rahilə Çərkəz qızı 11.11.1979-cu ildə rəsmi nikaha daxil olmuşlar.Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 08.09.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, ünvan 4 ünvanında yerləşən mənzil 11ş.02.1994-cü ildə Cavabdeh Mücəllət oğlunun adına ilkin qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarında olan 27.01.1994-cü il tarixli müqvailənin məzmunundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən mənzil N.Nərimanov adına NQÇİ tərəfindn həmin idarənin yaşayış fondundan vətəndaş Cavabdeh Mücəllət oğluna əvəzsiz olaraq verildiyi, həmin mənzilin dəyərinin bütünlüklə məbləğinin ödəməkdən azad olunduğu qeyd edilmişdir. İş materiallarında olan 22.10.1993-cü il tarixli N.Nərimanov adına NQÇİ-nin həmkarlar komitəsinin qəararından çıxarışın məzmunundan aydın olur ki, ünvan 3 ünvanında yerləşən mənziləvəzsiz olaraq Cavabdeh Mücəllət oğluna verilməsi qərara alınmışdır. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2 və 32.2.2-ci maddələrinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması;• əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ərarvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, həmin Qərarda qeyd eidlmişdir ki,“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir.Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. İşin mübahisəsiz hallarından görünür ki,, mübahisə predemeti olan mənzil əvəzsiz olaraq N.Nərimanov adına NQÇİ tərəfindən cavabdehin şəxsi mülkiyyətinə verilmiş, həmin mənzilə dair cavabdehin adına mülkiyyət hüququ 11.02.1994-cü il tarixdə ilkin qeydiyyatdan keçmiş və hazırda da cavabdehin mülkiyyətindədir, qeyd edilən mənzil birgə nikah dövründə əldə edilmiş, lakin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edilməmiş, iddiça ilə cavabdeh arasında 1979-cu il tarixdə rəsmi nikah bağlanılmış, hazırda da rəsmi nikah pozulmamışdır. İddiaçı qeyd edilən mənzilin onların birgə nikah dövründə əldə edildiyini əsas gətirərək, həmin əmlkaın birgə nikah dövründə əldə edilmiş əmlak sayılması və həmin əmlaka dair onun payının müəyyən edilməsi tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edilən hüquq normalarını əsas götürərək, hesab edir ki, mübahisə predmeti olan mənzil birgə nikah dövründə ədlə edilsə də, həmin mənzilin məhz tərəflərin birgə nikah dövründə əldə etdiyi vəsait hesabına əldə edilmədiyindən (işin mübahisəsiz halıdır), qeyd edilən əmlak tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak qismində qiymətləndirilə bilməz. belə ki, qeyd edilən hüquq normalarının təhlilindən aydın olur ki, hər hansı əmlkaın ər-arvadın birgə mülkiyyəti qismində çıxış etməsi üçün həm həmin əmlkaın ər-arvadın birgə nikha dövründə əldə edilməli, həm də həmin əmlak ər-arvadın birgə nikah dövründə əldə etdiyi vəsait hesabına əldə edilməlidir. Digər tərəfdən qeyd edilən əmlak məhz cavabdehin adına özəlləşdirilərək, onun mülkiyyətinə keçmişdir ki, bu hal da iddiaçının məhz özünün könüllü razılığı əsasında baş vermişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əmlakın birgə nikha dövründə əldə edilmiş əmlak hesab edilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin birgə nikah dövründə əmlaka dair pay hüququnun müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən hissədə iddia tələbi hazırki mülki iş üzrə əsas tələb olan əmlakın birgə nikah dövründə əldə eidlmiş əmlak hesab edilməsinə diar tələbdən törəmə olduğundan və əsas tələb üzrə iddia tələbi təmin eidlmədiyindən, qeyd edilən hissəd də iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüququi qiymət verərək, qeyd edilən qanunvericiliyin tələbini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində olan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2381/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2381/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver