Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2435/2020 11.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********32250 olan X4 6 Pro markalı telefon. Apple EarPods qulaqcıq, X6 Black aksesuar üçün 290 (ik yüz doxsan) manat ödənilməmiş hissə, $1 (səksən yeddi) manat dəbbə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 1539 (min beş yüz otuz doqquz) manat ödənilməmiş hissə 349 (üç yüz qırx doqquz) manat dəbbə. xx.xx.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və ANTUANETTA stul üçün 4645 (dörd min altı yüz qırx beş) manat ödənilməmiş hissə, 770 (yeddi yüz yetmiş) manat dəbbə olmaqla, ümumilikdə 7680 manat borc. 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7710 manat Cavabdeh alınaraq İddiaçı MMCyə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********32250 olan X5 6 Pro markalı telefon, Apple EarPods qulaqcıq, X6 Black aksesuar, HOFFMANN LED TV, Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və AN TU AN ETTA stul almış və nəticədə 7680 (yeddi min altı yüz səksən) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696 manat (12 ay x 58 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********32250 olan X5 6 Pro markalı telefon. Apple EarPods qulaqcıq, X6 Black aksesuar üçün ümumilikdə. 377 (üç yüz yetmiş yeddi) manat olmaqla ondan. 290 (ikyüz doxsan) manat ödənilməmiş hissə, 87 (səksənyeddi) manat dəbbə: Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1747 (min yeddi yüz qırx yeddi) manat (18 ay x 97 manat + 1 manat ilkin ödəniş) HOFFMANN LED TV üçün ümumilikdə. 1888 (min səkkiz yüz səksən səkkiz) manat olmaqla ondan. 1539 (min beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 349 (üç yüz qırx doqquz) manat dəbbə: Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5136 (beş min yüz otuz altı) manat (24 ay x 214 manat + 0 manat ilkin ödəniş) Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və ANTVANETTA stul üçün ümumilikdə. 5415 (beş min dörd yüz on beş) manat olmaqla ondan, 4645 (dörd min altı yüz qırx beş) manat ödənilməmiş hissə, 770 (yeddi yüz yetmiş) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1105 manat təşkil edir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin eilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf edərək, izahatında bildirdi ki, iddianı qəbul edir, əsas və faiz borcu ilə razı olduğunu və müvafiq qətnamənin qəbul olunmasına etirazın olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddia tələbini etiraf etməsinə dair yazılı ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00546683 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları- İMEİ Kodu **********32250 olan X4 6 Pro markalı telefon. Apple EarPods qulaqcıq, X6 Black aksesuarı alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00751921 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malı- HOFFMANN LED TV-ni alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 00751854 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxxxxxxxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı fərdi əlamətləri qeyd olunmuş malları- Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və ANTUANETTA stulu alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00546683 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********32250 olan X4 6 Pro markalı telefon. Apple EarPods qulaqcıq, X6 Black aksesuarı təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00751921 nömrəli müqaviləyə əsasən HOFFMANN LED TV-ni təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh 00751854 nömrəli müqaviləyə əsasən Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və ANTUANETTA stulu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 00546683 nömrəli müqavilə üzrə alıcı 12 ay müddətinə, hər ay 58 AZN məbləğində ödənişlər etməklə 696 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 00751921 nömrəli müqavilə üzrə alıcı 18 ay müddətinə, hər ay 97 AZN məbləğində ödənişlər etməklə 1747 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən 00751854 nömrəli müqavilə üzrə alıcı 24 ay müddətinə, hər ay 214 AZN məbləğində ödənişlər etməklə 426 manat borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyaların müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx.xx.2019-cu, xx.xx.2019-cı il tarixli müqavilələr üzrə cəmi 6474 manat əsas borc, 1206 manat cərimə borcu olmaqla, ümumilikdə 7680 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ Kodu **********32250 olan X4 6 Pro markalı telefon. Apple EarPods qulaqcıq, X6 Black aksesuar çıxış etmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin predmeti qismində HOFFMANN LED TV çıxış etmişdir. Bundan əlavə tərəflər arasında xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin predmeti qismində Samsung markalı Soyuducu və Paltaryuyan, HOFFMANN markalı Aspirator və Plitə, Philips və Tozsoran və Ütü, HOFFMANN Mikrodalğalı soba, Fen Panasonic və ANTUANETTA stul çıxış etmişdir. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvələri üzrə ödənişlər etməklə həmin məhsullarının dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı hər üç müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqaviləsininin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə hər iki müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqavilələri üzrə alınmış avadanlıqlar üçün müəyyən olunmuş ödəniş cədvəllərinə uyğun ödəməli olduğu borc və müqaviləyə əsasən ona hesablanmış cərimə borcunu iddiaçıya ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya borcunun olduğunu etiraf edərək, həmin borc məbləği ilə razı olduğunu qeyd etmişdir. Bütün bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 00546683 saylı, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 10 manat, 00751921 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 50 manat, 00751854 saylı, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 50 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləsi üzrə yaranmış 290 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla cəmi, 300 manat, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1539 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla cəmi, 1589 manat, xx.xx.2019-ci il tarixli alqısatqı müqaviləsi üzrə yaranmış 4645 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu, cəmi 4695 manat olmaqla, ümumilikdə 6584 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli müqaviləsi üzrə yaranmış 290 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla cəmi, 300 manat, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1539 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla cəmi, 1589 manat, xx.xx.2019-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 4645 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə borcu, cəmi 4695 manat olmaqla, ümumilikdə 6584 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsümu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2435/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2435/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver