Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2443/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 manat əsas borc,100 manat hüquqi xidmətlərə görə haqq,133 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu,cəmi 14236 manat pul tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh əvvəllər tanımış və münasibəti yaxşı olmuşdur.Elvin 2021-ci ilin sentyabr ayında ona müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir.Münasibəti yaxşı olduğu üçün 18 sentyabr 2021-ci il tarixdə Elvinə 14000 manat borc pul vermişdir.Arasında olan razılaşmaya görə Elvin borcu 2021-ci ilin oktyabr ayının sonunda qaytarmalı idi.Elvin bu barədə şəxsiyyət vəsiqəsinin sürəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb mza etmiş və qəbzi ona vermişdir.O bildirmişdir ki,bir neçə günə bankdan kredit götürəcəkdir və borcunu tam qaytaracaqdır.Lakin,vaxt bitməsinə baxmayaraq Elvin borcu qaytarmamışdır.O ondan gizlənir telefon zənglərinə cavabdeh vermir və borcu qaytarmaqdan boyun qaçırır.Ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır.Məhkəmədə iddia qaldırmaq.hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün Bakı şəhəri,Q.Qarayev prospekti 52 ünvanda yerləşən X3 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir.Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 3 manat dövlət rüsumu ödəmişdir.Həmin məbləğlər də cavabdehdə tutulub ona ödənilməlidir.Bütün bunların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək,öz izahatında cavabdehi 2021-ci ildə tanıdığını, pulu cavabdehin özünə veridyini, həmin yazını da cavabdeh şəxsən özü öz əli ilə yazdığını, notarial qaydada müqavilə bağlanılmasının heç ağlına gəlmədiyini, həmin adama pul verərəkən, heç kimin onların yannda olmadığını, pulu şəxsən onun özünə verdiyini, pulu aldıqdan sonra həmin qəbzi özünün yazdığını, kimkimə o qədər pul borc verir ki, onu tans vasitəsilə tanıdığından etibar edərək, pulu verdiyini və pulu özünə verdiyini və müqaviləni öz xətti ilə yazdığını bildirərək,bu halların nəzərə alnaraq,iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək, iddiaçıdan 1000 manat borc aldığını, həmin borcdan 400 manat qaytardığını, 600 manat borcunun qaldığını, hərbiçi olduğunu, işdə olan 14000 manat aid borc müqaviləsini özünün yazdığını imzaladığını bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib,cavabdehin ərizəsini nəzərə alaraq, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə Zaqatala rayonunda anadn olmuş, tanışı İddiaçı xx.xx.2021-ci il tarixdə borc olaraq 14000 manat pul aldığını, X1 aldığı 14000 manat pulu 2021-ci ilin oktyabrn sonunda tam şəkildə özünə qaytarmağı öhədinsə götürdüyünü, yuxarıda yazılanları özünün yazdığını, doğruluğunu öz imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə aralarında borc müqaviləsi bağlanıldığını, həmin müqaviləyuə əsasən 14000 manat məbləğində iddiaçıya borc pul veridiyini, cavabdeh tərəfindən həmin pul vəsaitinin indiyədək geri qaytarılmamasını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür.Cavabdeh qeyd eidlən sənədi özü yazdığını imzaladığını qəbul etmiş, lakin iddiaçıya 600 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış borc müqavailəsinin etibarlı olub-olmaması məsələsinin araşdırlmasını zəruri hesab edir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən borc müqaviləsinin predmetini 3000 manatdan çox məbləğdə pul vəsaiti təşkil etdiyi halda, qeyd edilən müqavilə yazılı formada bağlanılmalıdır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi iki tərəfli (borcalan və borc verən) müqavilə olmaqla, məhz yazılı formada müqavilə tərəflər arasında imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır. Hazırki mülki iş üzrə iddiaçı tərəfin istinad etdiyi tərəflər arasında bağlanılmış müqavilənin predmetini 14000 manat məbləğində pul vəsaiti təşkil etdiyindən, həmin müqavilə yazılı formada bağlanmalı idi. Lakin məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, qeyd edilən tələbə əməl edilməmiş, tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq edilmiş sənəd formasında yazılı formada müqavilə bağlanılması halı aşkar edilməmişdir. Yalnız borcalan şəxsin müvafiq pul vəsaitini iddiaçıdan borc alması, pulu təhvil alması və hansı müddətə qaytarması ilə bağlı öz öhdəsinə götürməsi halına dair sənəd tərtib edilmiş və həmin sənəd yalnız borcalan tərəfindən imzalanmışdır. Qeyd edilən sənədin isə borc müqaviləsinin zəruri şərtlərinisubyekt tərkibinə aid şərtlərini (borc alan, borc verən, onların hüquq və vəzifələri) özündə ehtiva etmədiyindən, həmin sənədin müqavilə qismində qiymətləndirilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanılarkən mülki qanunvericilikdə imperativ norma kimi qeyd eidlmiş müqavilənin formasına aid şərti pozulmaqla bağlanılmışdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış borc müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsinin şərtini pozmaqla bağlandığından və 337-ci maddəsinin tələbinə əsasən etibarsız əqd hesab olunmalıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,cavabdeh iddiaçıdan iddiaçıya məxsus olan 14000 manat məbləğində pul vəsaitini təhvil almışdır. Bu halı cavabdeh özünün yazdığı sənəddə qeyd etmiş və məhkəmə iclasında cavabdeh həmin sənədi özünün yazdığını qəbul etmişdir. belə ki, həmin sənəddə cavabdeh iddiaçıdan 14000 manat pul vəsiatini borc aldığını, həmin pulu 2021-ci ilin oktyabr sonuna kimi tam şəkildə ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Cavabdeh iddiaçıdan 1000 manat borc aldığını, onun 400 manat pulunu qyatardığını, hazırda 600 manat botrcunun qaldığını bildirsə də. Həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki işə aid iddia tələbi üzrə MM-nin 1091-ci maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Belə ki, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, cavabdeh iddiaçıya məxsus 14000 manat məbləğində pul vəsaiti əldə etmiş, həmin pul vəsaitinin əldə edilməsinin heç bir qanuni əsası olmamış (əsaslandığı əqd etibarsız əqd olmuş), habelə cavabdeh həmin pul vəsaitini özündə əsassız olaraq saxladığından, iddiaçıya geri qaytarmadığından, iddiaçı qeyd edilən məbləğdə pul vəsaitindən məhrum olmuşdur. Bununla da, cavabdehin MM-nin 1091-ci maddəsinin tələbinə əsasən qanunsuz olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya geri qayrarmaq vəzifəsi, iddiaçının isə məhrum olduğu pul vəsiatini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin çəkilmiş məhkəmə xərcinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat hüquqi xidmətlərə görə xidmət haqqı öədnilmiş, 133 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 132 manat məbləğində hissəsi və çəkilmiş məhkəmə xərci qismində 100 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı 3 manat məbləğində notariat xidmətləri üçün xərc çəkdiyini bidlirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd eidlən hissədə təmin eidlməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14000 manat məbləğində pul vəsaiti, çəkilmiş məhkəmə xərcinin əvəzi olaraq 232 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14000 manat məbləğində pul vəsaiti və çəkilmiş məhkəmə xərcinin əvəzi olaraq (132 manat ödənilmiş dövlət rüsumu və 100 manat hüquqi xidmətlərə görə xidmət haqqı olmaqla) 232 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2443/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2443/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver