Məhkəmə qərarları › İş №2(002)-2455/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2455/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2455/2022 31.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İlk İddiaçı, Qarşılıqlı iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsinin iştirakı ilə, İlk İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc aldığı 10030 manat pulun və ödənilmiş 121 manat dövlət rüsumunun cəmi 10151 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh xx.xx.2021-ci il tarixində Bakı şəhəri 48 saylı notariat kontorunda 10030 manat məbləğində borc pul vermişdir.Bu barədə xx.xx.2021-ci il tarixində notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır.Həmin kredit müqaviləsində cavabdeh ondan 10030 manat kredit almasını və aldığı krediti xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.Lakin müəyyən edilmiş müddətdə cavabdeh ödəniş etməmişdir.Dəfələrlə pulunu istəsədə hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı arasında xx.xx.2021-ci il tarixli Bakı şəhəri 48 saylı notariat köntorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, o İddiaçı özünə məxsus yük maşınını onun adına rəsmiləşdirərək təxminən 2021-ci ilin yay aylarında 13000 ABŞ dolları faizə borc pul almışdır.Sonradan o ona müxtəlif vaxtlarda 1000 ABŞ dolları,3000 ABŞ dolları,600 ABŞ dolları qaytarmamış,həmçinin onun onda 2000-2500 manat dəyərində maşın ehtiyat hissələri olmuşdur.Lakin sonradan pulu faizləri artdığına görə o bildirdi ki,pulu tam şəkildə qaytarsın.O da maşını ona geri qaytarsın.Lakin Saleh bildirdi ki,gələcəkdə sığortalanmaq üçün gedib ondan borc aldığına görə bu barədə notariat qaydada müqavilə bağlansın.O da razılaşıb 28 dekabr 2021-ci il tarixdə notariat kontorunda guya onun cavabdehə 10030 manat borcun olmasına dair kredit müqaviləsi bağlamış və səhəri günü yük avtomobili cavabdehin adından çıxarılaraq ona verilmiş və o borclu olduğu 13000 ABŞ dollarını tam şəkildə cavabdehə qaytarmışdır.Cavabdehlə borc müqaviləsi bağlanarkən həmin pulu özü banka qoymuş və pulu da özü çıxardaraq götürmüşdür.Əslində bağlanmış həmin kredit müqaviləsi cavabdehin təklifinə görə bağlanmış və onun ona tələb etdiyi məbləğdə də borcu olmamışdır.Həmin bağlanmış müqavilədə tələb etdiyi pul isə cavabdehin deməsinə görə aldığı borca görə faizləri hesablamışdır.Məhkəmə prosesində cavabdeh bunu özü etiraf etmiş,borc aldığı 13000 ABŞ dollarını ödədiyini lakin puldan 600 manat əskik ödədiyi və kredit müqaviləsində göstərilən pulun həmin aldığı borcun faizinə görə hesablandığını etiraf etmişdir.Onunla İddiaçı ilə kredit müqaviləsi bağlanarkən heç bir pul olmamışdır.Yalnız formal olaraq müqavilə bağlanmışdır.Ona görə də həmin kredit müqaviləsi etibarsızdır.Qeyd olunan halların nəzərə alınaraq, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddiaçı məhkəmə iclasında ilk iddia tələbi üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək,öz izahatında həmin kredit müqaviləsi bağlandığı vaxt 10030 manat pulun cavadehə təhvil aldı, sonra ona qaytardığını, özünün aldığını, çünki həmin borc artıq kredit müqaviləsi bağlanana kimi yarandığını, belə ki, cavabdeh onun tanışı olan şəxsdən borc pul götürdüyünü, həmin pulu hər ay 1300 manat ödəniş etməklə (fazilə götürməyi şərtləşdirdiyindən, hər ay əsas puldan və faiz puldan ödəniş etməklə) geri qaytarmağı öhdəsinə götürdüyünü, borc pulun bir qismini ödəsə də, 10030 manat pulunu ödəmədiyini, iki ay ödəniş etdikdən sonra ödəmədiyini, o da məcburiyyət qraşısında qalaraq, həmin pulu cavabdehin əvəzindən öz cibindən hər ay ödədiyini, həmin 10030 manat borc pul bir dəfəyə deyil, 10 ay ödəniş etməklə, yarandığını, onun əvəzinə ödəniş etməyinin səbəbi də həmin tans adamın onun tanışı olduğunu, özünə pul lazım olanda həmişə ondan borc aldığını, çünki özünün avtomobil satışı ilə məşğul olduğunu, özünə pul lazəm olanda həmişə ondan borc alıb işini həll etdiyini, sonra bir həftə on günə borcunu qaytardığını, həmin adam narazılıq etdikdə, etibarının itirilməməsi üçün onun əvəzinə hər öədniş etdiyini, bu barədə də cavabdehə məlumat veridyini, o maddi imkanının olmadığını, əlində işinin olduğunu, o işi alınan kimi pulu ödədyəcəyini, lakin sonra cavabdehi tapa bilmədiyindən, artıq narahat olduğunu, cavabdehin tapdıqdan sonra onun adına olan maşını qarantiya kimi öz adına keçirtdiyini, həmin vaxtı etdikləri söhbətdə də onun əvəzinə bu qədər pul ödədiyini ona bildirdiyini, əgər borcu yox ididsə niyə maşını onun adına keçirdir ki, lakin sonra maşını cavabdehə lazım olduğundan, cavabdeh maşın onun adından çıxartmaq istədiyini bildirdikdə, o onun əvəzinə bu qədər pul ödədiyindən, sonra onu tapa bilməyəcəyindən, geri qaytarmağından ehtiyat etdiyindən, gedib notariusda belə bir müqavilə bağladıqlarını, notariusda onlara pul təhvil verilmədiyi halda müqavilə bağlanılmasının mümkün olmadığının deyildiyini,ona görə də o özü dostundan borc alaraq notariusda müqavilə bağladıqlarını, sonra həmin pulu ordan götürüb təzədən dostuna qaytardığını, həmin müqavilə cavabdehin ona yaranmış 10030 manat məbləğində borcuna görə bağlandığını, əgər borcu ona yox idisə, niyə gedib notariusda belə bir müqavilə bağlayırdı,kim kimi məcbur aparar ki gedək müqavilə bağlayaq, hələ öhdəlik də götürdü ki hər ay 340 manat ödəniş etməklə, o pulu ona qaytaracaq, sonra yenə itdiyini, onu tapa bilmədiyini, həmin puldan da ona heç bir ödəniş etmədiyini, öz cibindən, uşaqlarının boğazından kəsərək onun borcunu ödədiyini, ona görə ziyana düşdüyünü, ondan heç bir tələbinin olmadığını, gətirib onun öz halal pulunu qaytarmasını istədiyini, başqa kimlə nə edib öz işidi, ona lazım olan öz pulunun geriyə qaytarılmasının təmin edilməsi olduğunu, qarşıqlı iddia tələbində kredit müqaviləsinin bağlanması halları ilə bağlı deyilənləri qəbul etdiyini bildirərək,ilk iddia tələbinin təmin edilməsini,, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddiaçı məhkəmə iclasında iştirak edərək, qarşılıqlı iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ilk iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, öz izahatında həmin kredit müqaviləsinin etibarsız olduğunu, çünki həmin müqavilə bağlanılan zaman ona heç bir pul verilmədiyini, həmin pulu elə oradan da iddiaçının özünün götürdüyünü, həmin müqavilənin bağlanmasına səbəb isə iddiaçının onun digər şəxsə olan borcunu ödəməsi nətocəsində yaranmış borc olduğunu, lakin həmin borcu bağladığını əsas puldan 700 manat qaldığını birinci ay 1000 ABŞ dolları ödədiyini, ikinci ay da ödədiyini, dekabrın sonunda 1300 ABŞ dolları qaytardığını, bu borcdan 700 manat qaldığını, 9500 manat da ödədiyini, qalanı faiz borcu olduğunu, onun hamısını iddiaçının öz cibindən ödədiyini, bu barədə məlumatlı olduğunu bu barədə ona məlumat verəndə onu qaytarmağa maddi imkanın olmadığını dediyini, bunun müqabilində qarantiya olsun deyə öz maşının iddiaçının adına keçirtdiyini, sonra maşın ona lazım olduğundan onun adından çıxartmaq istədikdə belə bir müqavilə bağladıqlarını, həmin borc isə o iddiaçın tanışından 13000 ABŞ dolları borc götürdüyünü, həmin pulu borc götürərəkən onu faizlə geri qyatarmağı şərtləşdirdikləri, hər ay ödəniş edib qaytarmalı olduğunu, əsas puldan 600 manat borcu qaldığını, qalan borcun faiz borcu olduğunu, bu barədə onun əvəzindən pulu ödədiyini bildiyini, lakin o həmin pulu qaytarmağa maddi imkanın olmadığını, onun əvəzindən ödədiyi pulu iddiaçıya geri qaytarcağını bildirdiyini, lakin faiz pulunu qaytarmağa maddi gücünün olmadığını, yalnız 700 manatı qaytarmağa razı olduğunu, 10030 manat borc pulun həmin kredit müqaviləsi bağlanan kimi yarandığını, buna səbəb də həmin pula faizlərin hesablanması olduğunu, bu barədə özünün razılıq veridyini, lakin sonra maddi imkanı olmadığından qaytara bilmədiyini, ona görə də yalnız 700 manat hissəsini qaytarmağa razı olduğunu, iddiaçının öz cibindən o pulu ödədiyini də bildiyini, hətta həmin pulun bir qisiminin əvəzinə ona 2500 manat dəyərində maşın ehtiyat hissələrinin də verildiyini, heç onu nəzərə almadığını bildirərək, ilk iddia tələbinin qismən təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı ididiaçının vəkili məhkəmə iclasında iştirak edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki kredit müqaviləsinin görüntü üçün bağlandığını, müqavilə bağlandıqdan sonra heç bir pulun borc verilmədiyini, müqavilədən öncə yaranmış münasibətlərini rəsmişlədirdiklərini, borc pulun başqa şəxsdən götürüldüyünü, ilk iddiaçı qarşılıqlı iddiaçının başqa şəxsə olan borcunu tam ödədiyini ödədiyini, həmin ödənilmiş borcdan 700 manat əsas borcun qalığı olduğunu, qalanı isə faiz borcunun məbləği olduğunu, ilk iddiaçı həmin pulun hamısını qarşılıqlı iddiaçının əvəzinə başqa şəxsə ödədiyini, bu barədə qarşılıqlı iddiaçı məlumatlı olduğunu, onun əvəzində maşını adına keçirtmiş, daha sonra həmin onun əvəzinə ödənilmiş borca görə ilk ididaçı ilə aralarında belə bir müqavilə bağlanmışdı, indi sadəcə qarşılıqlı iddiaçı həmin 700 manatı qaytarmağa razı olduğunu, qalan hissədə isə qəbul etmədiyini, çünki onu qaytarmağa maddi imkanın olmadığını bildirərək, qeyd eidlən halları əzərə alaraq, ilk iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimsində işə cəlb edilmiş Bakı şəhəri 48 saylı Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 10030 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini xx.xx.2024-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, kredit müqaviləsi üzrə 10030 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən notarius depozit hesabına təhvil verilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağalnılmış, müqavilənin predmeti qimsində 10030 manat məbləğində pul vəsaiti çıxış etmişdir, ilk iddiaçı qarşılıqlı iddiaçının əvəzinə onun başqa şəxs qarşısında olan borcunu qeyd edilən məbləğdə onun adına ödəmişdir, qeyd edilən müqavilə həmin borcla bağlı (müqavilə bağlanana qədər yaranmış,ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən ödədiyi borcla bağlı) həmin borcun rəsmiləşdirilməsi məqsədilə bağlanmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, qarşlıqlı iddiaçı həmin kredit müqaviləsi üzrə borc pul almadığını əsas gətirərək, həmin müqvailənin etibarsız hesab edilməsini tələb etmiş, habelə ilk iddiaçı tərəfindən onun adına 10030 manat ödədiyini qəbul etsə də, ödənilmiş həmin pul vəsaitinin ilk iddiaçıyageri qaytardığını, əsas puldan 700 manat borcunun qaldığını, qalan pulun faiz pula aid olduğunu, onu ödəməyə imkanının olmadığını, ona görə də yalnız 700 manat hissəsində qəbul etdiyini bildirmişdir. İlk iddiaçı isə cavabdehin ona 10030 manat pul borcunun olduğunu, bununla bağlı kredit müqaviləsi də olduğunu, onu qeyd eidlən məbləğdə ziyan vurduğunu əsas gətirmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə onu qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əqdin iradə ifadəsi şərtinə aid tələbi pozulmaqla bağlanmışdır. Belə ki, qeyd edilən kredit müqaviləsihəmin müqavilənin predmeti qismində çıxış edən pul vəsaitinin borcalanın mülkiyyətinə verilməsi, borcalanın pul vəsaitini qəbul etməsi, borc alması niyyəti ilə bağlanmamış, həmin müqavilə tərəflər arasında yaranmış başqa bir münasibətin (ilk iddiaçının qarşılıqlı iddiaçının başqa şəxs qarşısında yaranmış borcunun icra eidlməsi ilə bağlı yaranmış borcunun ödənilməsinin təmin edilməsi məqsədilə) rəsmişlədirilməsi məqsədilə bağlanılmışdır.Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, tərəflər arasında bağlanmış qeyd edilən kredit müqaviləsi borc müqaviləsinə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadan və aralarında olan başqa münasibəti rəsmişlədirmək niyyəti ilə bağlandığından, əhəmiyyətsiz əqd olmaqla, etibarsız əqd olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Həmçinin, məhkəmə ilk iddia tələbi ilə bağlı onu qeyd edir ki, işin mübahisəsiz halları əsasında ilk iddiaçının qarşılıqlı iddiaçının əvəzindən 10030 manat məbləğində pul vəsaitini başqa şəxsə ödədiyi müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı ilk iddiaçı tərəfindən qeyd eidlən məbləğdə pul vəsiatini ödədiyini qeyd etsə də, həmin pulun bir qisminin faiz borcu ilə bağlı olduğunu, ona görə həmin hissədə ödəmək imkanı olmadığını, yalnız əsas borc olan 700 manat hissəsini ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdeh qeyd edilən pul vəsaitinin ilk iddiaçıya ödənilməsinə diar heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu halda, məhkəmə hesab edir ki, qarşılqlı iddiaçının təqsirli hüquqazidd hərəkətləri əticəsində ilk iddiaçıya 10030 manat məbləğində maddi ziyan vurulmuş, vurulmuş maddi ziyanla cavabdehin təqsirli hərəkətləri nəticəsində səbəbəli əlaqə olmuşdur. Bundan əlavə isə məhkəmə onu qeyd edir ki, ilk iddiaçı tərəfindən qeyd edilən məbləğdə borcun qarşılıqlı iddiaçının adından ödənilməsi onun istəyinə uyğun olmuşdur (bu barədə məlumatlı olmaqla, həmin pulun onun adından ödənilməsini qəbul etmiş, hətta bu halı-istəyinə uyğun olması halını kredit müqaviləsi bağlamaqla və ya öz avtomobilini ilk iddiaçının adıa rəmiləşdirməklə göstərmiş, nümayiş etdirmişdir). Deməli, ilk iddiaçının bu baxımından da tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi qeyd edilən məbləğdə pul vəsaitini ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə (kredit müqaviləsi üzrə alınmış pulun qaytarılması hissəsində) təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilmiş hissəsini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də əsaslı olmaqla, təmin eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsaəsn məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzə Cavabdeh 10030 manat məbləğində pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumu tutularaq ilk İddiaçının xeyrinə ödənilməli, İlk iddia tələbi qalan hissədə təmin edilməli,qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İlk iddia üzə Cavabdeh 10030 manat pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumu tutularaq ilk İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilk iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar