Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2468/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X21 qızının katibliyi, İddiaçı nümayəndəsi X5 3-cü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı vurulmuş zərərin reqres qaydada tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X13 Cavabdeh MMC-dən qarşı vurulmuş zərərin əvəzi olaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde Cavabdeh MMC-dən reqres qaydada 27.800 manat, hüquqi xidmətə görə 300 manat və 30 manat ödənilməmiş rüsum olmaqla ümumilikdə 28.130 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X13 iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh "xxxx" MMC ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 28.12.2013-cü il tarixli 120853-1-10194 saylı Baş kredit Razılaşması müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 13,5 faizlə 36 ay müddətinə 246.000 manat məbləğində kredit verilmişdir. MMC həmin kredit və ona hesablanılacaq faizləri ona təqdim edilmiş qrafik üzrə vaxtında ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin kreditin təminatı üçün bir neçə əmlakla yanaşı mənə məxsus mülkiyyətimdə olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,18558 ha. torpaq sahəsində yerləşən 4 otaqlı, bir mərtəbəli və 0,19 ha. torpaq sahəsində yerləşən 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi olmaqla iki ayrı-ayrı daşınmaz əmlak ipoteka edilmişdir. Bununla bağlı bankla aramızda 30 yanvar 2014-cü il il tarixdə 121571--NEDVİJ- 2292 saylı və 121571— NEDVİJ-2293 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmışdır.Qeyd olunan kredit sazişi əsasında Bank VTB (Azərbaycan) ASC ilə "xxxx" MMC arasında 06.02.2015-ci il tarixdə bağlanmış 120853-1-10194/4 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya illik 13,5 faizlə 246.000 manat məbləğində kredit verilmişdir.Əmlakımın ipoteka edilməsi "xxxx" MMC-nin fəaliyyətində iştirak etməsi, eləcədə gəlir əldə etmək üçün deyil, MMC-nin sahibi olan X6 ilə ailəlikcən yaxın dost münasibətdə olduğumuzdan irəli gəlmiş, ona etibar etdiyimizdən və MMC tərəfindən kreditin vaxtında ödəniləcəyinə bizi inandırması olmuşdur. Həmçinin MMC-nin rəhbəri əmlakla yanaşı 150.000 manat məbləğində dövriyyədə olan malları da banka girov etdiyindən əmlaklarla bağlı hər hansı riskin olmadığını bildirmişdir.MMC həmin krediti əldə edəndən sonra dövriyyəsini yetərincə artırmış, lakin krediti bir qismini vaxtında ödəmədiyindən, ipoteka edilmiş əmlakımı risk altına atmışdır. Belə ki, həmin kredit üzrə ödənilməmiş 107.636,70 manat məbləndə borca görə hər iki əmlakım dəyər-dəyməzinə qiymətləndirilib, hərraca çıxarılmışdır. Lakin MMC tərəfi ödənişlə bağlı hər hansı tədbir görməmişdir. Əmlakım hərracdan dəyər dəyməzə satılmasın deyə kredit borcunun ödənilməsi məcburiyyətində qaldım və buna görə 20.000 manat məbləğində borclandım.Belə ki, Cavabdeh MMC-nin ödəmədiyi 20.000 manat borcu əvəzimdə, üçüncü şəxs "xxxx" MMC tərəfindən ödənildi. Qeyd olunan 20.000 manat cavabdeh"xxxx" MMC-nin kredit borcuna görə ödənildiyindən və bu ödənişi etmək məcburiyyətdə olduğumdan, həmin məbləğ cavabdehdən reqres qaydada tələb olunmalıdır. Bundan başqa hərraca çıxarılmış və artıq hərracın 2-ci mərhələsində olan hər iki evim başqasına satılmasın deyə, məcburiyyətdən hərrac mərkəzinə 4.800 manat beh ödəmişdim. Daha sonra da alqı-satqı edilmədiyimə görə, behim batmışdır. Həmçinin girov əmlakımla bağlı yaranmış çox saylı mübahisələrin həllinə hüquqi yardım üçün tərəfimdən 3.000 manat ödənilmişdir. Göründüyü kimi cavabdeh "xxxx" MMC tərəfindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün əmlakım ələdn çıxmasın deyə ödədiyim 20.000 manatdan başqa, mənə üst-üstə7.800 manat məbləğində ziyan vurmuşdur ki, həmin məbləğ də ondan tələb olunmalıdır. Həmçinin vəkil üçün ödədiyim 300 manat və 30 manat dövlət rüsumu da cavabdehdən xeyrimə alınmalıdır. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 7800 manat məbləğində pul vəsaitinin 4800 manat hissəsinin hərraca beh kimi ödənildiyini, 3000 manatı isə üçüncü şəxsə hüquqi xidmətə görə ödənildiyini, lakin həmin pul vəsaitinin ödənilməsinə dair qödəniş qəbzinin olmadığını, behlə bağlı qəbzin hərrac mərkəzində olduğunu, ona təqdim etmədiklərini bildirdiklərini, qeyd edilən halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaısnda izahat verərək, tərəflrə arasında ipoteka müqaviləsindən, kredit müqaviləsində irəli gələn mübahisəsin həll eidlməsi məqəsdilə ididaçı ilə aralarında hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlanlmış, ididaçının adından həmin icra sənədi üzrə 20000 manat məbləğində pul vəsaitinin ödənildiyini, buna dair sənədlərin təqdim edildiyini, 3000 manatın ödənilməsinə diar qəbzin olmadığını, hüquqi xidmətə görə onlara 3000 manat ödənildiyini, hərracla bağlı isə 4800 manat beh kimi ödənildiyini bidlirərək, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh MMC-ə və üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehinvə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30.01.2014-cü il tarixli, “daşınmaz əmlakın ipoteka müqaviləsi” surətindən görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən ipoteka qoyan kredit alan qismində çıxış edən Cavabdeh MMC-nin bank qarşısında olan öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə ipoteka predemti hesabına ödənilməsinə dair öhdəlik götürmüş, ipoteka predmetinin dəyəri 137000 manat müəyyən eidlmişdir.. İş materiallarında olan 30.05.2018-ci il tarixli 2(005)-1595\2018 saylı icra vərəqəsinin məzmunundan görünür ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh MMC, Babayev Bəybaba ilkin iddia üzrə cavabdehlər “ƏKBƏR-A" MMC, X7, "xxxx" MMC, X1, X2, X4 müştərək qaydada 06.02.2015-ci il tarixli 120853 1-10194/4 saylı “Kommersiya Krediti" müqaviləsinə əsasən 99429,98 (doxsan doqquz min dörd yüz iyirmi doqquz manat,98) manat məbləğində əsas borc, 7826.89 (yeddi min səkkiz yüz iyirmi altı manat, 89) manat məbləğində faiz borcuvə 1000 (bir min) manat cərimə borcu olmaqla ümumilikdə 108 256,87 (bir yüz səkkz min ıkı yüz əlli altı manat, 87) manat məbləğində borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutulması, borc tələbinin digər əmlaklarla yanaşı, İddiaçı məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,9 kv m olan frdi yaşayış sahəsi və 0,19 ha sahəsində yerləşən ümumi sahəsi 81 kv m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, həmin əmlakların açıq hərracda ilkin satış qiymətinin 30000 manat və 18000 manat müəyyən edilmişdir. İş materiallarında olan 08.06.2017-ci il tarixli pretenziya məktubunun məzmunundan aydın olur ki, Bank VTB ASC tərəfindən kredit alan Cavabdeh MMC, zamin İddiaçı və digər zaminlərə136229,55 mnaat məbləğində kredit borcunun 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda pul tələbinin ödənilməsi üçün qanunvericiliklə uyğun tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materialalrında oaln 24.06.2020-c il tarixli qəbzin məzmunundan aydın olur ki, 20010,00 manat məbləğinə pu vəsaiti X8 tərəfindən cari hesaba ödəniş etmişdir. İş materialalrında olan 01 fevral 2018-ci il tarixli müqavilənin məzmunundan aydın olur ki, İddiaçı ilə "xxxx" MMC-nin direktori X9 arasında sifarşçiyə məxsus Şamaxı rayonu, Çuxuryurd kənd ərazisində yerləşən iki yaşayış evinin Cavabdeh MMC-nin kreditinin təminatı qismində ipoteka edildiyindən, borcun əmlakıa yönəldilməsi ilə bağlı ortaya çıxmış mübahisəli məsələnin həlli üçün hüquqi xidmətin həyata keçirilməsi barədə qarşılıqlı razılaşma bağlamışlar. İş materiallarında olan 24.06.2020-ci il tarixli 01 № li ödəniş tapşırığının məzmunundan aydın olur ki, X8 tərəfindən 20000 manat məbləğində pul vəsaiti Şamaxı İcra və Probasiya Şöbəsinin hesabına İddiaçı barədə məhkəmə qərarına əsasən ödəniş edilmişdir. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir Həmin Məcəllənin 196-cı maddəsinə əsasən Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 453.4-cü maddəsinə əsasən subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı ona məxsus olan müvafiq əmlakları məhz kredit alan qismində çıxış edən Cavabdeh MMC-nin bank qarşısında olan müvafiq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təçminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.Həmçinin, məhkəmə araşıdmrası zamanı müəyyən edilmişdir ki, müvafiq məhkəmə qətnaməsi əsasında Cavabdeh MMC və digər şəxslərdən 108256,87 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 120 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın digər əmlaklarla yanaşı həmçinin İddiaçı məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində 0,18558 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 127,9 kv m olan frdi yaşayış sahəsi və 0,19 ha sahəsində yerləşən ümumi sahəsi 81 kv m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş, həmin əmlakların açıq hərracda ilkin satış qiymətinin 30000 manat və 18000 manat müəyyən edilmişdir. İdidaçı ona məxsus fərdi yaşayış evlərinin satılmaması üçün Cavabdeh MMC-nin bank qarşısında olan borcunun 20000 manat məbləğində olan hissəsini ödədiyini əsas gətirərək, həmin pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi, habelə hərracla bağlı 4800 manat pul ödədiyini, 3000 manat hüquqi xidmət göstərilməsinə görə xərc çəkdiyini əsas gətirərək, həmin pul vəsaitlərinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, İddiaçı ilə üçüncü şəxs qismində çıxış edən "xxxx" MMC arasında hüquqi xidmət göstərilməsinə dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məhkəmə qərarına əsasən ödəniş üzrə 20000 manat məbləğində pul vəsaiti Şamaxı İcra və Probasiya şöbəsinə ödəniş edilmişdir. Göründüyü kimi, İddiaçı təərfindən müvafiq icra sənədi üzrə 20000 manat məbləğində pul vəsaiti ödənilməsi halı aşkardır. Bu halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin qeyd edilən normalarının tələbinə əsasən iddiaçının borclu Cavabdeh MMC-nin bank qarşısında olan borcunun ödənildiyi hissəsi miqdarında pul vəsaitinin ona ödənilməsinin reqress qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, məhkəmə iddiaçının kredit alan Cavabdeh MMC-nin bank qarşısında olan borc öhdəliyini təminatı qismində ona məxsus olan müvafiq əmlakları bankın xeyrinə ipoteka ilə yüklü edilməsi halının, habelə iddiaçının kredit alan Cavabdeh MMC-nin bank qarşısında olan borcunun 20000 manat məbləğində olan hisəsini müvafiq icra əsnədi üzrə ödənilməsi halının aşkar olmasını və mülki qanunvericiliyin qeyd edilən normalarının tələbinə əsasən iddiaçının həmin pul vəsaitini reqress qaydasında tələb etmək hüququn olması halı əsas götürərək, hesab edir ki, iddia tələbi 20000 manat məbləğində ( kredit alanın banka qarşısında olan borcunun əvəzinə ödənilmiş) pul vəsaitinin ödənilməsi hissəsində əsaslı olmaqla, təmin eidlməlidir. Məhkəmə iddia tələbinin 7800 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf məhkəmə iclaısnda qeyd edilən məbləğin 4800 manat məbləğində olan hissəsinin beh qismində hərracın keçirilməsinə görə ödənildiyini, 3000 manat məbləğində pul vəsaitini isə hüquqi xidmətin göstərilməsinə görə üçüncü şəxsə ödənildiyini bildirsə də, həmin pul vəsaitlərinin ödənilməsin dair hər hansı sübut vasitəsi (ödəniş qəbzini) məhkəməyə təqdim edə bilməmişdir. bununla da,cavabdehin hərəkətləri nəticəsində iddiaçıya qeyd eidlən məbləğdə madi ziyanın vurulması, vurulmuş ziyanla cavabdehin hərəkətləri aarsında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd eidlən hissədə əsassız olmaqla, təmin eidlməməlidir. Məhkəmə, iddia tələbinin hüquqi yardım göstərilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Rəhmanova Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 iyul 2008-ci il tarixli 79 nömrəli Qərarında qeyd edilmişdir ki, ədalətli kompensasiyaya dair hər hansı tələb təfsilatlı göstərilməli və müvafiq təsdiqləyici sənədlərlə birgə yazılı şəkildə təqdim olumalıdır. Əks halda məhkəmə tələbi tam və ya qismən rədd edə bilər. Qeyd olunana halları əsas götürərək, məhkəmə vəkilin göstərdiyi hüquqi yardımla bağlı xərcləri, habelə işin konkret hallarını nəzərə alaraq, habelə ididaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün məhz 300 manat məbləğində xərcin çəkilməsinə dair hər hansı sübut təqdim edilməməsini əsas götürərək, hesab edir ki, məhkəmə xərcləri ilə bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaiti 110 manat qismində ağalabatan məbləğ kimi qəbul edilməklə, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə ididaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, mülki qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMCdən ödənilmiş pul vəsaitinin əvəzi olaraq reqress qaydasında tələb edilən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2468/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2468/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver