Məhkəmə qərarları › İş №2(002)-2475/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2475/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2475/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşıborc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşıborc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 6115,96 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 64156,45 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10356,48 ABŞ dolları faiz borcu, ümumilikdə 130759,75 ABŞ dolları məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “Mercedes Benz GL 500” minik markalı (tip-universal, Ban- WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013, **-RR-*** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 43/2013 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 115000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən, kreditor bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, “Mercedes Benz GL 500” minik markalı nəqliyyat vasitəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 6115,96 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 64156,45 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10356,48 ABŞ dolları faiz borcu, ümumilikdə 130759,75 ABŞ dolları məbləğində kredit borcu qalmaqdadır. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı təşkilat tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması üçün tədbir görüıməmişdir. Buna görə də iddiaçı təşkilat məhkəməyə müraciət etmişdir və hazırda iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı təminatlı kredit müqaviləsindən görünür ki, hazırda ləğv prosesində olan “xxxxxxxxxxxxxx” ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən, cavabdehə “Mercedes Benz GL 500” minik markalı avtomobilin alınması məqsədilə bank tərəfindən 36 ay müddətinə illik18% ödəmək şərtilə115000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxxx 2013-cü il tarixli, 43/2013 saylı təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, “xxxxxxxxxxxxxx” ASC-nin Xəzər Filialı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh özünə məxsus “Mercedes Benz GL 500” minik markalı (tipuniversal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013, **-RR-*** dövlət qeydiyyat nişanlı) avtomobili “xxxxxxxxxxxxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan AB No 993659 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ GL 500” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********944 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə ödənilməmiş 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 6115,96 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 64156,45 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 10356,48 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 130759,75 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və faizləri vaxtında banka ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın qeyd olunan müqavilə üzrə əsas borc, müqavilə müddəti üçün faiz borcu, habelə müqavilə müddətindən sonrakı dövr üçün illik beş faizlə hesablanmış faiz borcu ilə bağlı tələbləri tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi cərimə hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, mövcud müqavilə üzrə cərimə tələbinin azaldılmasını və 5000 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddia tələbinin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilməli, cavabdehdən tutulmalı olan məbləğ avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməli, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Ona görə də açıq hərrac nəticəsində əldə edilmiş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin tutulması İcra haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablaşma ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün 6115,96 ABŞ dolları faiz borcu, 10356,48 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 71603,3 ABŞ dolları (yetmiş bir min altı yüz üç ABŞ dolları otuz sent) məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş “Mercedes Benz GL 500” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı (tip-universal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013) avtomobilə yönəldilsin və yuxarıda qeyd olunan tutulmalı məbləğ həmin avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilsin. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar