Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-25/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı-nin xeyrinə 294.88 ABŞ dolları əsas və 185.47 ABŞ dolları faiz borcunun, cəmi 480.35 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Daha sonra 28 oktyabr 2021-ci il tarixdə işin icraatı təzələnmişdir. Məhkəmə baxışı 12 noyabr 2021-ci il tarixə saat 16:00-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunauyğun qaydada məlumat verilmişdir. Həmin tarixdə Cavabdeh məhkəmə iclasına gəlsə də iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə də məhkəməyə heç bir vəsatətlər daxil olmamışdır. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə, iddiaçı təşkilatın nümayəndəsinin məhkəmə iclasına gəlməməklə məhkəmə baxışının keçirilməsinə dair hər hansı bir vəsatətinin daxil olmamasını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinin tələbindən aydın olur ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim mülki işi baxılmamış saxlayır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №2(002)-25/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-25/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver