Məhkəmə qərarları › İş №2(002)-25/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-25/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-25/2022 18.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli FŞ 016/015 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilməmiş 3.272 manat 35 qəpik əsas borc, müqavilə müddəti üçün hesablanmış 1.727 manat 67 qəpik faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 123 manat 63 qəpik borc olmaqla, cəmi 5.123 manat 65 qəpik məbləğində kredit borcunun; xx.xx.2015-ci il tarixli FŞ 017/015 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilməmiş 235 ABŞ dolları 06 sent əsas borc, müqavilə müddəti üçün hesablanmış 94 ABŞ dolları 99 sent faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 32 ABŞ dolları 33 sent borc olmaqla, cəmi 362 ABŞ dolları 38 sent məbləğində kredit borcunun; xx.xx.2014-cü il tarixli FŞ 022/014 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək iddiaçıya ödənilməmiş 421 manat 02 qəpik əsas borc, müqavilə müddəti üçün hesablanmış 169 manat 94 qəpik faiz, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 62 manat 16 qəpik borc olmaqla, cəmi 653 manat 12 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında razılıq əldə olunduğu, iddiadan imtina etdiklərini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, hazırkı iş üzrə icraata xitam verilməlidir. Çünki, iddiaçı iddiadan imtina etmiş, bu barədə məhkəməyə ərizə göndərmiş, tərəflər arasında razılıq əldə olunduğunu bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı LPO İddiaçı ASC-nin iddiadan imtinası qəbul edilsin və iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar