Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2502/2022 10.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkilova Aygün Səməd qızının, Cavabdeh və onun vəkilinin iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər iki borc sənədi üzrə (4000+3000)=7000 (yeddi min) manat məbləğində pulun və həmçinin dövlət rüsumu üçün ödənilən 90 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o İddiaçı xx.xx.1952-ci il tarixdə Azərbaycan Respublikası Qazax ray.,Yuxarı Salahlı kəndində anadan olmuşdur.Ailəlidir,hal-hazırda Sumqaylıt şəhərində yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır.Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət etməyinə səbəb Cavabdeh ondan 2 dəfə ayrı-ayrı vaxtlardan ümumi olaraq 7000 manat borc pul götürüb vəd etdiyi vaxtda qaytarmamasıdır.Cavabdeh ilk dəfə yəni xx.xx.2020-ci il tarixdə yanına gələrək təcili 4000 manat pula ehtiyacı olduğunu bildirdi və ona borca pul verməyini istədi.Onun çarəsiz halını görüb ona inandı və qeyd edilən məbləği yəni 4000 manat pulu Nəsimidən əlyazması aldıqdan sonra ona verdi.Nəsimi həmin əlyazmasında ondan aldığı məbləği və hansı vaxtda (xx.xx.2021) geri qaytarmağı ilə bağlı öhdəliyi qeyd elədi.Daha sonra ilk dəfə ondan borca pul adığı vaxtdan 3 ay sonra yəni xx.xx.2020-ci il tarixdə yenə yanına gələrək pis vəziyyətdə olduğunu bildirdi və yenə də təcili olaraq 3000 manat pula ehtiyyacı olduğunu dedi.Bu səfər də ona güvənib,inanıb,etibar edib istədiyi 3000 manat pulu ondan əlyazması almaqla verdi.Nəsimi bu əlyazmasında da ondan aldığı pulu geri qaytaracağına (xx.xx.2022-ci il tarixədək) vəd etdi.Cavabdeh ondan borca götürmüş olduğu hər iki əlyazması üzrə ümumi məbləği 7000 manat olan pulu geri qaytarmayaraq ona ciddi şəkildə ziyan vurmuşdur.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddianın məzmuna uyğun izahat verərək,öz izahatında cavabdehin onun evində usta kimi işlıdiyini, həm də yaxınlıqda yaşadığını, belə tanış olduqlarını, anasının ona 7000 manat borc pul veridyini, borc pulu alsa da indiyə kimi qaytarmadığını, anasından əlavə ondan da 200 manat borc aldığını, buna görə də aralarında mübahisə olduqlarını, 2016-cı ildə də bir dəfə onun özündən 2500 manat borc pul aldığını, onu qaytardığını, nəqədər pul qaytardığını bilmədiyini, yadında qalmadığını, qardaşıda onun maaş kartının olmasının bu işə aidiyyətinin olmadığını, qradaşı ilə onun arasında olan söhbət onlara aiddir, qardaşı ona nəqədər borc pul verib bilmədiyini, anasına İnci deyə çağırdıqlarını, cavabdehin niyə polisə anasının da adını dediyini bilmədiyini, lkain polisdə verdiyi izahatında heç anasının adını çəkmədiyini, ancaq qardaşının adını dediyini, qardaşına nə ödəyib bilmədiyini, anasında pulu alanda anasının tək olduğunu, anasının işləmədiyini, pensiya aldığını, öz pulunun olduğunu bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı vı oğlundan 5500 manat cəmi olmaqla, 3500 və 2000 manat borc götürdüyünü, həmin pulu da İnci ilə oğlu Şaməddinin yanında Şaməddinin ona pulu verdiyini, həmin pulu faizlə ona verdiklərini, o da pulu qaytarmaq üçün öz pensiya kartını onlara verdiyini, 22 ay kartının Şaməddində və anasında olduğunu, Şaməddin də anası iddiaçı da həmin kartdan pul çıxardıqlarını, iki kartı olub ikisini də onlara verdiklərini, bank videolarına baxsanız hər ikisinin pul çıxartdığını görə bilərsiniz, buna özünün razılaşdığını, sonra isə kartından pul çıxartsa da əsas pul olduğu kimi qaldığını, 12000 manat yaxın pulunu kartdan çıxardığını, ancaq borcunun olduğu kimi qaldığını, ona görə dəfələrlə onlara müraciət etdiyini lakin yenə də faizi dayandırmadıqlarını, hətta aralarında mübahisə olduğunu, buna görə də polisə müraciət etdiyini, kartını blok etdiyini, polisə də bu barədə İnci və Şamo adlı şəxslərin onun kartını götürdüklərini geri qaytarmadıqları barədə məlumat verdiyini, sadəcə polisdə olanda izahatında İnci ilə bağlı olan məlumatları qeyd etmədiklərini, ancaq o polisə İnci və oğlunun adını dediyini, Şamodan ümumiyyətlə borc almadığını, necə olur ki, o 7000 bir borc alıb, 8500 manat bir borc alıb, hələ onlar ona borclu olduğunu bildirərək,bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi X1 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı qarşısında borcunun olmadığını, iddiaçı və onun oğlundan birlikdə 5500 manat borc pul aldığını, həmin pulu isə kartı iddiaçının oğlunda olmaqla, artıqlaması ilə geri qyatardığını, oğlu da təsdiq edir ki, kartlar onda olub 12000 manata yaxın pul çıxarıldığını, cavabdehin iddiaçı qarşısında hər hansı bortcunun olmadığını bildirərək, bu halların nəzərə alıanraq iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək, cavabdehə 3000 manat və 4000 manat borc verdiyini, müqaviləyə qol çəkdiyini bildirmişdir. Müsrəqil tələb irəli sürməyən üçüncü şəxs xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edərək, özünün qəlib ustası olduğunu, 8500 manat cavabdehə borc verdiyini, 5500 manatını özünün verdiyini, 3000 manatı Ceyran adlı şəxsdən alıb verdiyini, cavadehin kartları 2020-ci ilin yanvar ayından 2021-ci ilin dekabr 26-na kimi onda olduğunu, dekbarda cavabdehin kartı blokladığını, kartdan pulu çəkdiyini, yarısını cavabdehə veridyini, karta pensiyalar yüklənən kimi ona deyirdi pulu çəkək, cavabdehin ondan da iddiaçıdan da borc aldığını, iddiaçı pulu verəndə orda olmadığını, kartdan özünün borcuna görə pulu çıxartdığını, anasının veridyi borca görə etmədiyini, iddiaçının veridyi pulun ona aidiyyəti yoxdur, kartdan həmişə pulu özü çəkdiyini, cavabdehə borc verməsi barədə qəbzinin olmadığını, təxmini hər ay 259 manat pul çəkdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respubblikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasənborc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə aralarında borc müqavilələri bağlanıldığını, həmin müqaviləyə əsasən cavabdehə ayrı-ayrı vaxtlarda 3000 manat və 4000 manat olmaqla, cəmi 7000 manat borc pul verdiyini, cavabdeh tərəfindən pul təhvil alınsa da indiyədək geri qaytarılmadığını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh isə iddiaçı və onun oğlu üçüncü şəxsdən ümumilikdə 5500 manat (2000 manat və 3500 manat olmaqla) borc pul aldığını, həmin pulu iddiaçının oğlunun anasının yanında ona verdiyini, əvəzində isə pensiya və təqaüd kartını iddiaçı və oğluna verdiyini, 2020-ci ilin yanvar-fevral ayından 2021-ci ilin dekabr ayına kimi həmin kartların iddiaçı və oğlunda olduğunu, pulu kartdan onlarımn çıxartdığını, həmin pulun əvəzi artıqlaması ilə qaytardığını əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə ilk növbədə tərəflər arasında bağlanılmış 4000 manat pul vəsaiti ilə bağlı borc müqaviləsinin etibarlı olub-olmaması məsələsinin araşdırlmasını zəruri hesab edir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən borc müqaviləsinin predmetini 3000 manatdan çox məbləğdə pul vəsaiti təşkil etdiyi halda, qeyd edilən müqavilə yazılı formada bağlanılmalıdır. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən borc müqaviləsi iki tərəfli (borcalan və borc verən) müqavilə olmaqla, məhz yazılı formada müqavilə tərəflər arasında imzalanmış sənədin tərtibi yolu ilə bağlanılır. Hazırki mülki iş üzrə iddiaçı tərəfin istinad etdiyi tərəflər arasında bağlanılmış bir müqavilənin predmetini 4000 manat məbləğində pul vəsaiti təşkil etdiyindən, həmin müqavilə yazılı formada bağlanmalı idi. Lakin məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, qeyd edilən tələbə əməl edilməmiş, tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq edilmiş sənəd formasında yazılı formada müqavilə bağlanılması halı aşkar edilməmişdir. Yalnız borcalan şəxsin müvafiq pul vəsaitini iddiaçıdan borc alması, pulu təhvil alması və hansı müddətə qaytarması ilə bağlı öz öhdəsinə götürməsi halına dair sənəd tərtib edilmiş və həmin sənəd yalnız borcalan tərəfindən imzalanmışdır. Qeyd edilən sənədin isə borc müqaviləsinin zəruri şərtlərini-subyekt tərkibinə aid şərtlərini (borc alan, borc verən, onların hüquq və vəzifələri) özündə ehtiva etmədiyindən, həmin sənədin müqavilə qismində qiymətləndirilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə hesab edir ki, tərəflər arasında 4000 manat pul vəsaiti ilə bağlı borc müqaviləsi bağlanılarkən mülki qanunvericilikdə imperativ norma kimi qeyd edilmiş müqavilənin formasına aid şərti pozulmaqla bağlanılmışdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış 4000 manat pul vəsaiti ilə bağlı borc müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsinin şərtini pozmaqla bağlandığından və 337-ci maddəsinin tələbinə əsasən etibarsız əqd hesab olunmalıdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,cavabdeh iddiaçıdan və onun oğlundan 4000 manat məbləğində borc pul vəsaiti almadığını, 3500 manat borc aldığını, o biri müqavilə üzrə isə 3000 manat deyil, 2000 manat borc aldığını, hər iki kağızda onu faizi ilə birgə qeyd etdiklərini, həmin pul vəsaitini iddiaçıya və oğluna pensiya və təqaüd kartını verməklə, həmin kartdan pul vəsaitinin onların götürülməsi ilə qaytardığını, iddiaçının oğlu ilə aralarında heç bir borc almaq məsələsi olmadığını, iddiaçı ilə olan borca görə oğluna kartını verdiyini, hələ artıq qaytardığını bildirmişdir. Eyni zamanda məhkəmədə üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının oğlunun verdiyi izahatından aydın olur ki, cavabdehin pensiya və təqaüd kartı iddiaçının oğlunun istifadəsində olmuş, 2020-ci ilin mart ayndan 2021-ci ilin dekabr ayına kimi pul vəsaitini iddiaçının oğlu əldə etmiş, həmin müddətdə hər ay 259 manat olmaqla, pul vəsaiti əldə etmişdir.Üçüncü şəxs iddiaçının oğlu cavabdehin ona borcunun olduğunu bildirsə də, həmin halla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı qeyd edilən halın müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhər Polis İdarəsinə Cavabdeh məxsus pensiya kartının İnci və Şamo Vəkilovlar tərəfindən alınaraq geri qaytarılmaması barədə xx.xx.2021-ci il tarixli müraciət daxil olmuşdur. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, habelə cavabdeh tərəfindən özünə məxsus bank kartının iddiaçı və onun oğluna verilməsi, 2020-ci ilin fevral-2021-ci ilin dekabr ayına kimi kartın onlarda olması, iddiaçının oğlunun hər ay həmin kart üzrə pul vəsaiti əldə etməsi, cavabdehlə üçüncü şəxs olan iddiaçının oğlu arasında borc pul verilməsi ilə bağlı halın müəyyən edilməməsini nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən iddiaçıya məxsus əldə etdiyi pul vəsaitinin iddiaçıya qaytarılmaması, cavabdehin iddiaçı qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyinin olması halının, habelə bununla da iddiaçının 4000 manat məbləğində pul vəsaitindən məhrum olması, ona qeyd edilən məbləğdə maddi ziyan vurulması halının, cavabdehin iddiaçı qarşısında 3000 manat məbləğində icra eidlməyən borc öhdəliyinin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MM-nin 739,1091 və 337.5-ci maddələrinin dispozitiv şərtləri mövcud olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübuta hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçınun Cavabdeh qarşı borc pul tələbinə dair iddia tələbi təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2502/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2502/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver