Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2506/2024 23.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.430 (İki min dörd yüz otuz) manat məbləğində pulun alınıb ona verilməsinə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhəri Aşıq Səmsir küçəsi ev 55 Ünvanında Qeydiyyatda olmaqla yaşayır. Boşandığı üçün 3 il firmada işlədiyi vaxt ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə marketdə tanış olmuş və onlar qeyri rəsmi münasibətdə Xırdalan ərazisində kirayədə yaşamışdılar, daha sonra müxtəlif bəhanələrlə bildirdi ki kirayə pulu verə bilmir, onun özü anasının Bakı şəhəri ünvan 2 ünvanına qayıtdı və Cavabdeh ilə telefonla danışırdı, onlara gəlib gedirdi. 2023-cü ilin avqust ayında Cavabdeh ondan işə düzələcəyini bildirərək 2.500 manat məbləğində borca pul istədi, onun özündə pul olmadığını və anası X2 adına Bankdan xx.xx.2023-cü il tarixdə kredit götürmüşdür. Mən cavabdehin səmimiliyinə inanaraq xx.xx.2023 Cü il tarixdə 2.500 (iki min beş yüz) manat məbləğində ona borc verdi . Cavabdeh almış olduğu pulu yaxın zamanda qaytaracağını bildirsə də Cavabdeh zəng çatmadı və digər nömrəsini tapıb borcunu qaytarmağı bildirsə də ona hədə qorxular gəlmişdir.Pulunu istədikdə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə işə düzələcəyini bildirmiş və onunda Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində Kompüter operatoru vəzifəsinə işə düzəldəcəyini söz vermişdir. O, Cavabdeh iş istəmədiyimi pulunun qaytarmasını bildirsə də ona dəfələrlə hədə qorxular gəlmiş və o, bununla bağlı Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Cavabdeh Abşeron rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Polis Baş leytenantı Məhəmməd Məmmədovun yanında pulun qisa zamanda ödəyəcəyinə söz vermişdir və ona cəmi 70 ( yetmiş ) manat məbləğində pul ödəmişdir və ona Cavabdeh ümumilikdə 2.430 (iki min dord yüz otuz ) manat məbləğində borcu qalmışdır. Cavabdeh ondan borc aldığı və Borcun qaytarılması Polisin səlahiyyətlərinə aid olmadığından xx.xx.2024-cü il tarixdə Cinayət işinin başlanması rədd edilmiş və ona Pul tələbinə dair məhkəməyə müraciət etmək istədiyi izah edilmişdir sonradan isə Cavabdeh Whatsapp sosial şəbəkəsi vasitəsi ilə pulu ödəməyəcəyini bildirmiş və məhkəmədən o cümlədən Polisdən qorxmadiğini bildirmişdir. O, Cavabdeh bu sözlərinə görə Baş Prokurorluğa şikayət edərək Polisin xx.xx.2024-cü il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ləğv edilərək təkrar araşdırılmasını xahiş etmişdi. Abşeron rayon Prokurorluğu o cümlədən Baş Prokurorluğun Qərarı ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın ləğv edilərək təkrar araşdırmaya göndərilmişdir və Abşeron rayon Polis idarəsinin istintaq şöbəsində digər Polis əməkdaşı işi araşdırmış Cavabdeh öz izahatında həmçinin qəbz yazaraq ona borcu olduğunu boynuna almişdir borcun isə qaytara bilməməsini bildirmiş və müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasından imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Cavabdeh iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasına dair ərizəsini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbini tam qəbul etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin İsitanta Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X4 vətəndaş Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ərizəçiyə mülki qaydada şikayət etmək hüquqi izah edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Məmmədli X1 Arzu Akif qızına 2430 manat məbləğində borcunun olduğunu etiraf edərək, ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə pul borc vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 2430 manat borc pulunu tələb edir, cavabdeh isə məhkəmə iclaslarında iddia tələbini qəbul edərək, borcunu etiraf etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iş üzrə cavabdehin etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi halları müəyyən edilmədiyindən iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırda məhkəmə yuxarıda sadalanan normaları, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2430 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 45 manat dövlət rüsumu ödəmiş və hal-hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, 45 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2430 manat və 45 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2430(iki min dörd yüz otuz) manat və 45(qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2506/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2506/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver