Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2517/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, T X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlıq üçün 443.8 (dörd yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat iyirmi qəpik) manat dəbbə.18.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras üçün 1328 (min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 273 (iki yüz yetmiş üç) manat dəbbə. 31.12.2019-cu iltarixli müqaviləsinə əsasən, İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar üçün 297.4 (iki yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 88.6 (səksən səkkiz manat altmış qəpik) manat dəbbə. 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED TV üçün 972.4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 244.6 (iki yüz qırx dörd manat altmış qəpik) manat dəbbə. ümumilikdə 3768 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdehdan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 26.06.2020-ci il, 18.04.2020-ci il, 31.12.2019-cu il və 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlıq, Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras, İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar, Samsung LED TV almış və nəticədə 3"68 (üç min yeddi yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 484.8 (dörd yüz səksən dörd manat səksən qəpik) manat (12 ay x 40.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlıq üçün ümumilikdə, 564 (beş yüz altmış dörd) manat olmaqla ondan, 443.8 (dörd yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat iyirmi qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18.04.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1570 (min beş yüz yetmiş) manat (18 ay x 83 manat + 76 manat ilkin ödəniş) olan Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras üçün ümumilikdə, 1601 (min altı yüz bir) manat olmaqla ondan, 1328 (min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 273 (iki yüz yetmiş üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 512.4 (beş yüz on iki manat qırx qəpik) manat (12 ay x 42.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar üçün ümumilikdə, 386 (üç yüz səksən altı) manat olmaqla ondan, 297.4 (iki yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 88.6 (səksən səkkiz manat altmış qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1346.4 (min üç yüz qırx altı manat qırx qəpik) manat (18 ay x 74.8 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə, 1217 (min iki yüz on yeddi) manat olmaqla ondan, 972.4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 244.6 (iki yüz qırx dörd manat altmış qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 872 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnmİnə yönəldilə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, əsas və faiz borcunu qəbul etdiyini bildirərə, bu barədə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26.06.2020-ci il tarixli 20372393 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlığı alıcıya verməyi, alıcı isə onları qəbul edib, onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26.06.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 40.4 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26.06.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlığı təhvil almışdır. İş materiallarına əlavə olunmuş 18.04.2020-ci il tarixli 20228897 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras məhsullarını alıcıya verməyi, alıcı isə onları qəbul edib, onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.04.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 83 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 18.04.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras məhsullarını təhvil almışdır. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli 01178819 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar məhsulunu alıcıya verməyi, alıcı isə onları qəbul edib, onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 42.7 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli 01179289 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Samsung LED TV məhsulunu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 74.8 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 31.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Samsung LED TV məhsulunu təhvil almışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 01 iyun 2021-ci il üçün maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə 26.06.2020-ci il tarixli müqaviləsinə əsasən, 443.8 (dörd yüz qırx üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 120.2 (yüz iyirmi manat iyirmi qəpik) manat dəbbə.18.04.2020-ci il tarixli müqaviləsinə əsasən, 1328 (min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 273 (iki yüz yetmiş üç) manat dəbbə. 31.12.2019-cu iltarixli müqaviləsinə əsasən, 297.4 (iki yüz doxsan yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, 88.6 (səksən səkkiz manat altmış qəpik) manat dəbbə. 31.12.2019-cu il tarixli müqaviləsinə əsasən, 972.4 (dörd yüz yetmiş iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 244.6 (iki yüz qırx dörd manat altmış qəpik) manat dəbbə. ümumilikdə 3768 manat borcu mövcuddur. Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələrindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 26.06.2020ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ kodu **********84236 olan X6 markalı telefon, Xiaomi qulaqlıq məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 12 ay müddətinə, aylıq 40.4 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.Həmçinin tərəflər arasında 18.04.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində Dnepr Carpayi, Dolab, Termo, Tumba, Matras məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 83 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 31.12.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində İMEİ kodu **********59663 olan Samsung Galaxy A20s markalı telefon və 2 ədəd aksesuar məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 12 ay müddətinə, aylıq 42.7 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 31.12.2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində Samsung LED TV məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 18 ay müddətinə, aylıq 74.8 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən müqavilələr üzrə cərimə borclarının məbləğləri tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 26.06.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 18.04.2020-ci il tarixli müqavilə üzrə 20 manat cərimə, 31.12.2019-cu il tarixli müqavilə üzrə 5 manat cərimə, 31.12.2019-cu il tarixli müqavilə üzrə 10 manat cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehdan 26.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 443.8 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 453.8 manat məbləğində borc, 18.04.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1328 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1348 manat məbləğində borc, 31.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 297.4 manat məbləğində əsas borc və 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 302.4 manat məbləğində borc,31.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 972.4 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 982.4 manat məbləğində borc olmaqla, ümumiliklə 3086,6 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehdan 26.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 443.8 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 453.8 manat məbləğində borc, 18.04.2020-ci il tarixli müqavilə üzrə yaranmış 1328 manat məbləğində əsas borc və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1348 manat məbləğində borc, 31.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 297.4 manat məbləğində əsas borc və 5 manat məbləğində cərimə borcu olmaqla, cəmi 302.4 manat məbləğində borc,31.12.2019-cu il tarixli müqavilə üzrə yaranmış 972.4 manat məbləğində əsas borc və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 982.4 manat məbləğində borc olmaqla, ümumiliklə 3086,6 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2517/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2517/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver