Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-256/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi Əliyeva Təhminə Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» ASC Sığorta Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Standard İnsurance» sığorta şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 915,00 (bir min doqquz yüz on beş) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərclərinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 445,00 (iki min dörd yüz qırx beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daewoo Gentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Daewoo Gentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolnəqliyyat hadisəsi törətmiş və “BMW 528” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 1 915,00 (bir min doqquz yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Cəmiyyətə ünvanlanmış sənədlərdən görünür ki, yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, PƏA********** saylı etibarnamənin vaxtı bitmişdir. Belə ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı “Daewoo Gentra” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Nizami RPİnin Təhqiqat Şöbəsinin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 9/21-422 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1 915.00 (bir min doqquz yüz on beş) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2020-ci il tarixli, AS-20/431 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafıq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC Sığorta Şirkətinin nümayəndəsi T.Ə.Fərzullayev məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını və bu səbəbdən də, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini qəbul edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, müvafiq ekspert rəyində göstərilən 1725.00 manat məbləğində pulu ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 9/21-422 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, **-PF-*** dövlət qeydiyyatı nömrə nişanlı, “Daewoo Gentra” markalı avtomobil icbari sığorta olunmuşdur. İş materiallarında olan 19-11402/12/AA-9440/19 saylı işə dair Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış avtomobil **-PF-*** dövlət qeydiyyatı nömrə nişanlı, “Daewoo Gentra” markalı avtomobil, sığortalanmış avtomobili idarə edən şəxs X4, zərəçəkən avtomobil **-UC-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobil, zərərin ümumi həcmi 1915.00 manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktının məzmunundan aydın olur ki, X1 məxssu “”BMV 528” markalı 10UC964 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün və görülmüş işlərin xərci ümumilikdə 1915 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının məzmunundan görünür ki, X1 1915.00 AZN məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli xxxx tərəfindən verilmiş geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, “xxxx” Şirkəti tərəfindən Cavabdeh 2415 manat pulu 10 gün müddətində şirkətə ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüuqunundan istifadə ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Ata sığorta ASC- ilə X4 arasında DAEVO Gentra markalı 90PF694 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sıortalanmasına dair icbri sığorta müqaviləsi imzalanmış, sığorta məbləği əmlaka vurulan zərər görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından görünür ki, Əliyev X2 Gentra markalı 90PF694 dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, mülkiyyətçi “xxxx” ASC, hadsə baş verən anda sürücü Cavabdehdur. İş materiallarından görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək Daevoo Gentra markalı 90PF694 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilin idarə eidlməsinə dair Cavabdeh adına etibarnamə verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5485 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “BMW 528” markalı, ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1725.00 müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Daewoo Gentra” markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “BMW 528” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “BMW 528” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktı əsasında həmin avtomobilə dəymiş zərər 1915.00 manat məbləğində müəyyən edilərək, “BMW 528” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 ödənilmişdir. Həmçinin, iş materiallarından görünür ki, 90PF694 dövlət qeydiyyatı nömrə işanlı avtonəqliyyat vasitəsinin sahibi “xxxx” ASC tərəfindən cavabdehə həmin avtomobili idarə etmək üçün etibarnamə verilsə də, yol nəqliyyat hadisəsinin törədildiyi vaxt həmin etibarnamənin müddəti bitmiş, qüvvədə olmamışdır. Bununla da, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı “xxxx” ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür iddiaçı tərəfindən faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin məbləği müstəqil ekspert tərəfindən deyil, onun özü tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus “BMW 528” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər 1725,00 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən avtomobilə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsinə dair hər hansı mötəbər, təkzib olunmaz sübutlar təqdim edilmədiyindən, habelə avtomobilə vurulmuş ziyanın məbləğinin onun özünün tərtib etdiyi hesablama aktı əsasında müəyyən edildiyindən, həmin qiymətlərin real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu halda həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və sığorta ödənişinin əsası olan vurulmuş ziyanın məbləği bu rəylə müəyyən edilmiş 1725,00 manat məbləğində müəyyən olunmalı, iddia tələbi həmin hissədə təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır. Həmçinin, məhkəmə iddia tələbinin işlərin görülməsinə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla,təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işlərin görülməsi üçün 500 manat məbləğində xərc çəkildiyini bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. bununla da, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən işlərin görülüməsinə qeyd olunan məbləğdə xərc çəkilməsi halını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin 1725,00 manat məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “BMW 528” minik markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 1725,00 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC Sığorta Şirkətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-256/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-256/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver