Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2573/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun namyəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ilk, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “təyin edilmiş alimetin dəyişdirilməsi ”-nə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı Qətnaməsi ilə onunla xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh ilə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılaraq hər uşaq üçün hər ay 50 manat sabit, X17 qazancının və digər gəlirlərinin yarısı miqdarında aliment tutlaraq ödənilməsi qət edilmişdir. Onların Cavabdeh ilə aralarında 17 fevral 2003-cü il tarixdə Füzuli Rayon Qeydiyyat Şöbəsində bağlanmış 68 saylı Akt qeydi ilə qeydə alınmış birgə nikahdan 4 övladı doğulub. xx.xx.2003-cü il təvəllüdlü X26, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006cı il təvəllüdlü X27 və xx.xx.2019-cu il təvəllüdlü X28. xx.xx.2003-cü il təvəllüdlü X26 və xx.xx.2005-ci il təvəllüdlü X13 hər ikisi xərçəng xəstəsi idilər. Onlardan xx.xx.2005-ci il təvəllüdlü X13 26 mart 2024-cü ildə xərçəng xəstəliyindən vəfat etmişdir. xx.xx.2003-cü il təvəllüdlü X26 1-ci qrup gözdən əlildir. Onun daim tibbi müalicə və müayinəsinə maddi dəstək lazımdır. xx.xx.2006-cı il təvəllüdlü X7 liseyində oxuyur. xx.xx.2019-cu il təvəllüdlü X28 isə məktəbə qədər sinifə gedir. Cavabdeh mənimlə boşandıqdan evdə dava-dalış edib sonra da evdən çıxıb getmiş, aliment borcunu isə vaxtlı vaxtında ödəməmişdir.Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər uşaq üçün 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini istəyir.Çünki xx.xx.2024-cü il tarixdən uşaqlar üçün minimum ehtiyyac meyarının məbləği 235 manat müəyyən edildiyindən alimentin məbləğinin artıraraq hər uşaq üçün 235 manat məbləğində ödəməyi Cavabdeh təklif etmişdi. Lakin 10 gündən çox zaman keçməsinə baxmayaraq təklifinə heç bir münasibət bildirilməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli oldu. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixdə MŞB/18/2024- 00656 saylı arayış verilmişdir. İddiaçı daha sonra iddia tələbinə dədiqləşmə verərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat olmaqla hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona, həmçinin Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-2350/2021 saylı qətnaməsi oğlu X18 tutulan alimentin məbləğinin artırılaraq X18 verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dədiqləşmə verərək, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 235 manat olmaqla hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona yəni İddiaçı verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı xx.xx.2023-cü il tarixdə “əlavə alimentin ləğv edilməsi və cavabdehin qazancı və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment təyin edilməsi”-”nə dair qarşılıqlı iddia tələbi üzrə məhkəməyə müraciət edərək, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(002)-l09/2021 saylı qətnaməsi ilə təyin olunmuş 24 avqust 2006-cı il təvəllüdlü X27 və 16 oktyabr 2019-eu ii təvəllüdlü X19 münasibətdə əlavə xərclərə görə 50 manat məbləğində əlavə alimentin ləğv edilnəsi, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi i dəyişdirilərək aiiment alması nəzərdə tutulan 16 oktyabr 2019-cu il təvəllüdlü X20 ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümyəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia tələbinə dəqiqləşmə verərək, birgə nikahdan doğulmuş və hazırda yetkinlik yaşına çatmış xx.xx.2003-cü il təvəllüdlü X14 1-ci qrup əlil olması ilə bağlı əsaslı olaraq 50 manat sabit məbləğdə aliment aldığı üçün ona münasibətdə 235 manat aliment təyin edilməsi ilə bağlı ilkin iddia tələbinin rədd edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11 hazırda yetkinlik yaşına çatdığı üçün təyin edilmiş 50 manat sabit pul məbləğində aliment almaq hüququ olmadığı üçün ona münasibətdə 235 manat aliment təyin edilməsi ilə bağlı ilkin iddia tələbinin rədd edilməsi və birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X19 münasibətdə isə hazırda yetkinlik yaşına çatmadığı üçün hissəvi və 50 manat sabit pul məbləğində təyin olunmuş aliment məbləğinin dəyişdirilərək vahid olaraq 200 manat sabit pul məbləğindıə aliment təyin olunması, 235 manat aliment təyin edilməsi ilə bağlı ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X15 ilə Cavabdeh 17 fevral 2003-cü il tarixdə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan 03 iyun 2003-cü il təvəllüdlü X26, 06 sentyabr 2005-ei il təvəllüdlü X13, 24 avqust 2006-cı il təvəllüdlü X27 və 16 oktyabr 2019-cu i! təvəllüdlü X28 anadan olmuşdur.Bir müddət sonra ilkiıı iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X15 ilə münasibətləri korlanmışdır.Belə ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 109/2021 nömrəli qətnaməsi ilə Füzuli rayon VVADQ şöbəsində Cavabdeh ilə X15 arasında 17 fevral 2003-cü il tarixdə 68 saylı akt qeydi ilə icra edilmiş nikah qeydi pozulmuş, birgə nikahdan olan 03 iyun 2003-cü il təvəllüdlü X26, 06 sentyabr 2005-ci ii təvəllüdlü X13, 24 avqust 2006-cı il təvəllüdlü X27 və 16 oktyabr 2019-cu il təvəllüdlü X3 Xəyalə Bəhlul qızının yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X21ma ödənilməsi qət olunmuşdur.Hesab edirik ki, Qaradağ rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, 2(002}- 109/2021 nömrəli qanunsuz və əsassız qətnaməsilə birgə nikah dövründə doğulmuş yetkinlik yaşına çatmayan uşaqlara hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində aliment əlavə olaraq təyin olunmuşdur. Həmin məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə təmin edilmişdir.Belə ki, Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşma çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan dıgəı maraqlan nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.Məhkəmə valideynləri fakriki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.İstinad olunan maddi hüquq normasının mənasında aydın şəkildə görünür ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı üçün həmin uşaqların ağır xəstə olması ilə yanaşı maddi yardıma ehtiyac olmasıda sübut olunmalıdır. Bundan başqa, tərəflərin diqqətəlayiq olan digər maraqlan da nəzərə alınmalıdır ki. Qaradağ rayon Məhkəməsi tərəfindən bu hallar da nəzərə alınmamışdır.Həmçinin, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı üçün Məhkəmə tərəfindən valideynlərin faktiki çəkilmiş əlavə xərclər və eləcədə gələcəkdə çəkilməsi olan zəruri xərclər müəyyən edilməlidir ki. Məhkəmə tərəfindən bu hallar da qətnamədə müəyyən edilməmişdir.Əlavə olaraq qeyd edirik ki, Qaradağ rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə 24 avqust 2006-cı il təvəllüdlü X11 xəstəliyi ilə bağlı hər hansı məlumatın iş materiallarında rast gəlinməməsinə baxmayaraq məhkəmə tərəfindən ona 50 manat sabit məbləğdə əlavə aliment təyin olunmuşdur. Hesab edirik ki, bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır.Bundan başqa, qanunvericiliyin müəyyən etdiyi tərəflərin diqqətəlayiq hallarının araşdırılmasına münasibətdə qeyd etmək istəyirik ki, ilkin iddia tələbi üzrə iddiaçı X5 uşağı saxlamaq üçün kifayət qədər qazancı və gəliri mövcuddur, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məxsus mənzildə yaşayır, vahid aylıq müavinət alır, lakin Cavabdeh isə iş materiallarına əlavə olunmuş "xxxx" MMC-ilə bağlanmış əmək müqaviləsinə əsasən 345 manat əmək haqqı alır və rayon icra Hakimiyyətinin 5 iyııl 2024cü il tarixli cavab məktubundan göründüyü kimi heçbir vahid aylıq müavinət almır.Həmçinin övladlarının və keçmiş həyat yoldaşının rahatlığı üçün Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən özünə verilmiş mənzili ailə üzvlərinə rahat yaşamaları üçün vermiş, özü isə heç bir şəraiti olmayan yataqxanada yaşamağa məhkum olunmuşdur. Bununla bağlı məcburi köçkün vəsiqəsinin surətini iş materiallarına əlavə edilmişdir. Hesab edir ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(002)-109/2021 nömrəli qətnaməsi dəyişdirilərək aliment alması nəzərdə tutulan 16 oktyabr 2019-cu il təvəllüdlü X19 Cavabdeh qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi təyin edilməli, 24 avqust 2006-cı il təvəllüdlü X27 və 16 oktyabr 2019-cu ii təvəllüdlü X19 münasibətdə əlavə xərclərə görə təyin olunmuş 50 manat məbləğində aliment ləğv edilməlidir.İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh X4 Yolçu Mirzə oğluna qarşı alimentin artırılması tələbi ilə Qaradağ rayon Məhkəməsinə təkrar müraciət etmişdir. Qeyd etmək istəyir ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(002)-109/2021 nömrəli qətnaməsilə təyin olunmuş alimenti Cavabdeh oğiu imkanının çatdığı qədər vaxtlı vaxtında ödəməyə çalışmışdır. Bundan başqa qeyd edir ki, birgə nikahdan olan 06 sentyabr 2005-ci il təvəllüdlü X13 vəfat etmiş, 24 avqust 2006-cı il təvəllüdlü X27 isə 2024-cü ilin avqust ayının 24-ü yetkinlik yaşma çatmış hesab olunacaqdır. 03 iyun 2003-cü il təvəllüdlü X26 isə yetkinlik yaşma çatmrş lakin 1 -ci qrup əlildir. Məlumat üçün bildirir ki, Cavabdeh "xxxx" MMC-də Dəmirçi vəzifəsində çalışır. MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan da göründüyü kimi aylıq əmək haqqı 345 manat təşkil edir. Həmin xx.xx.2024-cü il tarixli Arayışın və Əmək Müqaviləsinin surətlərini iddia ərizəsinə əlavə edir. Cavabdeh bu əmək haqqından başqa heç bir yerdən gəliri mövcud deyildir.Bundan başqa tərəfimizdən Füzuli rayon İcra Hakimiyyətinə Cavabdeh. X21mm və birgə nikahdan doğulmuş övladlarının məcburi köçkünlər üçün nəzərdə tutulmuş hər hansı müavinət alıb-almamaları ilə bağlı müraciət olunmuş, Füzuli rayon İcra Hakimiyyətinin 5 iyul 2024 cii il tarixli cavab məktubu ilə müəyyən olunmuşdur ki, Cavabdeh və 16 oktyabr 2019-cu il təvəllüdlü X28 hər hansı vahid aylıq müavinət almır, lakin X15, 03 iyun 2003- cü il təvəllüdlü X26 və 24 avqust 2006-cı il təvəllüdlü X27 "məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlə üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət alırlar. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasından izahatında qeyd etdi ki, iddianın təmin edilməsini xahiş edir, bir övladı rəhmətə gedib, Xəyal yetkinlik yaşına çatıb, Yusifə də aliment düşür. Əşrəf isə əlildir, aliment alır, alimentin artırılması üçün Əşrəf özü iddia qaldıracaq. Xəyalın avqustun 24-ü 18 yaşı tamam oldu. Yusifin hələ 5 yaşı var. Alimentin dörddə bir hissədə yox, 235 manat tutulmasını və hər ay əlavə olaraq 50 manat ödənilməsini xahiş etmişdir. Xəyala aliment istəmir. Əşrəflə Yusifə 3 aydır ki, ikisinə birgə 350 manat ödəyir. 200 manat alimentə razı deyil, 235 manat aliment istəyir. Yolçu Əşrəf üçün aylıq 100 manat ödəyir. Əşrəfin 22 yaşı var. Əgər Yolçu ona 350 manat aliment verərsə, Xəyalın 1 aylıq alimentini istəməz. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında izahatında qeyd etdi ki, işləmir, ilkin iddia rədd edilsin, qarşılıqlı iddia təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında qeyd etdi ki, qarşılıqlı iddianının təmin edilməsini xahiş etdi. 2021-ci ildə əlavə 50 manat da alimentə qoşulub, tutulub, həmin qətnamə ilə aliment hissəvi tutulub. Alimentdən sonra Yolçu işdən çıxdı. Hazırda Xəyalə xanım 235 manat aliment və əlavə olaraq 50 manat istəyir. Qarşılıqlı iddiada bir uşaqla bağlı tələbi qeyd edilib. Xəyalə xanım və uşaqları hər ay 60 manat çörəkpulu alır. Xəyalə xanım Xəyalın 1 aylıq alimentini istəmir. İcraçı alimenti orta aylıq əməkhaqqına əsasən hesablayıb.Xəyalə xanım Yusifə aliment olaraq hər ay 235 manat və əlavə 50 manat istəyir.Yolçu 200 manat aliment vermək istəyir. Əşrəf əlildir deyə onun üçün Xəyalə xanıma 100 manat ödənir. Yolçu ona verilən mənzili uşaqlarına və Xəyalə xanıma verib, evdən çıxıb. Dost Mərkəzindən arayış var ki, Yolçu işləmir. Yolçu Rusiyaya gedib 180 gün Azərbaycanda olmayıb deyə onun 60 manat çörəkpulu kəsilib. Hakim Fuad Hüseynov Əşrəf üçün 50 manat pul tutulması barədə qətnamə qəbul edib. Xəyal yetkinlik yaşına çatıb, onun 50 manat almaq hüququ yoxdur, Yusifə isə 200 manat aliment verməyə razıdırlar, 235 manat alimenti qəbul etmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, işin hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 815801 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 24 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Rzayev Xəyalın atası Cavabdeh, anası X8r. İş materiallarında olan AZ-İV seriyalı, 363061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 16 oktyabr 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Rzayev Yusifin atası Cavabdeh, anası X8r. İş materiallarında olan AZ-İ seriyalı, 376353 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 03 iyun 2003-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Rzayev Əşrəfin atası Cavabdeh, anası X8r. İş materiallarında olan 1642 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Rzayev X25 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 18 mənzil 62-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan 1202 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində bina 18 mənzil 62-də müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2003- cü il təvəllüdlü X26 müddətsiz birinci dərəcəli əlil olmaqla, Anoftalmın digər növü, OD- anaftalm. Ağırlaşma H54.0 Binokulyar korluq, Ağırlaşma H44.5- Göz almazının degenerativ vəziyyəti, OS-göz almasının subatrofiyası diaqnozu qoyulmuşdur. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki , İddiaçı, X26 və X27 vahid aylıq müavinət alır, Cavabdeh və X28 isə vahid aylıq müavinət almırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 13 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən bugünki tarixədək "xxxx" MMC-də “dəmirçi” vəzifəsində işləyir. Cavabdeh aylıq maaşı 345 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 5 nəfər ailə tərkibi: İddiaçı, X26, X27 və X28 ilə birlikdə məcburi köçkünlərinin müvəqqəti məskunlaşması məqsədi ilə salınmış ünvan 1 ünvanında 4 otaqlı mənzillə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əşrəf Rzayeva xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən birinci dərəcəli müddətsiz əlillik təyinatı aparılmışdır. İddiaçı, X22 və X19 dair əlillik vəziyyətlərinin qiymətləndirilməsi üçün məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun yanında qalması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Füzuli rayon VVADQ şöbəsində Cavabdeh ilə X15 arasında 17 fevral 2003-cü il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan 03 iyun 2003cü il təvəllüdlü X14, 06 sentyabr 2005-ci il təvəllüdlü X6, 24 avqust 2006-cı il təvəllüdlü X11 və 16 oktyabr 2019-cu il təvəllüdlü X12 X5 yanında qalmaları, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında və hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, xx.xx.2021-ci il tarixindən başlayaraq X14 əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X18 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2294/2021 xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X9 qarşı alimentin azaldılması tələbi barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 yanvar 2021ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin 03 iyun 2003-cü il təvəllüdlü X18 münasibətdə hesablanmasına 03 iyun 2021-ci il tarixdən xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tələbinə görə, Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İstinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırda iş materiallarından və tərəflərin izahatından göründüyü kimi, tərəflərin birgə nikahdan 4 uşaqları var. Həmin uşaqlardan birixx.xx.2005-ci il təvəllüdlü X13 vəfat etmiş, digəri- xx.xx.2006-cı il təvəllüdlü X27 isə artıq xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmışdır. xx.xx.2003-cü il təvəllüdlü X18 münasibətdə isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2350/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixindən başlayaraq X14 əmək qabiliyyətinin olmadığı dövr ərzində hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X18 ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə əlavə edir ki, hazırda iddiaçının himayəsində bir yetkinlik yaşına çatmayan azyaşlı- xx.xx.2019-cu il təvəllüdlü X28 vardır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin xx.xx.2019-cu il təvəllüdlü X19 münasibətdə aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır.(Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) .Bu səbəbdən ilkin iddiaçı məhkəməyə müraciət edərkən, xx.xx.2006cı il təvəllüdlü X27 yetkinlik yaşına çatmamış olsa da, daha sonra xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatdığından məhkəmə hesab edir ki, ilkin iddianın xx.xx.2006-cı il təvəllüdlü X22 münasibətdə aliment məbləğinin artırılmasına dair hissəsi rədd edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinə dair hissədə qeyd edir ki, xx.xx.2006-cı il təvəllüdlü X11 artıq yetkinlik yaşına çatdığından ona münasibətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin dəyişdirilərək 235 manat məbləğində aliment tutulmasına dair ilkin iddia tələbinin rədd edilməsi hissəsi təmin edilmiş, lakin həmin qətnamə ilə xx.xx.2019-cu il təvəllüdlü X19 münasibətdə təyin edilmiş aliment məbləğinin hissəvi və əlavə 50 manat hissəinin dəyişdirilərək 200 manat sabit pul məbləğində təyin edilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilərək məhkəmə hesab edir, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu səbəbdən də ona münasibətdə tutulan 50 manat hissədə aliment dəyişdirilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən-təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-109/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-109/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 50 manat miqdarında olan alimentin xx.xx.2019-cu il təvəllüdlü X19 münasibətdə hazırkı qətnamə ilə İddiaçı iddiasına əsasən 235 manat dəyişdirilməsi nəzərə alınsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2573/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2573/2024
18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver