Məhkəmə qərarları › İş №2(002)-2576/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2576/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2576/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəzarət qurğusunun dəyəri,yəni 2277 manat 40 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Qurbanov X1 Rayon Məhkəməsinin 1(001*)- 164/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuş və ona müvafiq aktla 078CE05936 nömrəli 01 ədəd elektron qolbaq, 01 ədəd “ATTENTİ” markalı mobil nəzarət qurğusu(********), 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd mobil nəzarət qurğusunun kabrosu təhvil verilmişdir. Qaradağ Rayon Məhkəməsinin 7(002)-614/2022 saylı, 04.036.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndini təsiri altına düşdüyü üçün xx.xx.2022-ci il tarixdə cəzadan azade edilmiş və mobil nəzarət qurğusu təhvil götürülmüşdür. Cavabdeh mobil nəzarət qurğusu təhvil götürülərkən yerə düşdüyü üçün ikiyə bölünmüş halda yəni tamailə yararsız vəziyyətdə olduğu müşahidə olunmuş bu səbəbdən mobil qurğunun təmirə yararsız olduğu məlum olmuşdur. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına ərizə təqdim edərək,iddia tələbini müdafiə edərək, mülki işə onların iştirakı olmadan baxılmasını,məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 1(001)- 164/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün məzmunundan görünür ki, ə əsasən, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilsin.Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh 4 ay 9 gün həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 il 9 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsi tərəfindən verilmiş cavab məktubunda probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan həmin vasitələrin dəyərinin nəzarət subyektin tutulması qeyd olunmuş, həmin cədvəldə ƏDV 347.40 manat, elektron qolbağların 1 ədədinin dəyəri 1930 manat məbləğində qeyd edilməklə, ümumi məbləğin 2277,40 manat olduğu müəyyən olunmuşdur. İş materiallarında olan elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəyin məzmunundan görünür ki, Attenti V6 mobil qurğusunun ana platada radioelektron antenanın pini zədələnib, təkrar qaynağı mümkün dey Azərstifadəyə tam yarasızıdır.baycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunu zədələməklə, onu tamamilə yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu yarasız vəziyyətə salmaqla, həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq dövlət qurumu tərəfindən tərtib edilmiş cədvəl əsasında müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği müəyyən olunarkan həmin hallar nəzərə alınmalıdır. Həmçinin, məhkəmə əmlaka vurulmuş ziyanın məbləği ilə bağlı onu qeyd edir ki, qeyd edilən zərərin məbləği aşkar olmaqla, indiki halda cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu halda, məhkəmə qeyd edilə halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh onun barəsində tətbiq olunmuş yarasız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh yararsız vəziyyətə salınmış mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar