Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2581/2021 07.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76913 X7 7 markalı telefon üçün 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə.23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********55672 olan X9 10 markalı telefon üçün 1278.6 (min iki yüz yetmiş səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 382.4 (üç yüz səksən iki manat qırx qəpik) manat dəbbə; 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, Power Bank Mİ və qulaqlıq üçün 98.2 (doxsan səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat dəbbə; 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon üçün 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 22'{iyirmi iki) manat dəbbə 13.10.2019-cu il müqaviləsinə əsasən, Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası üçün 3760 (üç min yeddi yüz altmış) manat ödənilməmiş hissə, 1003 (min üç) manat dəbbə;. 13.10.2019-cu il müqaviləsinə əsasən, İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2+ markalı tablet, Samsung qulaqlıq, X8 Atron üçün 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə; 08.03.2019-cu il müqaviləsinə əsasən, Samsung LED TV üçün 564 (beş yüz altmış dörd manat ödənilməmiş hissə, 162 (yüz altmış iki) manat dəbbə; Ümumilikdə 9370 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Babayev Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə 20.10.2019-cu il, 23.03.2020-ci il, 22.12.2019-cu il, 21.06.2019-cu il, 13.10.2019-cu il, 13.10.2019-cu il və 08.03.2019-cu il tarixli müqaviləsinə əsasən, MEİ kodu **********76913 X7 7 markalı telefon, İMEİ kodu **********55672 olan X910 markalı telefon, Power Bank Mİ və qulaqlıq, İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon, Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası, İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2+ markalı tablet, Samsung qulaqlıq, X8 Atron, Samsung LED TV almış və nəticədə 9370 (doqquz min üç yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (12 ay x 42 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********76913 X7 7 markalı telefon üçün ümumilikdə, 436 (dörd yüz otuz altı) manat olmaqla ondan, 336 (üç yüz otuz altı) manat ödənilməmiş hissə, 100 (yüz) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1440.6 (min dörd yüz qırx manat altmış qəpik) manat (12 ayx 116.3 manat + 45 manat ilkin ödəniş) İMEİ kodu **********55672 olan X9 10 markalı telefon üçün ümumilikdə, 1661 (min altı yüz altmış bir) manat olmaqla ondan, 1278.6 (min iki yüz yetmiş səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 382.4 (üç yüz səksən iki manat qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 148.2 (yüz qırx səkkiz manat iyirmi qəpik) manat (6 ay x 24.7 manat + 0 manat ilkin ödəniş) Power Bank Mİ və qulaqlıq üçün ümumilikdə, 127 (yüz iyirmi yeddi) manat olmaqla ondan, 98.2 (doxsan səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manat dəbbə Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 675 (altı yüz yetmiş beş) manat (9 ay x 75 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 97 (doxsan yeddi) manat olmaqla ondan, 75 (yetmiş beş) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4188 (dörd min yüz səksən səkkiz) manat (20 ay x 209 manat + 8 manat ilkin ödəniş) Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası üçün ümumilikdə, 4763 (dörd min yeddi yüz altmış üç) manat olmaqla ondan, 3760 (üç min yeddi yüz altmış) manat ödənilməmiş hissə, 1003 (min üç) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1829 (min səkkiz yüz iyirmi doqquz) manat (12 ayx 150 manat + 29 manat ilkin ödəniş) İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2+ markalı tablet, Samsung qulaqlıq, X8 Atron üçün ümumilikdə, 1560 (min beş yüz altmış) manat olmaqla ondan, 1200 (min iki yüz) manat ödənilməmiş hissə, 360 (üç yüz altmış) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2098 (iki min doxsan səkkiz) manat (18 ay x 108 manat +154 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 726 (yeddi yüz iyirmi altı) manat olmaqla ondan, 564 (beş yüz altmış dörd) manat ödənilməmiş hissə, 162 (yüz altmış iki) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 3571 manat təşkil edir. Ödəniş cədvəlinin 2-cİ bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlyjyı 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa. Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cərimənin azaldılmasına etirazının olmadığını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qəbul etdiyini,cərimədən narazı olduğunu,bəzi şeyləri geri vermək istədiyini,cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08.03.2019-cu il tarixli, 00550950 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı Samsung LED TV markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08.03.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 18 ay müddətinə, aylıq 108 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 08.03.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Samsung LED TV markalı avadanlığı təhvil almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli, 00978485 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2 markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 150 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2+ markalı tablet, Samsung qulaqlıq, X8 Atronu təhvil almışdır. İş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli, 00978727 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 20 ay müddətinə, aylıq 209 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası təhvil almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş 22.12.2019-cu il tarixli, 01146591 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə Power Bank Mİ və qulaqlıq alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.12.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 6 ay müddətinə, aylıq 24.7 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 22.12.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh Power Bank Mİ və qulaqlıq təhvil almışdır. İş materiallarına əlavə olunmuş 23.03.2020-ci il tarixli, 20198216 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə İMEİ kodu **********55672 olan X9 10 markalı telefon alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23.03.2020-ci il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 116.3 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********55672 olan X9 10 markalı telefon təhvil almışdır İş materiallarına əlavə olunmuş 21.06.2019-cu il tarixli, 00734417 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21.06.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 9 ay müddətinə, aylıq 75 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21.06.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon təhvil almışdır İş materiallarına əlavə olunmuş 20.10.2019-cu il tarixli, 00994342 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə , İMEİ kodu **********76913 X7 7 markalı telefon alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 20.10.2019-cu il tarixli müqaviləyə ödəniş cədvəlinə əsasən, alıcı 12 ay müddətinə, aylıq 42 AZN məbləğində ödənişlər etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 20.10.2019-cu il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh , İMEİ kodu **********76913 X7 7 markalı telefon təhvil almışdır İş materiallarına əlavə olunmuş xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 02.06.2021-ci il üçün maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-yə 20.10.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 336 manat və 100 manat dəbbə pulu, 23.03.2020-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1278.6 manat və 382.4 manat dəbbə pulu,22.12.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 98.2 manat və 28.8 manat dəbbə pulu,21.06.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 75 manat və 22 manat dəbbə pulu,13.10.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 3760 manat və 1003 manat dəbbə pulu 13.10.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1200 manat və 360 manat dəbbə pulu 08.03.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 564 manat və 162 manat dəbbə pulu ümumilikdə 9370 manat, məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20.10.2019ci il, 23.03.2019-cu il, 22.12.2019-cu il,21.06.2019-cu il,13.10.2019-cu il,13.10.2019-cu il,08.03.2019-cu il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində İMEİ kodu **********76913 X7 7 markalı telefon, İMEİ kodu **********55672 olan X9 10 markalı telefon, Power Bank Mİ və qulaqlıq, İMEİ kodu **********95209 olan Samsung Galaxy A50 markalı telefon, Nado Yumsaq 3 yerli divan, Nado - Yumsaq - 1 yerli divan, VENETSİYA FS-5 mebel, Adona jurnal masa, Togostyle-Galax jurnal masası, İMEİ kodu **********96767 olan Huawei MediaPad T5 2+ markalı tablet, Samsung qulaqlıq, X8 Atron, Samsung LED TV məhsulları çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə 1ödəniş cədvəllərinə əsasən, ödənişlər etməklə avadanlıqların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilələr üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlıqları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilələr üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən 20.10.2019-ci il, 23.03.2019-cu il,22.12.2019-cu il,21.06.2019-cu il,13.10.2019-cu il,13.10.2019-cu il,08.03.2019-cu il tarixli alğı-satqı müqavilələri cərimə borclarının məbləğləri tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 20.10.2019-ci il tarixli müqavilə üzrə 5 manat, 23.03.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 22.12.2019-cu il tarixli müqavilə üzrə 5 manat , 21.06.2019-cu il tarixli müqavilə üzrə 5 manat , 13.10.2019-cu il tarixli müqavilə üzrə 5 manat, 13.10.2019-cu il tarixli müqavilə üzrə 5 manat, məbləğində, 08.10.2019-cu il tarixli müqavilə üzrə 5 manat cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilələr üzrə hesablanmış əsas borc və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.10.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 336 manat əsas borc və 5 manat cərimə borcu, 23.03.2019-cu il dəbağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1278.6 manat əsas borc və 5 manat cərimə borcu, 22.12.2020-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 98.2 manat əsas borc və 5 manat cərimə borcu, 21.06.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 75 manat əsas borc və 5 manat cərimə borcu, 13.10.2019cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 3760 manat əsas borc və 5 manat cərimə borcu, 13.10.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1200 manat əsas borc və 5 manat cərimə borcu, 08.03.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 564 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7346.8 manat məbləğində borc olmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20.10.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 336 manat əsas borc və 5 manat cərimə borcu, 23.03.2019-cu il dəbağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1278.6 manat əsas borc və 5 manat cərimə borcu, 22.12.2020-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 98.2 manat əsas borc və 5 manat cərimə borcu, 21.06.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 75 manat əsas borc və 5 manat cərimə borcu, 13.10.2019-cu ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 3760 manat əsas borc və 5 manat cərimə borcu, 13.10.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 1200 manat əsas borc və 5 manat cərimə borcu, 08.03.2019-ci ildə bağlanmış müqavilə üzrə əsas borca ödənilməmiş 564 manat əsas borc və 5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 7346,8 manat məbləğində borc olmaqla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2581/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2581/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver