Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2606/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2020-ci il tarixli müqavilə üzrə 32500 (otuz iki min beş yüz) manat pul məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 250 (iki yüz əlli) manat, cəmi: 32780 (otuz iki min yeddi yüz səksən) manat məbləğində pulun cavabeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o ilə(İddiaçı) Cavabdeh arasında 07 fevral 2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən 32500 (otuz iki min beş yüz) manat məbləğində pulu iş üzrə cavabdehə (borcalana) borca vermişdir. 07 fevral 2020-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 07.02.2021-ci il tarixədək hissə-hissə olmaqla borc verənə - ona qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ötən müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borc məbləği üzrə heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin bu günə müqavilə üzrə borcu 32500 (otuz iki min beş yüz) manat olaraq qalmaqdadır, işin məhkəməyədək, tərəflərin razılığı ilə həll edilməsi məqsədi ilə 29.06.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu da göndərmiş, (pretenziya məktubunun cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt qəbzi-xəbərnamə ərizəsinə əlavə edilir). Lakin pretenziya məktubunun çatdırıldığı tarixdən ötən bir ay ərzində də cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə və iddianın təmin edilməsinə etiraz etmədi. 32500 manat borcu olduğunu etiraf etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş 07 fevral 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay (07.02.2021-ci ilədək) müddətinə 32500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07 fevral 2020-ci il tarixli ərizələrdən də görünür ki, tərəflər borc və ondan irəli gələn öhdəlikləri barəsində razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07 fevral 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisi İddiaçı tərəfindən Cavabdeh 32500 manat kreditin verilməsi üçün “Kapital Bank “ASC-dən-bankda olan AZ20AİİB******************** nömrəli depozit hesabinına qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 1329 nömrəli “Hüquqi yardımın göstərilməsi” haqqinda 29 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə İddiaçı arasında hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmışdır və bu hüquqi yardım haqının məbləği 250 manat müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 5808 nömrəli qəbzdən də görünür ki, Bakı şəhər 5 saylı Vəkil Bürosunun hesabına 16.07.2021-ci il tarixdə 250 manat məbləğdə pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, iş materiallarında olan 26.04.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə qaytarmaq şərti ilə 32500 manat məbləğində kredit limiti ayrılmasını, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 07.02.2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun iddiaçıya(kreditora) həmin müqaviləyə görə 32500 manat pul məbləğinin, 30 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 250 manat, cəmi 32780 manat məbləğində pulun borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 32500 (otuz iki min beş yüz) manat borc, 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 250 (iki yüz əlli) manat pul, cəmi 32780 (otuz iki min yeddi yüz səksən) manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 32500 (otuz iki min beş yüz) manat borc, 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 250 (iki yüz əlli) manat pul, cəmi 32780 (otuz iki min yeddi yüz səksən) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2606/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2606/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver