Məhkəmə qərarları › İş №2(002)-261/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-261/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-261/2023 21.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 7480,31 manat əsas borc, 420,32 manat faiz, 73,32 manat cərimə borcu olmaqla, ümumilikdə 7973,95 manat və 99,74 manat ödənilməmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir:

1. Borc məbləği və ödəniş qaydası:

1. Borclu Cavabdeh1 "xxxx" ASC-yə 19 aprel 2022-ci il tarixli kredit razılaşması üzrə 5980,31 manat əsas, 622,12 manat faiz və 259.66 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6862.09 manat məbləğində borcun olmasını qəbul edərək xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 480.31 manat, faiz borcu üzrə isə 622.12 manat ödəniş etmişdir.

2. Borclular 5500 manat qalıq borc məbləğini (ilk ödəniş 28 fevral 2023-cü il tarixdən başlamaqla 31 yanvar 2025-ci il tarixə kimi) yeni qrafik üzrə ardıcıllıqla banka ödəməyi öhdələrinə götürürlər.

3. Borclular bu sazişin 2-ci bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımı qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Banka qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş 259.66 manat cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

4. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamadığı haqqında arayış ödənişsin verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş edildikdən sonra icra edilsin.

5. Ödənişlərin bu sazişin 2-ci bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirililir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 5759.66 manat məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun.

6. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımı qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

7. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

8. Barışıq sazişi hazırki işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

9. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

10. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

11. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 21 fevral 2023-cü il tarixdə imzalamışdır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar