Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2614/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə əsasən borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə əsasən borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2020-ci il tarixli müqavilə üzrə 33000 (otuz üç min) manat pul məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 250 (iki yüz əlli) manat, cəmi: 33280 (otuz üç min iki yüz səksən) manat məbləğində pulun cavabeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla (İddiaçı) Cavabdeh arasında 07 fevral 2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən 33000 (otuz üç min) manat məbləğində pulu iş üzrə cavabdehə (borcalana) borca vermişdir. 07 fevral 2020-ci il tarixli müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 07.02.2021-ci il tarixədək hissə-hissə olmaqla borc verənə - ona qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ötən müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borc məbləği üzrə heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin bu günə müqavilə üzrə borcu 33000 (otuz üç min) manat olaraq qalmaqdadır. İşin məhkəməyədək , tərəflərin razılığı ilə həll edilməsi məqsədi ilə 29.06.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu da göndərmişdir, (pretenziya məktubunun cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt qəbzi-xəbərnamə ərizəsinə əlavə edilir). Lakin pretenziya məktubunun çatdırıldığı tarixdən ötən bir ay ərzində də cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmidşir. İddiaçının vəkil və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07.02.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 33 000 manat məbləğində borc verir. Borc alan krediti 07.02.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 1328 nömrəli 29.06.2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilənin və ödəniş qəbzinin məzmunundan görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi üçün 250 manat ödəniş etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 07 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 33 000 manat məbləğində pulu cavabdehə borc verməyi, cavabdeh isə 07 fevral 2021-ci il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər aralarında bağladıqları kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz üzərinə götürüdüyü 33 000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin icra edilməsi müddətini dəqiq şəkildə müəyyən etmişlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəlikırinin lazımi qaydada və vaxtında icra edilməməsinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, iddiaçının veridyi izahatından aydın olur ki, cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə indiyədək heç bir ödəniş edilməmişdir. Həmçinin, tərəflər arasında bağlanılmış müvafiq kredit müqavilsəinin 6-cı bəndinin məzmunundan yadın olur ki, müqavilə üzrə borc öhdəliyinin icrasının tamamilə və ya hissə-hissə qəbulu borc sənədinin üzərində qeydlə təsdiq eidlməlidir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən də həmin kredit müqaviləsi üzrə hər hansı ödəniş etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə icra əsnədində borcun icrasına dair hər hansı qeydin olması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə qeyd edilən halalrı əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin eidlməldiir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 250 manat məbləğində hüquqi yardım göstərilməsi üzrə xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar çəkilmiş məsrəfə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq, habelə hazırki mülki iş üzrə iddia tələbini tam təmin edilməsi halını və iş üzrə çəkilmiş xərcin məbləğinin (dövlət rüsumu və hüquqi yardımla bağlı) müvafiq ödəniş qəbzləri əsasında aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma çəkilmiş xərcin məbləğinin ödənilməsi hissəsində də əsaslı olamqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 33 000 manat məbləğində borc pul vəsaiti, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 33 000 (otuz üç min manat 0 qəpik) manat məbləğində borc pul vəsaiti, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2614/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2614/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver