Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2616/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh 23 sentyabr 2019-cu il tarixli,LKK5690978 saylı kredit müqaviləsinə əsasən 648 manat əsas borc, 02 oktyabr 2019-cu il tarixli,LKK5753581 saylı kredit müqaviləsinə əsasən 274 manat əsas borc, 10 yanvar 2020-ci il tarixli,LKK5795095 saylı kredit müqaviləsinə əsasən 371 manat əsas borc,01 mart 2020-ci il tarixli LKK5795439 saylı kredit müqaviləsinə əsasən 208 manat əsas borc,hesablanmış 1000 manat faiz borcu və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun,cəmi 2547 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbuledəsiniz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1629 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 648 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 23 dekabr 2020-ci il tarixdən sonra qaytarılmayan 648 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3888 manat faiz borcu yaranmışdır (648 manat x 600 gün x 1%=3888 manat). İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 10 ay olmaqla 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1379 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 274 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 02 avqust 2020-ci il tarixdən sonra qaytarılmayan 274 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1972 manat faiz borcu yaranmışdır (274 manat x 720 gün x 1%=1972 manat). İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 10 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 644 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya371 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 10 yanvar 2021-ci il tarixdən sonra qaytarılmayan 371 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2114 manat faiz borcu yaranmışdır (371 manat x 570 gün x l°/o=2114 manat). İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 01 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 329 manat olan avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 208 manat əsas borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 01 mart 2021-ci il tarixdən sonra qaytarılmayan 208 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün 1% miqdarında faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1060 manat faiz borcu yaranmışdır (208 manat x 510 gün x l%=1060 manat). İddiaçı faiz borclarını cavabdehdən cəmi 1000 manat məbləğində tələb edir.Cavabdeh 23 sentyabr 2019-cu il tarixli,LKK5690978 saylı kredit müqaviləsinə əsasən 648 manat əsas borc,02 oktyabr 2019-cu il tarixli,LKK5753581 saylı kredit müqaviləsinə əsasən 274 manat əsas borc,10 yanvar 2020-ci il tarixli,LKK5796095 saylı kredit müqaviləsinə əsasən 371 manat əsas borc,01 mart 2020-ci il tarixli,LKK5795439 saylı kredit müqaviləsinə əsasən 208 manat əsas borc,hesablanmış 1000 manat faiz borcu və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun,cəmi 2547 manat pul vəsaitinin alınaraq iddiaçı "xxxx" MMC-ə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında, 01..03.2020-ci il tarixli LKK5795439 saylı, xx.xx.2019-cu il tarixli LKK5690978 saylı, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı və xx.xx.2020-ci il tarixli LKK5795095 saylı alqı-satqı müqavilə bağlanılmışdır, həmin müqvailəyə əsasən satıcı müqavilənin predmeti olan əşyaları alıcıya təhvil verməyi alıcı isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə məhsulun dəyərini satıcıya öədməyə dair öhdəlik götürmüşdür, məhsullar alıcı tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli 3072 N-li maliyyə arayışın məzmunundan görünür ki, Cavabdehnın İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli LKK5690978 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 648 manat məbləğində, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 274 manat məbləğində, xx.xx.2020-ci il tarixli LKK5795095 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 371 manat məbləğində, xx.xx.2020-ci il tarixli LKK5795439 saylı alğı-satqı müqaviləsi üzrə əsas borcun qalığı 208 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LKK5690978 saylı, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı, xx.xx.2020-ci il tarixli LKK5795095 saylı və xx.xx.2020-ci il tarixli LKK5795439 saylı nisyə alğı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrin predmeti qismində məişət avadanlığı çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmetləri cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən malların dəyərini hissə-hissə aylıq ödənişlər etməklə ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh müqavilə üzrə qalıq 648 manat,274 manat, 371 manat və 208 manat borcu yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun öədnilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, xx.xx.2019-cu il tarixli LKK5690978 saylı, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı, xx.xx.2020-ci il tarixli LKK5795095 saylı və xx.xx.2020-ci il tarixli LKK5795439 saylı müqavilə üzrə hesablanmış penya borcunun əsas borcun məbləğinə mütənasib olmadığından azaldılmalı və LKK5690978 saylı müqavilə üzrə 64 manat, LKK5753581 saylı müqavilə üzrə 27 manat, LKK5795095 saylı müqavilə üzrə 371 manat, LKK5795439 saylı müqavilə üzrə 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Ona görə də məhkəmə hesab edir ki,iddia tələbi penya borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 46 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36.49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid eidlməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli LKK5690978 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 648 manat əsas borcu və 64 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 274 manat əsas borcu və 27 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli LKK5795095 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 371 manat əsas borcu və 37 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli LKK5795439 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 208 manat əsas borcu və 20 manat cərimə borcu, ümumilikdə cəmi 1649 manat borc və 36.49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli LKK5690978 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 648 manat əsas borcu və 64 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli LKK5753581 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 274 manat əsas borcu və 27 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli LKK5795095 saylı nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 371 manat əsas borcu və 37 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli LKK5795439 saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 208 manat əsas borcu və 20 manat cərimə borcu, ümumilikdə cəmi 1649 manat borc və 36.49 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2616/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2616/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver