Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-262/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərzliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X5 Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 812,66 manat əsas, 11,7 manat faiz, 197,28 manat cərimə olmaqla ümumilikdə 1021,64 manat borcun və ödənilmiş 30,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3591/2022 saylı qərardadı ilə iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx"ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-dən illik bir faiz ilə 60 ay müddətinə 929,2 manat kredit götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 394,56 manat təşkil etməsinə baxmayaraq, iddiaçı cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla ,yəni 197,28 manat məbləğində tələb olunur. Ədliyyə Nazirliyinin ünvan 1 ünvanlanmış sorğuya əsəsən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka dair Ədliyyə Nazirliyinin Bakı şəhəri 8 saylı notariat ofisində açlılmış vərəsəlik işi üzrə vərəsələrindairəsi müəyyənləşmiş və mirası Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qəbul etmişdilər. İddiaçı "xxxx"ASC-nin nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul etdiyini bildirərək, iddia tələbinin cərimə hissəsində qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş oğlu xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASCtərəfindən X3 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 929,20 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, X2 812,66 manat əsas, 11,7 manat faiz, 394,56 manat cərimə olmaqla ümumilikdə 1218,92 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, X6 929,20 manat krediti 60 ay müddətində aylıq 19,76 manat olmaqla(ilk bir ili güzəştli olaraq) iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 193633 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 690 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021ci il tarixdə ölmüş X2 ölümünüdən sonra ünvan 1 müraciət daxil olmuş 10/2022 nömrəli vərəsəlik işi açılmış və vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1 (oğlu), Cavabdeh2(arvadı) və Cavabdeh3(qızına) miras qalmış əmlak- ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,84 kv/m yaşayış sahəsi 36,67 kv/m olan 3 otaqlı mənzildən hər biri 1/3 hissədə pay almış hissədə pay almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1 (oğlu), Cavabdeh2(arvadı) və Cavabdeh3 (qızı) hər biri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli arayışına əsasən mərhumun vərəsələrinə ödəniləcək 203,16 manat pul məbləğinin 1/3 hissəsində pay almışdırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh2(arvadı) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,84 kv/m yaşayış sahəsi 36,67 kv/m olan 3 otaqlı mənzilin və xx.xx.2017-ci il tarixli AC817615 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2009-cu il olan Hyundai H1 minik markalı **-OK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın) 1/2 hissəsində pay almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsələri Cavabdeh1 (oğlu), Cavabdeh2(arvadı) və Cavabdeh3 (qızı) hər biri xx.xx.2017ci il tarixli AC817615 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2009-cu il olan Hyundai H1 minik markalı **-OK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin (nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın) 1/6 hissəsində pay almışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx"ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, X4 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1 (oğlu), Cavabdeh2 (arvadı) və Cavabdeh3 (qızı) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı bank kredit müqaviləsi üzrə borc tələbini mərhumun vərəslərindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə 5(beş) manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 5 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdə ölmüş X2 vərəsələri-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx"ASC-nin xeyrinə 812,66 manat əsas, 11,7 manat faiz, 5 manat cərimə olmaqla ümumilikdə 829,36 manat borcun və iddianın ödənilmiş hissəinə mütənasib olaraq 30(otuz) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx"ASCnin xeyrinə 812(səkkiz yüz on iki) manat, 66(altmış altı) qəpik əsas, 11(on bir) manat,70(yetmiş) qəpik faiz, 5(beş) manat cərimə olmaqla ümumilikdə 829(səkkiz yüz iyirmi doqquz) manat,36(otuz altı) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30(otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-262/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-262/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver