Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2621/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1981ci il təvəllüdlü Cavabdeh 22 mart 2020-ci il tarixli, LKK5795640 saylı kredit müqaviləsinə əsasən 157 manat məbləğində əsas borc, 19 iyul 2020-ci il tarixli LKK5763782 saylı kredit müqaviləsinə 585 manat əsas borc, 05 noyabr 2020-ci il tarixli, LKK5873698 saylı kredit müqaviləsinə əsasən 370 manat əsas borc, hesablanmış 600 manat faiz borcu və 38 manat məbləğində dövlət rüsumu, cəmi 1750 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı ilə müddəti 12 ay olmaqla 22 mart 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 643 manat olan avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 157 manat əsas borcu qalmışdır. Qeyd olunan kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 22 mart 2021-ci il tarixdən sonra qaytarılmayan 157 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə faizi ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 800 manat cərimə faizi borcu yaranmışdır (157 manat x 510 x 1%=800 manat). İş üzrə Cavabdeh İddiaçı ilə müddəti 18 ay olmaqla 19 iyul 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 819 manat olan avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 585 manat əsas borcu qalmışdır. Qeyd olunan kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 19 yanvar 2022-ci il tarixdən sonra qaytarılmayan 585 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə faizi ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1228 manat cərimə faizi borcu yaranmışdır (585 manat x 210 x 1%=1228 manat). İş üzrə Cavabdeh İddiaçı ilə müddəti 12 ay olmaqla 05 noyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 449 manat olan avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 370 manat əsas borcu qalmışdır. Qeyd olunan kredit müqaviləsinə əsasən borclu müqavilənin bitdiyi 05 noyabr 2021-ci il tarixdən sonra qaytarılmayan 370 manat məbləğ üçün iddia ərizəsinin məhkəməyə təqdim edildiyi günədək əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə faizi ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 999 manat cərimə faizi borcu yaranmışdır (370 manat x 270 x 1%=999 manat). İddiaçı faiz borclarını cavabdehdən cəmi 600 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı Cavabdeh 22 mart 2020-ci il tarixli, LKK5795640 saylı kredit müqaviləsinə əsasən 157 manat məbləğində əsas borc, 19 iyul 2020-ci il tarixli LKK5763782 saylı kredit müqaviləsinə 585 manat əsas borc, 05 noyabr 2020-ci il tarixli, LKK5873698 saylı kredit müqaviləsinə əsasən 370 manat əsas borc, hesablanmış 600 manat cərimə faizi borcu və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1750 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 noyabr 2020-ci il tarixli, LKK5873698 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 05 noyabr 2020-ci il tarixli, LKK5873698 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş şərti ilə 449 manat məbləğində məişət avadanlığını ilkin ödəniş 5 manat olmaqla, qalan 444 manat məbləğində pulu 12 ay müddətinə aylıq 37 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan 22 mart 2020-ci il tarixli, LKK5795640 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 22 mart 2020-ci il tarixli, LKK5795640 saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş şərti ilə 643 manat məbləğində məişət avadanlığını ilkin ödəniş 7 manat olmaqla, qalan 636 manat məbləğində pulu 12 ay müddətinə aylıq 53 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan 19 iyul 2020-ci il tarixli LKK5763782 saylı müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 19 iyul 2020-ci il tarixli LKK5763782 saylı saylı müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh hissə-hissə ödəniş şərti ilə 819 manat məbləğində məişət avadanlığını ilkin ödəniş 9 manat olmaqla, qalan 810 manat məbləğində pulu 18 ay müddətinə aylıq 45 manat ödəniş etməklə satmışdır. İş materiallarında olan xx.xx.2021-cu il tarixli, 3069 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə onun ödənilməmiş 157 manat əsas borcu, xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə onun ödənilməmiş 585 manat əsas borcu, xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə onun ödənilməmiş 370 manat əsas borcu olmaqla, ümumilikdə 1112 manat əsas borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilələr üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də İddiaçı əşyaların dəyərindən ödənilməmiş qalan hissələri tələb etməsi tam əsaslıdır. Lakin dəbbə pulu (cərimə) mahiyyətində tələb edilən və müqavilələrdə hər gecikmə gününə görə bir faiz həddində hesablanmış fazi tələbi hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilələrdə həmin cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq həmin cərimə tələbinin azaldılmasını və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 15,7 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 58,5 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 37 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1112 manat əsas borc, 111,2 manat cərimə və 27 manat dövlət rüsumu olmaqla, cəmi 1250,2 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2621/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2621/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver