Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2628/2021 22.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh Babaxan qızının iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh Babaxan qızına qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1500.25 manat əsas, 1.90 manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, borclu X6 "xxxx" ASC- nin Nəqliyyat filialı ilə bağladığı BPM**********92 saylı, 08.11.2019-cu kredit müqaviləsinə əsasən 2000 manat məbləğdə pul vəsaiti götürmüşdür. Lakin, əldə olunmuş məlumata görə borclu X6 11.08.2020-ci il tarixində vəfat etmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vərəsəsi Cavabdeh Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 30.07.2021ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş qalan 1500.25 manat əsas, 1.90 manat faiz borcu qalmışdır Cavabdeh - Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına ərizə göndərərək, məhəkəm iclasına onunu iştirakı olmadan baxılmasını və iddia tələbini müdafiə edərək məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında qeyd etdi ki, mərhum həyat yoldaşı X3 yeganə vərəsəsidir, ona ərndən ev miras qalmışdır, hazırda təxminən 10 gün əvvəl evi öz adına rəsmiləşdirmiş sadəcə, notariat orqanından sənədləri əldə etməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş BPM**********92 saylı, 08.11.2019-cu il kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh X5 30 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışın surətindən görünür ki, X3 1500.25 manat əsas, 1.90 manat faiz borcu olmaqla, cəmi 1502,15 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş BPM**********92 saylı, 08.11.2019-cu il kredit müqaviləsinin 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, X5 30 ay müddətində aylıq 85,3 manat (sonuncu ay 85,73 manat) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08.11.2019cu il tarixli məxaric orderinin surətindən görünür ki, X3 hesabına 1980 manat (komisyon haqqı çıxılmaqla) məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İİ seriyalı 114853 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11.08.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin avqust ayının 24-də 769 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 04 may 2021-ci il tarixli 779 nömrəli məktubundan görünür ki, 11.08.2020-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamaənin verilməsi ilə bağlı vərəsəsi tərəfindən 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edilmişdir. X3 vərəsəsi–arvadı Cavabdeh ərizəsi üzrə V-305/2020 nömrəli vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyə olunmuşdur. X1 məlum olan vərəsəsi –arvadı Cavabdeh müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 14.10.2021-ci il tarixli 1820 nömrəli məktubundan görünür ki, 11.08.2020-ci il tarixdə vəfat etmiş X3 adına 3 Saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində V- 305/2020 nömrəli vərəsəlik işi açılmış, amma sənədlərin çatışmazlığı səbəbindən Cavabdeh “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, həmçinin cavabdehin ifadəsi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmış, İ.Bədəlov müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İ.Bədəlov 11.08.2020-ci il tarixdə vəfat etmiş, İ.Bədəlovun adına vərəsəlik işi açılmışdır. X1 məlum olan vərəsəsi –arvadı Cavabdeh müəyyən edilmişdir.Cavabdeh mərhum İ.Bədəlovdan yaşayış evi miras əmlak qalmışdır və cavabdeh tərəfindən həmin miras əmlak qəbul edilmişdir. Cavabdeh Babaxan qızı mərhum İ.Bədəlovdan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Məhkəmə işin qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir.Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia təmin edilməli, cavabdeh iddiaçı Cavabdeh Babaxan qızından "xxxx" ASC-nin xeyrinə 1500(bir min beş yüz) manat 25(iyirmi beş) qəpik əsas, 1.90 manat faiz borcu olmaqla, cəmi 1502,15 manat məbləğində borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı tutulsun tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1500(bir min beş yüz) manat 25(iyirmi beş) qəpik əsas, 1(bir) manat 90(doxsan) qəpik faiz borcu olmaqla, cəmi 1502((bir min beş yüz iki) manat,15(on beş) qəpik məbləğində pul borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40(qırx) qəpik bank xidməti haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2628/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2628/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver