Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2629/2021 18.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 3392,14 manat məbləğində əsas borc və 1054,7 manat faiz borcu olmaqla, ümumilikdə 4446,84 manat məbləğində borcun, 08 yanvar 2020ci il tarixli 102892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 998,93 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 209,12 manat cərimə borcu olmaqla, ümumilİkdə 1208,05 manat, iki müqavilə üzrə ümumilikdə 5654,89 borcun və 30.4 (otuz (.40)) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 7000 manat məbləğində kredit, 8 yanvar 2020-ci il tarixli 102892-pc********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 3000 manat məbləğində kredit xətti verilmişdir..Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditlərin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlərı.30 iyul 2021-ci il tarixinə cavabdehin 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 3392,14 manat məbləğində əsas borc və 1054,7 manat faiz borcu olmaqla, ümumilikdə 4446,84 manat məbləğində borcu, 08 yanvar 2020-ci il tarixli 102892-pc********** nömrəli istehlak krediti müqaviləsi üzrə 998,93 manat məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 209,12 manat cərimə borcu olmaqla, ümumilikdə 1208,05 manat, hər iki müqavilə üzrə ümumilikdə 5654,89 borcun yaranmışdır.Müqavilələrin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 7000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə Əlavədən və Ödəniş qrafikindən görünür ki, Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak kredit müqaviləsi üzrə borcunu iddiaçıya 24 ay müddətinə hər ay 360,11(axırıncı ayda 359,75 manat) manat olmaqla pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən 3392,14 manat məbləğində əsas borc və 1054,7 manat faiz borcu olmaqla, ümumilikdə 4446,84 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC 7000 manatı Cavabdeh hesabına köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli 102892-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 0 faiz ödəmək şərti ilə 1000 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 30.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh 08 yanvar 2020-ci il tarixli 102892-PC********** nömrəli istehlak kredit müqaviləsinə əsasən 998,93 manat məbləğində əsas borcu və 209,12 manat cərimə borcu olmaqla, ümumilikdə 1208,05 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 08 yanvar 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC hesab nömrəsi **********297812 və müştəri kodu 834133 olan 1 ədəd plastik kart Cavabdeh sahibliyinə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünürki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq kredit müqavilələri üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının Cavabdeh Rasim oğluna qarşı həmin kredit müqavilələrinin lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. Beləliklə,məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və “ödəniş cədvəli”nə əsasən ödənişlər edilməsini öhdəsinə götürsə də, müqavilələrdən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilələrdə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onların iddiaçıya pul borcu yaranmışdır. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsində qismən əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467.1-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 08 yanvar 2020-ci il tarixli 102892-PC********** nömrəli istehlak kredit müqaviləsi üzrə 20(iyirmi) manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 20(iyirmi) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 3392(üç min üç yüz doxsan iki) manat 14(on dörd) qəpik məbləğində əsas borc və 1054(bir min əlli dörd) manat 70(yetmiş) qəpik faiz borcu olmaqla, ümumilikdə 4446(dörd min dörd yüz qırx altı) manat,84(səksən dörd) qəpik məbləğində borcu, 08 yanvar 2020-ci il tarixli 102892-PC********** nömrəli istehlak krediti müqaviləsi üzrə 998(doqquz yüz doxsan səkkiz) manat,93(doxsan üç) qəpik məbləğində əsas borcu, 20(iyirmi)manat cərimə borcu olmaqla, ümumilikdə 1018(bir min on səkkiz) manat,93(doxsan üç) qəpik borc, iki müqavilə üzrə ümumilikdə 5465(beş min dörd yüz altmış beş) manat,77(yetmiş yeddi) qəpik borcu və 30.4 (otuz (.40)) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 483, 120-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 102804-834133/1 nömrəli istehlak krediti müqaviləsi üzrə 3392(üç min üç yüz doxsan iki) manat 14(on dörd) qəpik məbləğində əsas borcu, 1054(bir min əlli dörd) manat 70(yetmiş) qəpik faiz borcu, 08 yanvar 2020ci il tarixli 102892-pc********** nömrəli istehlak krediti müqaviləsi üzrə 998(doqquz yüz doxsan səkkiz) manat,93(doxsan üç) qəpik məbləğində əsas borcu, 20(iyirmi) cərimə borcu, hər iki müqavilə üzrə ümumilikdə 5465(beş min dörd yüz altmış beş) manat,77(yetmiş yeddi) qəpik borcu və 30 (otuz) manat 40(qırx) qəpik məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2629/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2629/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver