Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2632/2021 13.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 , Ərəbov Səavuş Balay oğlu və X4 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 , Ərəbov Səavuş Balay oğlu və X4 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh1 və Cavabdeh2 6064.29 manat məbləğində əsas borc və 1823.3 manat faiz borcu olmaqla, ümumilikdə 7887.59 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 45 ay müddətinə, illik 25.00% dərəcəsi ilə 12000.00 (On iki min (.00)) manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh1 arasında 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli və Cavabdeh2 arasında 14 aprel 2015 İİ tarixli, 109840-219416/1/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə etirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. Sonradan borclu Cavabdeh3 01.10.2017-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Onlar tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət olunmuş və nəticədə ismayıllı rayon məhkəməsinin 2(037)-444/2018 saylı 25.05.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 7887.59 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.09.2018-ci il tarixli 2(107)- 992/2018 saylı qərardadı ilə ismayıllı rayon məhkəməsinin 2(037)-444/2018 saylı 25.05.2018-ci il tarixli qətnaməsində cabadehlər tərəfindən verilmiş apellyasiya şikayətləri ürə icraatın 01.10.2017- :i ildə vəfat etmiş hazırki iş üzrə borclu olmuş Cavabdeh3 hüquqi varisi müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli 2(107)-82/2019 saylı qərardadı ilə Qaradağ rayon icra hakimiyyəti başçısının Müşfiqabad qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş 06.11.2018-ci il tarixli məktubuna əsaslanaraq Cavabdeh3 hüquqi varisi kimi onun arvadı X5 tanıyaraq apellyasiya şikayətləri üzrə icraatın təzələnməsi qərara almışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli 2(107)-82/201f saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fiziki şəxslərir problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsaslanaraq hazırki kredit müqaviləsinin fərmanın təsiri altına düşdüyündən və müqavilə üzrə mübahisənir məhkəmədənkənar həlli qaydası fərmanla müəyyən edildiyindən İsmayıllı rayon məhkəməsinin 2(037)-444/2018 saylı 25.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinir baxılmamış saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanın icrası ilə bağlı onlar tərəfindən 08.07.2019-cu il tarixli məkubla Cavabdeh3 varislərinə və zaminlərinə kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması təklif edilmiş və bununla bağlı banka müraciət olunması təklif edilmişdir. Buna bağmayaraq, borclu Cavabdeh3 varisləri və zaminləri təklif qəbul etməmiş və fərmandan irəli gələn güzəştlərdən istifadə etməmişlər. Hal-hazırda, 30 iyul 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6064.29 manat məbləğində əsas borcu və 1823.3 manat faiz borcu olmaqla, ümumilikdə 7887.59 (Yeddi min səkkiz yüz. səksən yeddi (.59)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsin öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hisss ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əsas borclu olan şəxsin vəfat etdiyini, ona görə də onun həyat yoldaşı X5 və zaminlərə qraşı borcun tutulması tələbini irəli sürdüklərini, lakin X2 vərəsəlik şəhadətnaməsi alması, hər hansı miras əmlakı qəbul etməsi kimi hallara dair heç bir sənədin olmadığını, zaminlərlə bağlı zaminlik müqaviləsi bağlanıldığını, kredit müqaviləsinin 14 aprel 2015-ci il tarixdə 24 ay müddətinə bağlanıldığını, daha sonra isə 24 ay müddətin 45 ay müddəti əvəz edildiyini, bu barədə də zaminlərlə də müqavilə bağlanıldığını, zzaminlərə qarşı müddətin bitdiyi vaxtdan 1 il ərzində mürcaiət edə bilməmələrinin səbəbinin müvafiq Fərmalnal bağlı olduğunu, əvvəldə müraciət etdiklərini, lakin Fərmana görə baxılmamış saxlanıldığını, ona görə həmin müddətin nəzərə alınmamasını bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclaısnda iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin müqvailəni həyat yoldaşı zamin olan şəxslərlə bilrikdə bağlayıb, onun həmin pul vəsaitindən heç xəbəri olmayıb, bundan əlavə həyat yoldaşından ona heç bir əmlak miras qalmamış, heç bir əmlaka dair vərəsəlik şəhadətnaməsi almamış, yoldaşının onkoloji xəstə olduğunu, bir evləri olduğunu, onu da satıb onun ümalicəsinə xərclədiklərini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, AR Prezidentinin 28.02.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı qəbul edilmiş, lakin iddiaçı tərəfindən həmin fərman onlara tətbiq edilməmişdir.hazır ki kredit müqaviləsinin bağlanma tarixi, həm tələb olunan əsas məbləğə görə sözü gedən fərmanın təsiri altına düşür.Odur ki,qeyd etdiklərini nəzərə alaraq ,iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğlə razı olmadığını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Ərəbov Səavuş Balay oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, oməhkəmə iclasına gəlməmiş və gəlməməsinin işinin olması ilə əlaqədar olması barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh3 31% faiz dərəcəsi ilə 24 ay müddətinə 12 000 manat məbləğində kredit verilmişdir. İş materaillarına əlavə edilmiş 04.02.2016-cı il tarixli Əlavə Razılaşma № 1-in məzmunundan görünür ki, 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli istehlak krediti müqaviləsinin məzmununda , “31 faiz dərəcəsi” sözləri “25 faiz dərəcəsi ” sözləri, “24 ay müddətinə” sözləri “45 ay müddətinə” sözləri, “107840- 219416/1/2” sözləri “03 fevral 2016-cı il tarixli 107840-219416/1/3” sözləri, “62 faiz “ sözləri “50 faiz” sözləri ilə əvəz edilir. İş materaillarına əlavə edilmiş, 04.02.2016-cı il tarixli 107840-219416/1 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materaillarına əlavə edilmiş, 03.02.2016-cı il tarixli 107840-219416/1/3 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin Ərəbov Səavuş Balay oğlu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materaillarına əlavə edilmiş 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli zaminlik müqaviləsinə 1 nömrəli əlavə razılaşmanın məzmunundan görünür ki, “24 ay müddətinə” sözləri “45 ay müddətinə” sözləri ilə və “31 faiz dərəcəsi” sözləri “25 faiz dərəcəsi” sözləri ilə əvəz olunur. İş materiallarına əlavə olunmuş 14 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh3 18 ay hər ay 677.15 manat,son 6 ay 389.76 manat olmaqla, cəmi 12 000 manat borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materialalrında olan 30iyul 2021-ci il tarixli maliyyə arayışının məzmunundan aydın olur ki, Cavabdeh3 14 aprel 2015 il tarixli, 109840-219416/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən 30 iyul 2021-ci il tarixə 6064.29 manat əsas borc və 1823.3 manat faiz borcu olmaqla, cəmi 7887.59 manat borcu mövcuddur. İş materialalrında olan maps arayışından görünür ki, Cavabdeh3 01.10.2017-ci il tarixdə vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh3 arasında 14 aprel 2015 il tarixli, kredit müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən ona 12 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 həmin kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğini illik 25 faiz olmaqla, 45 ay müddətində geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin, həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qimsində cavabdeh Ərəbov Səavuş Balay oğlu ilə iddiaçı arasında 03.02.2016-cı il tarixli 107840-219416/1/3 nömrəli və Cavabdeh1 ilə 14.04.2015-cı il tarixli 107840-219416/1 nömrəli zaminlik müqbviləsi bağlanılmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 01 oktyabr 2017-ci il tarixdə vəfat etmişdir. Ona görə də iddiaçı hazırda müvafiq kredit müqaviləsi üzrə yaranmış borcun cavabdeh qismində çıxış edən X7 (əsas borclunun vərəsəsi kimi), zaminlər Ərəbov Səavuş Balay oğlu və Cavabdeh1 tərəfindən ödənilməsi tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, ididaçı bank əsas borclunun vərəsəsi qisminə X6 qarşı borcun ödənilməsi tələbini irəlis sürsə də, X9 qızının əsas borclu Cavabdeh3 vərəsəsi qimsində onun miras əmlakını qəbul etməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki , qeyd edilən halla bağlı sübut təqdim etmək öhdəliyiməhz iddiaçı tərəfin üzərinə düşsə də, iddiaçı tərəfindən həmin hala dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qnaunvericiliyin tələbinə əsasən vərəsə miras qoyanın borcları üzrə qəbul etdiyi miras əmlak həddində məsuliyyət daşıyır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh X7 vərəsə kimi hər hansı miras əmlakı qəbul etməsi halı sübut edilmədiyindən, onun vərəsə qismində miras əmlakı həddində borcun ödənilməsi öhdəliyi yaranmadığından, iddia tələbi qeyd edilən cavabdehə aid olan hissədə əsassız olamaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin zamin qismində çıxış edən cavabdehlər Ərəbov Səavuş Balay oğlu və Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddi atələbi bu hissədə də əsassız olamqla, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində bağlanılmış zaminlik müqavilələrində (03.02.2016-ci il və 04.02.2016-cı il) onun qüvvədə olma müddəti qeydd eidlməmiş, kredit müqaviləsinə əsasən isə kredit borcunun qaytarılması müddəti 45 ay kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından (15 yanvar 2019-cu il) 1 ildən çox müddət keçmişdir. Bu səbəbdən cavabdehlər İsmayılov Əli Sakit oğlu və Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfin iddia ərziəsi ilə vaxtında müraciət edilməsi, müvafiq Fərmanın tətbiqi ilə iddia ərziəsinin baxılmamış saxlanılması, sonradan məhkəməyə mürcaiət edilməsini əsas götürərək, zaminlik müqvailəsinə həmin əsasla xitam verilməli olunmaması əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, zaminlik müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi üçün müəyyən edilmiş müddət iddia müddəti olmamaqla, qanunla müəyyən edilmiş həmin müddətin bitməsi halı (həmin müddətdə zaminə qarşı tələbin irəli sürülməməsi) artıq özlüyündə qeyd edilən əsasla zaminlik müqaviləsinin xitamının əsası kimi çıxış edir.Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə 1 illik müddət 2020-ci ilin yanvar ayının 15-də bitdiyi halda (həmin tarixdə isə müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbirlər artıq həyata keçirilmişdir), iddiaçı tərəfindən zaminlərə qarşı iddia tələbi ilə məhkəməyə 19.08.2021-ci il tarixdə (uzun bir vaxt-iki ilə yaxın müddəti ötürərək) müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq Frmanın tətbiqi ilə bağlı tədbrilərin həayat keçirilməsi müddətindən xeyli müddət sonra (19.08.2021-ci il tarixdə) zamnilərə qarşı tələb irəli sürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə qeyd edilən müddətin məhz müvafiq Fərmanın tətbiqi ilə bağlı tədbrilərin həyata keçirilməsi prosedurasına sərf edilmiş müddətin daxilində qəbul edilməsi məqəsədmüvafiq deyildir. Ona görə də, məhkəmə qeyde dilən halları əsas götürərək, hesab edirik, iddia tələbi qeyd edilən cavabdehlərə aid olna hissədə də əsassız olmaqla, təmin eidlməməlidir. Həmçinin, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 , Ərəbov Səavuş Balay oğlu və X4 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2632/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2632/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver