Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2670/2021 25.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı cavabdeh X2 qarşı baş vermiş qəza zamanı bədən xəsarətinin aradan qaldırılması xərclərinin ödənilməsi üçün 100000 manat miqdarında yəni 30000 manatın xərclənmiş vəsaitin və gələcəkdə məsrəf ediləcək 70000 manat pul vəsaitinin maddi təzminatın, ümumilkdə 100000 manatın təzminat kimi və pensiya təyin edilənə kimi orta həddə pensiya təminatının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 baş vermiş qəza zamanı bədən xəsarətinin aradan qaldırılması xərclərinin ödənilməsi üçün 100000 manat miqdarında yəni 30000 manatın xərclənmiş vəsaitin və gələcəkdə məsrəf ediləcək 70000 manat pul vəsaitinin maddi təzminatın, ümumilkdə 100000 manatın təzminat kimi və pensiya təyin edilənə kimi orta həddə pensiya təminatının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Vörkpleys İnteriors” MMC-nin direktoru İlham Behbudovdan səhlənkarlığı nəticəsində hazırda döşək xəstəsi olduğu üçün, baş vermiş qəza nəticəsində aldığı xəsarətlərinin müalicəsi məqsədi üçün, bədən xəsarətlərinin qismən aradan qaldırılması xərcləri üçün 100000 manat miqdarında və dövlət tərəfindən pensiya təminatı kimi hər ay orta pensiya həddində pensiya təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir . Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından göründüyü kimi iddiaçının iddia ərizəsində cavabdeh qısmində qeyd etdiyi fiziki şəxs X1 qeydiyyat ünvanı isə ünvan 1n Məhkəmə İnformasiya Sistemindən iddiaçının iddia ərizəsində cavabdeh qısmində qeyd etdiyi hüquqi şəxs-X1 direktoru olduğu ”Vörkpleys İnteriors” MMC-nin də ünvanı ünvan 2zəsində cavabdeh olaraq cəlb edilmiş fiziki şəxs X1 və ya cavabdeh olaraq cəlb edilmiş hüquqi şəxs ”Vörkpleys İnteriors” MMC-nin ünvanı Qaradağ rayonu inzibati ərazi dairəsi təşkil etmir. Həmçinin hazırki iddia üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Eyni Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh X2 baş vermiş qəza zamanı bədən xəsarətinin aradan qaldırılması xərclərinin ödənilməsi üçün 100000 manat miqdarında yəni 30000 manatın xərclənmiş vəsaitin və gələcəkdə məsrəf ediləcək 70000 manat pul vəsaitinin maddi təzminatın, ümumilkdə 100000 manatın təzminat kimi və pensiya təyin edilənə kimi orta həddə pensiya təminatının ödənilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Qaradağ rayon məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 baş vermiş qəza zamanı bədən xəsarətinin aradan qaldırılması xərclərinin ödənilməsi üçün 100000 manat miqdarında yəni 30000 manatın xərclənmiş vəsaitin və gələcəkdə məsrəf ediləcək 70000 manat pul vəsaitinin maddi təzminatın, ümumilkdə 100000 manatın təzminat kimi və pensiya təyin edilənə kimi orta həddə pensiya təminatının ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və 30(otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2670/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2670/2021
25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver