Məhkəmə qərarları › İş №2(002)-271/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-271/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-271/2022 26.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili və nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, Maraqlı şəxs “Babək-94” MKM-in nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin yaşayış sahəsində istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin yaşayış sahəsində istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o və iki övladları ilə birlikdə yaşadıqları,Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi 244 mənzil 1 də Mənzilin yaşayış sahəsində istifadə hüququn tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Baxışova X3 Zahir İzzətəli oğlu ilə 2012-ci ildə ailə həyatı qurmuşlar,həmin ildə rəsmi nikah bağlamışlar.Bu nikahdan iki övladları dünyaya dəlmişdir.Onun cavabdehlə arasında olan nikah 21 may 2021-ci ildə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur.Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər iki uşağın saxlanması üçün hər ay bir uşaq üçün 150 manat cəmi 300 manat aliment cavabdehdən alınaraq onun xeyrinə tutulmuşdur.Cavabdehlə hal-hazırda bir ünvanda bir mənzildə iki övladı ilə birlikdə yaşayır.Cavabdeh bir müddət ərzində ona qarşı münasibətlər normal olsada,sonra cavabdehin ona qarşı münasibətləri gərginləşməyə,soyuqluq yaranmağa başlamış,cavabdeh ailəsinə və uşağına baxmırdı,vəziyyət dözülməz həddə çatmışdır.Münasibətləri normallaşmağa,sağlam bir ailə kimi birləşməyinə cəhd edib cavabdehə dəfələrlə danışıqlar aparmağa çalışsada heç bir nəticə əldə etməmiş və nəticə əldə edəcəyinə və ya cavabdehlə münasibət qura bilməyəcəyinə əmin olmuşdur.Cavabdeh ailəsinə uşaqlarına baxmadığı üçün cavabdehdən alimenti məhkəmə qaydasında tələb etmişdir.Bir müddət sonra cavabdeh nikahın pozulmasına dair məhkəmə müraciət etmişdir.Hal-hazırda bir mənzildə yaşadıqları üçün Cavabdeh1 və ailə üzvləri onu incidir mənzilin yaşayış sahəsindən istifadə zamanı ona qanunsuz olaraq maneçilik törədirlər.Ona görə də o məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdeh Zahirlə 2012-ci ildə ailə həytaı qurduğunu, həmin ildə indiki evin verilməsinə əsas olan qəzalı vəziyyətdə olan evə gəlin köçdüyünü, həmin evin qaynanasının olduğunu, o evə gəlin köçəndə ev hazır ev olduğunu, ancaq evə dair heç bir mülkiyyət hüququ haqqında şəhadətnamə olmadığını, iki uşağının da həmin evdə dünyaya gəldiyini, 2021-ci ildə həmin ev qəzalı vəziyyətdə olduğunundan İcra Hakimiyyətinin sifarişi əsasında onları indiki mübahisəli olan yaşayış evinə köçürtdüklərini, həmin evə dair müqavilə qaynanası ilə bağlandığını, çünki böyük o idi, sonra 2021-ci ildə yeni evə (mübahisəli yaşayış evinə) köçdüklərini, indiyədək də uşaqları ilə həmin evdə yaşadığını, 2021-ci ildə nikahlarının pozulduğunu, həmin evdə yaşasa da o evə istifadə hüququnun tanınmasını istədiyini, iki xəstə azyaşlı uşaqla çöldə yaşamaycağını,kommunal xərclərin MTK adına bildiriş gəldiyini, çümnki hələ də həmin evə sənəd alınmadığını, sənəd alınsa da, keçmiş qaynanasının adına alınacağını, ya istifadə hüquuq tanınsın, ya da ona bir otaqlı ev alıb versdin iki körpə balası ilə yaşasın, çöldə qalmasınlar, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, öz etirazını onunla əsaslandırmışdır ki, indiki ev məhz onun köhnə evinə görə verildiyini, köhnə evi isə o neft şirkətində işlədiyindən ev növbəsinə dayandığından, bu ev isə qəzalı vəziyyətdə olduğundan ona növbədənkənar verildiyini, məktub əsasında veridliyini, həmin ev əvvəl neft şirkətinin balansında olsa da, sonradan bu evlər İcra Hakimiyyətinin balansına verdilər, qəzalı vəziyyətdə olduğundan, onlarla müqavilə bağlayıb təzə evə köçürdükdəlirini, iddiaçının onun keçmiş gəlini olduğunu, hazırda da nəvələri ilə həmin evdə yaaşdığını, hətta nəvələrinin çay=çörəyini özünün verdiyini, o onunla birgə ev almıyıb ki, həmin evdə də onun payı olsun, onun istədiyinin evdən ona pay verilməsidir, o və ya oğlu onunla birgə ev alıbdır ki, indi ondan pay istəyir, həmin evi işlədiyinə görə ona veriblər, hazırda müqvailə onun adına olsa da, hələ dənədləşmə tam aparılmayıb, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandrımışdır ki, mübahisəli yaşayış evinin qanunsuz tikili olmadığını, həmin evin cavabdehin sahibliyinə işlədiyi İdarə tərəfindən verildiyini, sonradan isə ev qəzalı vəziyyətdə olduğundan İcra Hakimiyyətinin balansına verildiyini, yeni ev də həmin evin əsasında veridliyini, hazırda da həmin evlər onun balansında olduğunu, MTK ilə cavabdeh müqvailə bağlandığını, sənədləşmə işləri məhz cavabdein adına aparıldığını, şəhadətnamə də cavabdehin adına veriləcəyini, iddiaçının həmin evə hansı əsasla istifadə hüququ yarandığını, hazırda da o evdə yaaşdığını bildirərək, iddia tələbinin təmin edilməməsini mə\hkəmədən xahiş etdi. Maraqlı şəxs Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək,izahat verərək, öz izahatında köhnə evin Neft şirkətinin balansında olduğunu,evlərin çoxunun sənədləri olmadığı və məktubla verildiyini,əvvəllər müqavilə olduğunu,qəzalı evlərə order,kirayə müqaviləsi verilmədiyini,sosial kirayə müqaviləsinin mövcud olmadığı,evlərin hamısının söküldüyünü, qəzalı olduğundan sonradan məzrkəzlşdirilmə aparıldığından həmin evlər İcra Hakimiyyətinin balansına veridliyini, yeni ev də məhz köhnə evə görə verildiyini, Qaradağ rayonu Mənzil Komunnal Təsərrüfatı Departamenti həmin siyahını veridyini, MTK həmin siyahıda adları qeyd edilmiş şəxslərlə müqvailə bağladığını, həmin siyahı isə ev kimə verilibsə onların adları qeyd edildiyini bildirdi. Maraqlı şəxs “Babək-94” MKM-in nümayəndəsi məhkəmə iclasında iştirak edərək,izahat verərərk, öz izahatında hazırki evin köhnə evin əsasında veridliyini, onlra əslind ə 4 tərəfli müqavilə bağlamalı olduğunu, lakin sonradan müəyyən eidldi ki, vətəndaşla MTK arasında bağalnılmalıdır, onlara İcra HAkimiyyəti siyahi üzrə kimlərin adları təqdim edibsə onlar da həmin şəxslə müqvailə bağladığını, mülkiyyət hüququ haqqında şəhadətnamə də müqavilə kimin adına bağlanılıra onun adına veriləcəyini, onlara təqdim edilmiş siyahıda Sənubə xanımın adının olduğunu, ona görə də müqavilənin onunla bağlanıldığını, ailə üzvləri haqqında onlar heç bir məlumatlı olmadıqlarını, notaril ərizə İcra Hakimiyyəti aldığını, onlara təqdim etdiyini, köhnə evin Sənubər xanımın adına olduğundan sənədlər (məktub) müqvailə tərəfi kimi də onunla bağlanıldığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyiinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli 2(002)-1496/2021 saylı qətnaməsinin sürətindən görünür ki, İddiaçı qıız ilə Cavabdeh1 arasında bağlanılmış nikah pozulması, 13 noyabr 2013-cü il təvəllüdlü X6 və 18 sentyabr 2015-ci il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materillana əlavə olunmuş 07.05.2021-ci il tarixli müqavilənin sürətindən görünür ki,icraçı qismində Babək-94 Müstəqil Kİçik Müəssisəsi, sifarişçi qismində Cavabdeh2 çıxış etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı ilə “Pilot” layihə çərçivəsində icraçı inşa ediləcək binanın 1-ci giriş,3-cü mərtəbə 1 saylı tam təmirli mənzilini,sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin əvəzinə Cavabdeh2 əvəzsiz təhvil veriməyi öhdəisnə götürmüşdür. İş materialalrından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvan sahibi kimi Babək-94 MKM qeyd edilmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı ilə “Pilot ” layihə çərçivəsində əvəzsiz olaraq Cavabdeh2 (ona məxsus olan ünvan 4 ünvanında olan mənzilin əvəzinə) verilmişdir. Köhnə mənzilin yerləşdiyi yaşayış binası dövlət mülkiyyətində olmaqla, müvafiq İcra Hakimiyyəti tərəfindən Pilot layihə çərçivəsində Babək-94 MKM tərəfindən söküntü işlərinin aparılması və yeni yaşayış binasının inşa edilməsi həvalə edilmiş, həmin binada yeləşən sifarişçi qimsində Cavabdeh2 özünə məxsus 28 May küçəsi ev 10 3 saylı mənzilin Babək-94MKM təhvil vermis, onun əvəzində D.Bünydazadə küçəsi 244 mənzil 1 təhvil almışdır.Həmçinin, hazırda da mübahisə predmeti olan yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla, tikinti şirkətinin sərəncamında olmaqla, Cavabdeh2 sahibliyinə və istifadəsinə (07.05.2021-ci il tarixli) müqavailə əsasında verilmiş, həmin evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysterində qeydə alınmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işü zrə mübahisə predmeti olan yaşayış sahəsinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmadığından, həmin yaşayış sahəsi Pilot layihə çərçivısində mənzil fondunun tərkib hisəsəsi qismində çıxış etdiyindən, habelə iddiaçı həmin mənzilin verilməsinə əsas olan köhnə mənzilə 2012-ci il tarixdə köçdüyündən, yeni mənzil (mübahisə predmeti olan mənzil) 2021-ci il tarixdə verildiyindən, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti Mənzil Məcəlləsinin sosial kirayə müqavilə əsasında yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin qüvvəsinin ləğvinə və ya şərtlərinin dəyişdirilməsinə səbəb ola bilməz. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, adları qeyd edilmiş müvafiq İcra Hakimiyyəti orqanları mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını təmin etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azəarbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissədə onu qeyd edir ki, qeyd edilən cavabdeh mübahisə predmeti olan yaşayış sahəsinin qanuni sahibi və ya mülkiyyətçisi (onunla MKM və İcra Hakimiyyəti arasında hər hansı müqavilə bağlanılmamış və bağlanılmış müqavilədə adı qeyd eidlməmişdir) qismində çıxış etmədiyindən, habelə iddiaçı ilə ailə münasibətlərinə xitam verildiyindən, iddia tələbi qeyd edilən cavabdehə aid hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan yaşayış sahəsi Cavabdeh2 qanuni sahibliyində və istifadəsində olduğundan (müqavilə əsasında və həmin müqvailə əvvəlki sənədlər əsasında verildiyindən), iddiaçının adı həmin müqavilədə (əvvəlki sənədlərdə) qeyd edilmədiyindən, iddiaçı ilə Babək-94 MKM və müvafiq İcra Hakimiyyəti aarsında həmin mənzilə dair hər hansı müqavilə bağlanılması halı müəyyən edilmədiyindən iddia tələbi qeyd eidlən cavabdehə aid hissədə də təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, hətta Cavabdeh2 qızı mülkiyyətçi qismində qanuni gözlənti hüququna malik olduğu halda belə, iddiaçı Cavabdeh2 ailə üzvi qismində çıxış etmədiyindən, qeyd edilən halda belə iddia tələbi əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə iddia tələbinin uşaqlara aid hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən müavilədə uşaqların valideynləri qismində ana və ata (iddiaçı və Cavabdeh1) heç biri qeyd edilmədiyindən, həmin yaşayış sahəsi üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmadığından, habelə uşaqların valideynləri ilə Babək-94 MKM və müvafiq İcra HAkimiyyəti orqanı arasında həmin evə dair hər hansı müqavilə bağlanılması halı müəyyən eidlmədiyindən, həmin yaşayış sahəsinin uşaqların valideynlərinin qanuni sahibliyinə verilməsi halı müəyyən edilmədiyindən, habelə iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərin xitam verildiyindən, müvafqi məhkəmə qətnaməsi əsasında uşaqların iddiaçının himayəsində saxlanılması halı müəyyən edilidyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilin yaşayış sahəsində istifadə hüququnun tanınması» iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş 100 manat məbləğindövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar