Məhkəmə qərarları › İş №2(002)-2766/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2766/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2766/2024 03.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2016-2021ci illərdə Silahlı Qüvvələrin tərkibində hərbi xidmətdə olmuşdur və Vətən Müharibəsində yaralanaraq təqaüdə çıxmışdır, üçüncü qrup əlil olmaqla qazidir. Hərbi xidmətdə olan zaman həmin dövrdə polkovnik-leytenant olan Cavabdehla tanış olmuşdur. O, ordu sıralarından təxris olunduqdan sonra Alı Mustafayev 34 ünvanında yerləşən “Çinar” kafesini icarəyə götürüb işlətməyə başlamışdır. 2021-ci ilin payız aylarında o, həmin kafedə olan zaman adını qeyd etdiyi Cavabdeh mütəmadi olaraq sözügedən kafeyə gələrək asudə vaxtını keçirməyə başlamış və bununla da aralarında yoldaşlıq münasibəti yaranmışdır. 2022-ci ilin yanvar ayının 14-də Cavabdeh onun istifadəsində olan mobil telefona zəng edərək mənzil almaq istədiyini bildirmiş və 5000 manat pulu çatmadığından həmin məbləği ona borc kimi verməyini xahiş etmiş, borcu bir həftəyə qaytaracağına söz vermişdir. O, cavabdehə inandığından, cavabdehin bu istəyi ilə razılaşaraq 5000 manat pulu xx.xx.2022-ci il tarixdə “Çinar” kafesində sonuncuya vermişdir. Belə ki, o, dövlət tərəfindən ona verilən puldan 3750 manatı evdən gətirərək, kassadan da 1250 manat götürərək, 5000 manat pulu tam şəkildə Cavabdeh vermişdir. Bundan sonra Cavabdeh onu yalan vədlərlə gözlətməyə başlamış və daha sonra zəngləri cavablandırmamışdır. Polisə şikayət etsə də, mülki qaydada borc tələbi ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Odur ki, Cavabdeh 5000 manat məbləğində borc pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə 2021-ci ildən 2022-ci ilin ortalarına kimi bir yerdə “Çinar” kafesində işləmişdir. Həmin vaxt kassir kimi fəaliyyət göstərirdi. Cavabdehi isə kafeyə gəlib gedən müştəri kimi tanıyırdı. Cavabdehin adının Zaur, özünün isə hərbçi olduğunu bilirdi. O, 2022-ci ilin yanvar ayında kassada olarkən İddiaçı kassada olan 1250 manat pulu ona verməyini istədi. Həmin pulu iddiaçıya verdikdən sonra iddiaçı qalan məbləği də özü əlavə edərək, cəmi 5000 manat pulu Zaura borc verdi. Zaur borcu bir həftəyə geri qaytaracağına söz versə də, bu vaxta kimi Seymura heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iki il əvvəl Seymurun kafesində kababçı kimi işləmişdir. Cavabdehi isə kafeyə gəlib gedən müştəri kimi tanımışdır. 2022-ci ilin yanvar ayında kassadan 1250 manat məbləğində pulun iddiaçı tərəfindən götürülüb cavabdehə verildiyinin şahidi olmuşdur, həmin vaxt söhbətdən ona məlum olmuşdur ki, Seymur cavabdehə ümumilikdə 5000 manat məbləğində pulu borc vermişdir. Zaur borcu geri qaytaracağına söz versə də, bu vaxta kimi Seymura heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, o, Seymurun kafesində ofisiant kimi işləmişdir. 2022-ci ilin yanvar ayında Amil kassada olarkən Seymur Amildən kassada olan 1250 manat pulu cavabdehə vermək üçün istəmiş, həmin pulu Amil iddiaçıya verdikdən sonra iddiaçı qalan məbləği də özü əlavə edərək cəmi 5000 manat pulu Zaura borc vermişdir. Zaur borcu ən uzağı bir aya geri qaytaracağına söz versə də, bu vaxta kimi Seymura heç bir ödəniş etməmişdir. Məhkəmə, izahatları, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, məhkəməyə müraciət hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı üçüncü dərəcəli əlildir. Xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı travmadan yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin aydın və təfərrüatlı ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh 2022-ci ilin yanvar ayında iddiaçıdan 5000 manat məbləğində borc pul almış və həmin borcu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüş, lakin indiyə kimi qaytarmamışdır. Bu səbəbdən, Cavabdeh iddiaçının xeyrinə 5000 manat məbləğində borc pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Beləliklə, məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar