Məhkəmə qərarları › İş №2(002)-2795/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2795/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2795/2022 20.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinə müraciət edilən zaman (xx.xx.2021-ci il tarixdə) təqdim edilən xx.xx.2021-ci il tarixli maps arayışından göründüyü kimi Cavabdeh qeydiyyat ünvanı ünvan 12 saylı xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh Mehtiyev X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilib icraatın təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki işin aidiyyat üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-43/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəmə qeyd edir ki, Beyləqan Rayon Məhkəməsi tərəfindən 2(020)-1696/2021 saylı mülki iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsində, ünvan, cavabdehin qeydiyyat ünvanı ünvan 2iyyat ünvanının ünvan 3 iş materialları da icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44,45, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki iş mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar