Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(002)-2803/2020 30.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 16/22 ünvanında yerləşən kreditor “Kreditor Qrup” MMC-nin Borclu qarşı borc tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor “Kreditor Qrup” MMC Borclu qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditorun ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli “**********0” saylı müqavilə üzrə kreditor tərəfindən kreditor tərəfindən Borclu 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Soyuducu Skyberg Sbr2-45ın (999,04 manat), xx.xx.2018-ci il tarixli “**********4” saylı müqavilə üzrə 6 ay müddətinə ödəmək şərti ilə X2 Blue (161,98 manat), xx.xx.2018-ci il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək Redmi S2 3/32GB BLACK (460,66 manat), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə X1 (Dolab,Taxt) (1750 manat) və Döşək (Yarı Ortopedik) 160X200X22 (100 manat), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə Paltaryuyan Electrolux Ew6s4r27w (838,98 manat) və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətinə ödəmək şərti ilə X3 50ek1100ss2 (1299,04 manat) olmaqla, ümumilikdə cəmi 5609, 70 manat dəyərində məişət əşyaları satılmışdır. Borclunun həmin müqavilələr üzrə 4348,70 manat borcu vardır. Ona görə də borcludan 4348,70 manat əsas və 30 manat ödənilmiş dövlət rüsumunun Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə edilmiş sənədlərlə kreditor “Kreditor Qrup” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanılmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığının təsdiq olunduğu üçün məhkəmə həmin tələb üzrə məhkəmə əmrinin verilməsini mümkün hesab etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1987-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3A, mənzil 1 ünvanında qeydiyyatda olan Borclu 4348,70 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu “Kreditor Qrup” MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun bir hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2803/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(002)-2803/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver