Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2816/2023 02.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1360 manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 33.6 manatın və göstərilmiş hüquqi xidmətə görə 50 manatın, cəmi 1443.60 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh şəxsi problemlərinin həlli ilə bağlı məndən 2022-ci ilin əvvəllərində borc istəmişdir. Buna görə də 03 mart 2022-ci il tarixində cavabdehǝ 1360 (bir min üç yüz altmış) manat məbləğində borc pul vəsaitini onun 676867******0277 nömrəli "xxxx" ASC-də olan bank hesabına köçürmüşəm. Həmin borc məbləğini yaxın müddətdə qaytaracağına dair söz versə də, müxtəlif bəhanələrlə bu günə qədər həmin pulu ödəməkdən yayınır. Onu da qeyd edim ki, cavabdehin borcu etiraf etdiyi səs yazıları da vardır və həmin səs yazıları olan disk hazırkı iddia ərizəsinə əlavə olunur. Həmin səs yazıların 21 saniyəlik olanında cavabdeh ona borc verdiyimə görə təşəkkür edir. 40 saniyəlik səs yazısında isə maddi sıxıntısı olduğunu bildirir və borcu geri qaytarmağa vaxt lazım olduğunu qeyd edir. Yuxarıda qeyd olunanlardan görünür ki, bank kartına pul köçürməklə cavabdehə 1360 manat məbləğində pul vəsaitini borc qismində verməyim tam sübuta yetir, eləcə də cavabdeh tərəfindən etiraf olunur. Buna görə də tərəfimdən Cavabdeh xəbərdarlıq məktubu göndərilərək borcun 3 (üç) gün ərzində geri qaytarılması xahiş olunaraq, əks halda tərəfimdən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən bununla bağlı heç bir tədbir görülməmişdir. Odur ki, hazırda məhkəmə tərəfindən 1360 (bir min üç yüz altmış) manat məbləğində borcun cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamənin qəbul olunması zərəruti vardır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
3. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.2, 385.2, 425.1, 425.2, 427.1, 448.2, 739.1, 739.2, 740.2, 743, 442, 448.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 78.1, 95.1, 200, 203.1-ci maddələrinə istinad etmişdir.
4. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə iddiaçı tanışdırlar, cavabdeh iddiaçıdan 800 ABŞ dolları borc istəmiş, iddiaçı cavabdehə kart vasitəsilə 1360 manat pulu xx.xx.2022-ci il tarixdə göndərmişdir. Göstərilənlər tərəflər arasında yazışmalarda və səs yazısında əksini tapmış, iş materiallarına sübutlar əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il tarixli Plenum Qərarında göstərilir ki, tərəflər arasında əqdlə bağlı yazışmalar sübut sayıla bilər. Hüquqi yardımla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən, iddiaçının vəkili iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini, iddiaçı ilə dost olduqlarını, hər il yanvar ayında görüşdüklərini və iddiaçıdan həqiqətən 1360 manat pulu borc olaraq aldığını və borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh iddianın etirafı barədə yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
7. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
9. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
12. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
15. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
16. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b)Əsaslandırma
23. İddia əsaslıdır.
24. Belə ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən,
25. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə borc müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələri təşkil edir. Çünki, iddiaçı cavabdehə məxsus kart hesabına 1360 manat pul vəsaitini köçürmüş, cavabdehin isə həmin pulu qaytarması barədə şifahi razılığa gəliblər. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.
45. Həmin müqavilənin mövcudluğu üçün ilk növbədə oferta və aksept (Mülki Məcəllə 405.2), ikinci növbədə, forma tələblərinə riayət edilməsi, etibarlılığı (Mülki Məcəllə 406.1, 329.1, 329.3) yoxlanılmalıdır.
46. İşdə olan, xx.xx.2022-ci il tarixli 97001862 nömrəli qəbzdən görünür ki, həmin tarixdə Kapital Bank ASC-nin 676867******0277 nömrəli hesabına 1360,00 AZN pul vəsaiti sonuncu dörd rəqəmi 3526 olan kart hesabından köçürülmüşdür. İşə əlavə edilmiş DVD-R diskində olan səs yazıları və “Whatsapp” mobil proqram təminatındakı yazışmalarla göstərilənlər təsdiqini tapmış, eyni zamanda 1360 manat pul vəsaitinin isə bank proqramı vasitəsilə Cavabdeh göndərilməsi barədə qəbz işə əlavə edilmiş, göndərilən və qəbul edilən bank kartlarının tərəflərə məxsus olması məhəmə baxışında müəyyən edilmişdir.
47. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan səs yazılarına və yazışmalara hüquqi qiymət verərək qeyd edir ki, «Whatsapp» yazışmaları, səs yazıları birbaşa hüquqi mübahisənin tərəfləri (iddiaçı və cavabdeh) arasında və mübahisə barəsində həyata keçirildiyi üçün qanuni əldə edilmiş və mötəbər sübut kimi qəbul edilməlidir.
48. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.
50. Göstərilənlərdən əlavə, Cavabdeh 1360 manat pulun iddiaçı Cavabdeh tərəfindən ona borc verilməsini və həmin məbləği ümumiyyətlə iddiaçıya qaytarmadığını məhkəmə iclasında etiraf etmiş həmin etirafı azad iradəsi ilə verdiyini, ona hər hansı təsir və təzyiq edilmədiyini bildirmişdir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
52. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
53. Məhkəmə hesab edir ki, cavabdehin etirafı işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən və cavabdehin borc müqaviləsinin üzrə öhdəliyini yerinə yetirməməsi ilə bağlı halların məhkəmə araşdırması zamanı sübut edildiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Qanunvericiliyin göstərilən normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddiaçının iddia tələbinin qiymətinə uyğun olaraq ödədiyi 33,6 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi hissəsində də tələb əsaslıdır.
56. Bundan əlavə, məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 50 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Kəngərli və Partnyorları” Vəkil Bürosu tərəfindən İddiaçı hüquqi yardıma görə 50 manat məbləğində pul vəsaiti sonuncu tərəfindən ödənilmişdir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir.
58. Məhkəmə hüquqi yardıma görə tələb olunan məbləğin mülki işin hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyinə görə ağlabatan olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, göstərilmiş hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. Nəticə
59. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1360 manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün çəkilən 50 manat məbləğində pul vəsaiti, ödənilmiş 33.60 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
60. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1360 manat məbləğində pul vəsaiti, hüquqi xidmətə görə ödənilmiş 50 manat pul vəsaitinin və 33.60 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1443,60 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova