Məhkəmə qərarları › İş №2(002)-282/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(002)-282/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-282/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.200 manat borc və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxx 2020-ci il tarixdə ona məxsus yaşayış evinin qarşısında keçən qaz borusunun yerinin dəyişdirilməsi məqsədi ilə tanış olmuşlar. Cavabdeh “xxxx” MMC-də icraçı direktor vəzifəsində çalışır. Yuxarıda qeyd olunan tarixdə Kürdəxanı qəsəbəsi X1 yerləşən və ona məxsus olan yaşayış sahəsinin qarşısında keçən qaz kəmərinin yerinin dəyişdirilməsi məqsədi ilə Cavabdeh ilk öncə 700 manat, daha sonra əlavə xərclər olduğuna görə ondan 500 manat pul almışdır. Ümumilikdə o bu işi yekunlaşdırmaq üçün Cavabdeh 1200 manat pul vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ona maddi ziyan vurmuşdur. Dəfələrlə bununla əlaqədar Cavabdeh pulunu qaytarmağı tələb etsə də, o hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. O, baş vermiş hadisə ilə bağlı Sabunçu RPİ-nin İŞ-nə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Sabunçu rayon Polis İdarəsinin İŞ-də cavabdehlə aralarında baş verən münaqişə araşdırılmış və xx.xx.2020-ci il tarixdə İŞ-nin müstəntiqi polis kapitanı E.Hacıyev cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda mübahisənin mülki xarakterli olduğu, eləcə də, Cavabdeh 1200 manat borclu olması etiraf etməsi hazırkı mübahisənin yalnız məhkəmə qaydasında həll olunması zəruriyyətini üzə çıxarmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 282/2021 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, Cavabdeh xx xxx 2020-ci il tarixdə İddiaçı ona məxsus yaşayış evinin qarşısında keçən qaz borusunun yerinin dəyişdirilməsi məqsədi ilə hissə-hissə, ilk öncə 700 manat, daha sonra əlavə xərclər olduğuna görə ondan 500 manat nağd pul almış, lakin həmin pulu vaxtında və tam şəkildə qaytaracağına dair iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İş materialında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında etiraf etmişdir ki, o, xx xxx 2020-ci il tarixdə Kürdəxanı qəsəbəsi X1 yerləşən İddiaçı məxsus olan yaşayış sahəsinin qarşısında keçən qaz kəmərinin yerinin dəyişdirilməsi məqsədi ilə ilk öncə 700 manat, daha sonra əlavə xərclər olduğuna görə iddiaçıdan 500 manat pul almışdır. Ümumilikdə İddiaçı bu işi yekunlaşdırmaq üçün ona 1200 manat məbləğində pul vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında araşdırılmış işin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh ilə xx xxx 2020-ci il tarixdə ona məxsus yaşayış evinin qarşısında keçən qaz borusunun yerinin dəyişdirilməsi məqsədi ilə tanış olmuş, ona həmin işi görmək üçün ilk öncə 700 manat, daha sonra əlavə xərclər olduğuna görə 500 manat məbləğində pul vermişdir. Ümumilikdə həmin işi yekunlaşdırmaq üçün Cavabdeh 1200 manat məbləğində pul ödəmişdir. Lakin aradan bir müddət keçməsinə baxmayaraq cavabdeh həmin işi yerinə yetirməmişdir. Dəfələrlə Cavabdeh pulunu qaytarmağı tələb etsə də, o hər dəfə pulu ödəməkdən boyun qaçırmışdır. Belə olan halda Cavabdeh əsassız varlanması barədə nəticəsinə gəlmək üçün əsas ola bilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Məhkəmə hesab edir ki, ona məxsus yaşayış evinin qarşısında keçən qaz borusunun yerinin dəyişdirilməsi məqsədi ilə cavabdehə ödədiyi pulu iddiaçı hər hansı qanuni əsas və ya müqavilə olmadan ödədiyindən, bunun nəticəsində cavabdeh əsassız varlanmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, 1.200 manat pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar