Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2823/2021 20.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı « kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması » tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ NETDİ: İddiaçı “Yelo Bank KB“ ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı “Yelo Bank KB“ ASC-nin xeyrinə 2515.4 manat əsas, 405.11 manat faiz, 77.57 manat cərimə, cəmi 2998.08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması və Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanılmış 28.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv eidlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı“Yelo Bank KB“ ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir.Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüblər. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərərk, öz izahatında hazırki mülki iş üzrə kredit müqaviləsi ilə bağlı cavabdeh tərəfindən ödəniş edildiyini, ona görə də yeni maliyyə arayışı təqdim etdiyini, həmin maliyyə arayış üzrə qeyd edilmiş borcun məbləğinin əsas götürülməsini, bu halın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə hazırlıq iclasında iştirak edərək, idida tələbini qəbul etdiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə malumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarına əlavə olunmuş 28.11.2019-cu il tarixli 20-MZ1-1-0-823-19 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı KB ASC tərəfindən Cavabdeh2 18 ay müddətinə, illik 25% dərəcəsi ilə, 3000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 13.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 20-MZ1-1-0- 823-19 saylı kredit müqaviləsi üzrə 2515.4 manat əsas, 405.11 manat faiz, 77.57 manat cərimə, cəmi 2998.08 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 20-MZ1-1-0-823-19 saylı kredit müaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 18 ay müddətinə, 3000 manat əsas, 593.74 manat faiz borcu olmaqla, cəmi 3593.74 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 03.08.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh2 İddiaçı KB ASC-yə olan borcunu 5 iş günü ərzində ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarına əlavə olunmuş 20-MZ1-1-0-823-19 saylı 28.11.2019-cu il tarixli zaminlik müqavilələrinin məzmunundan görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün boclu- Cavabdeh2 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüş, kredit məbləği 3000 manat, kreditin müddəti 18 ay olduğu qeyd olunmuşdur İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 13.05.2020-ci il tarixli 1 saylı Əlavə sazişin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 28.11.2019-cu il tarixli 20-MZ1-1-0-823-19 saylı müqavilə üzrə 2488.83 manat borcunu 15 ay müddətinə ilk 3 ayı güzəşt olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kredit müqaviləsinə əlavə olan 13.05.2020-ci il tarixli 1 saylı Əlavə sazişin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 28.11.2019-cu il tarixli 20-MZ1-1-0-823-19 saylı zaminlik müqaviləsi üzrə 2488.83 manat borcunu 15 ay olmaqla ilk 3 ayı güzəşt olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.10.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh2 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği 2315,4 manat, faiz borcunun məbləği 515,67 manat, cərimə borcu 0 manat olmaqla, cəmi borcun məbləği 2831,07 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 18 ay müddətinə illik 25% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşıdrması zamanı müəyyən edilmidşri ki, hazırda cavabdehlərin həmin kredit müqaviləsiü zrə qalıq əsas borcun məbləği 2315,4 manat, qalıq faiz borcunun məbləği 515,67 manat olmaqla, cəmi qalıq borcun məbləği 2831,07 manat təşkil edir (iş materiallarında olan 19.10.2021-ci il tarixli maliyyə arayışı əsasında). Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 19.10.2021.ci il tarixli maliyyə arayışında qeyd edilmiş borcun məbləği əsas götürülməklə, iddia tələbi kredit borcunun tutulması ilə bağlı həmin hissədə əsaslı olmaqla təmin edilməli, qlaan hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi 28 noyabrl 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən m\hkəmə təqdim edilmiş 19.10.2021-ci il tarxili maliyyə arayışında cavabdehlərin ididaçı bak qarışsında 28.11.2019-ciu il tarxli kredit müqaviləsi üzrə cərimə borcunun 0 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə müvafiq kredit müqaviləsi üzrə cərimə borcu olmadığından, iddia tələbi cərimə borcunun tutulması hisəssində də əsassız olmaqla, təmin edilməməldiir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə ididaçı bank arasında bağlanılmış 28.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2315.4 manat əsas, 515,67 manat faiz borcu olmaqla, cəmi 2831,07 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 28.11.2019-cu il tarixli kredit müqvailəsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 28.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2315.4 manat əsas, 515,67 manat faiz borcu olmaqla,cəmi 2831,07 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2823/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2823/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver