Məhkəmə qərarları › İş №2(002)-2831/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2831/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2831/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 652.11 (altı yüz altmış əlli iki manat, 11 qəpik) manat - bundan 180.96 (yüz səksən manat 96 qəpik) manatı əsas 439.05 (dörd yüz otuz doqquz manat 05 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.37 (otuz iki manat 37 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış 08.07.2015-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə 800 (səkkiz yüz) manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 652.11 (altı yüz altmış əlli iki manat, 11 qəpik) manat təşkil edir. Bundan 180.96 (yüz səksən manat 96 qəpik) manatı əsas 439.05 (dörd yüz otuz doqquz manat 05 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.37 (otuz iki manat 37 qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********884 saylı 23.06.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi mülki iş üzrə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə bborcun tam ödənildiyini, buna görə də cərimənin ona güzəşt olundğunu, bu barədə sənədlər də öz əksini tapdığını, lakin sistemdə sislinmədiyinə görə hazırda cavabdehin borcu olduğu göstərir, ona görə də, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödədiyini, ona görə ona hətta güzəşt olunduğunu, bu barədə həm ödəniş qəbzi, həm də onun heç bir borcunun olmamasına dair bankın ona veridyi imzalı, möhürlü arayışı olduğunu, o sənədlrəi yaxşıkı saxladığını,hazırda da bununla bağlı fonda müraciət etidyini, orada da həmin məsələ öz təsdiqini tapdığını, lakin sistemdən silinmədiyinə görə indi borc tələb edirlər, bu isə onun günahi deyil, o borcunu tam ödəyibdir, ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflrəin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin (Ləğv prosesindədir) 30.06.2021-ci il tarixli maliyyə arayışının məzmunundan İddiaçı ASC-nin (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış 08.07.2015-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 21.06.2021-ci il tarixinə yaranmış tələb üzrə müqavilə üzrə əsas borc 180.69 manat, müqavilə müddəti üçün tələb olunan faizlər 0 manat, 439.05 manat cərimə, gecikdirilmiş gün üçün hesablanan faiz məbləği 32.37 manat borcu olmaqla cəmi borc 652.11 manat məbləğində təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin (Ləğv prosesindədir) 23.06.2021-ci il tarixli, **********884 nömrəli Cavabdeh ünvanlanmış bildirişin məzmunundan görünür ki, Cavabdeh 650.61 manat məbləğində borcunun 3 gün ərzində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2016-ci il tarixli aktın məzmunundan aydın olur ki, Cavabdeh tərəfindən 763,40 manat məbləğində vəsait 30-70270978-4 saylı cari hesaba mədaxil edilmişdir. həmin vəsait Cavabdeh İddiaçı ASC qarşısında olan 1808DT saylı, 08-JUL_15 tarixli Kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz borcu və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 917,09 AZN məbləğində qalığının Bank tərəfindən cərimənin bağışlanması nəticəsində tam bağlanmasına yönəldildi. Bank təsdiq edir ki, qeyd edilən müqvailə üzrə heç bir öhdəlik mövcud deyil. İş materiallarında olan hesabdan çıxarışn məzmunundan aydın olur ki, Cavabdeh 30-70270978-4 saylı hesab üzrə 16.12.2016-cı il tarixdə 736,40 amnat ödəniş edilmiş, kreditin tam ödənilməsi (cərimə güzəşt), qalıq borc 0.00 kimi qeyd edilmişdir. İş materialalrında olan 30-70270978-4 saylı hesab üzrə 16.12.2016-ci il tarixli 97269249 № li ödəniş qəbzinin məzmunundan aydın olur ki, Cavabdeh tərəfindən 736,40 manat kreditin tam ödənilməsi (cərimə güzəşt) üzrə ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflrə arasında kredit müqaviləsi bağlanılmışdır. İddiaçı cavabdehin müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin mövcud olduğunu əsas gətirərək, cavabdehdən 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 180,69 manat əsas borc, 439,05 manat cərimə borcu, gecidkirilmiş vaxt üçün hesablanmış 32,37 manat faiz borcunun tutulmasına dair idid tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.12.2016-ci il tarixdə borcu tam ödənilmiş, həmin müqavilə üzrə kredit alan qismində çıxış edən cavabdehin hər hansı borc öhdəliyi mövcud deyildir. Bu hal məhkəmə araşıdrması zamanı tədqiq edilmiş tərəflərin izahatı, "xxxx" ASC tərəfindən verilmiş 16.12.2016-cı il tarixli akt, 16.12.2016cı il tarixli ödəniş qəbzi, 08.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışa dair məlumat və digər mötəbər sübutlar əsasında öz təsdiqini tapmışdır. İddiaçı müvafiq sistemdə hazırda borcun göstərildiyini əsas gətirərək, cavabdehin borc öhdəliyinin mövcud olduğunu bildirməsi halı ilə bağlı məhkəmə hesab edir ki, borcalan şəxsin müvafiq borc öhdəliyin icra etdiyi halda, onun banka məxsus elektron sistem məlumatlarına yerləşdirilməməsi borcalan şəxs qismində çıxış edən cavabdehin deyil, məhz bankın öz öhdəliyi qismində çıxış edir. Bankın öz öhdəliyini lazımi qaydada icra etməməsi halının isə cavabdehin hər hansı təqsilri hərəkəti nəticəsində baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda isə bankı öz öhdəliyinin lazimi qaydada icra etməməsinə dair məsuliyyətin cavabdehin üzərinə qoylması mülki qanunvericiliyin tələblərinə ziddir. Ona görə də məhkəmə qeyd edilən halları, habelə cavabdehin hazırda iddiaçı qarşısısnda onun mülki hüquqi məsuliyyətinə əsas olan hər hansı borc öhdəliyinin mövcdu olması halının təsdiq edilmədiyini əsas götürərək,hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar