Məhkəmə qərarları › İş №2(002)-2852/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2852/2023

19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2852/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəzarət qurğusunun dəyəri, yəni 2277 manat 40 qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Qaradağ Rayon Məhkəməsinin 1(002)-286/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması növündə məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilərək bu barədə müvafiq protokol tərtib edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçındə olarkən ona tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, mobil qurğunun korpusunun bir-birindən aralandığı və qeyri-işlək vəziyyət olduğu müəyyən edilmişdir. Buna dair məhkum Cavabdeh izahat alınmış və o izahatında mobil qurğunun cibindən düşərək qeyri-işlək vəziyyətə düşdüyünü bildirmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək, öz izahatında iddia tələbini qəbul etdiyini, elektron nəzarət qurğusunun cibində olduğunu, anasının paltarını eyvanda təmizləyərkən ikinci mərtəbədən yerə düşərək sındığını, həmin hadisənin 3 ay öncə olduğunu, elektron nəzarət vasitəsinin salamatlığının təmin edilməsi barədə öhdəliklərinin ona aydın olduğunu, yerə düşüb sındıqdan sonra cihazın ekranının işləmədiyini, ekranının aralandığını bildirərək aparatın öz təqsiri üzündən sındığını qəbul etmişdir. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-286/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilmiş, üzərinə: yaşadığı ünvanı hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 6:00-dək, habelə gün ərzində Bakı , Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işllək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yeerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhvil verilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı 35654708 seriyalı elektron nəzarət vasitəsiinə baxış keçirilmiş, baxış zamanı mobil qurğunun korpusunun bir-birindən ayrıldığı və qeyri işlək vəziyyətdə olduğu aşkar edilmiş, məhkumla bir daha fərdi söhbət aparılmış, hüquq və vəzifələri, cəzanın çəkilməsinin şərtləri və elektron nəzarət vasitəsinin istifadə qaydaları bir daha izah olunmuşdur. İddiaçı icra məmuru X1 Taleh Sabir oğlu tərəfindən verilmiş yazılı izahtın məzmunundan aydın olur ki, elektron nəzarət vasitəsinin cibindən düşərək qeyri-işlək vəziyyətə gəldiyini, eyni zamanad elektron nəzarət vasitəsinin çıxarılmasının yolverilməzliyi və həmin cihazın yararsız vəziyyətə salınması nəticəsində onun dəyəri ola 2277,40 manatın ondan tutulacağı barədə ona izah edildiyini qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsi tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, ED 000235 nömrəli “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəy”dən görünür ki, N356547-8 nömrəli Attenti V6 mobil qurğusunun ana platasında elementlər qoparılıb, təmiri mümkün deyil, istifidaəyə tam yararsızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsi tərəfindən verilmiş cavab məktubunda probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan həmin vasitələrin dəyərinin nəzarət subyektin tutulması qeyd olunmuş, həmin cədvəldə ƏDV 347.40 manat, elektron qolbağların 1 ədədinin dəyəri 1930 manat məbləğində qeyd edilməklə, ümumi məbləğin 2277,40 manat olduğu müəyyən olunmuşdur. Məhkəmə mülki işin materiallarını araşdırıb, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcllənin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin təhlilindən görünür ki, barəsində elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxsə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilməli və bu barədə protokol tərtib edilməli, əgər həmin vasitə zədələnərsə və ya digər üsulla yararsız vəziyyətə salınarsa, onun dəyəri həmin şəxsdən tutulmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Həmin cəzanın icrası məqsədilə icra məmuru tərəfindən ona elektron nəzarət vasitəsinin bir növü olan mobil nəzarət qurğusu tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən qanunvericiliyin tələbinə əsasən cavabdehə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh həmin elektron nəzarət vasitəsini sındıraraq yararsız vəziyyətə salmışdır. Bununla da, Cavabdeh onun barəsində tətbiq olunmuş mobil nəzarət qurğusunun işlək vəziyyətdə saxlanması və itirilməməsi ilə bağlı vəzifələrini icra etməyərək, həmin qurğunu qeyri-işlək vəziyyətə salaraq həmin qurğunun dəyəri həddində vurulmuş ziyana görə onun hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkumlar barəsində tətbiq olunan elektron nəzarət vasitələrinin itirilməsi və ya yararsız hala salınması hallarında onların dəyərinin müəyyən olunması üçün müvafiq dövlət qurumu tərəfindən tərtib edilmiş cədvəl əsasında müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği müəyyən olunarkən həmin hallar nəzərə alınmalıdır. Həmçinin, cavabdeh məhkəmə iclasında iştirak edərək, vurulmuş ziyanın məbləği ilə razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə qeyd edilə halları əsas götürərək hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə göstərilənlərdən əlavə məhkəmə xərclərini həll edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə bütün növ büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmə hazırkı tələb üzrə ödənilməli olan dövlət rüsumunun “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən 42,77 manat təşkil etməsini, iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu və iddianın təmin edilməsini əsas götürərək, qanunvericliyin yuxarıda qeyd edilən tələblərinə əsasən qeyd edir ki, iş üzrə ödənilməli olan 42.77 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh onun barəsində tətbiq olunmuş itirilmiş mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ödənilməli olan, iddiaçının azad edildiyi 42,77 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar