Məhkəmə qərarları › İş №2(002)-2863/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2863/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2863/2021 20.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «kreditin qaytarılması barədə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «kreditin qaytarılması barədə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, borclu Cavabdeh kreditor "xxxx" QSC-nin xeyrinə 482.33 manat əsas borcu, 45.14 manat faiz borcu, 174.65 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsi üzrə 5.50 manat olmaqla cəmi 709.62 manat borcu və 20 manat dövlət rüsumuna dair xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsin ionunla əsaslandırmışdırki, borclu Cavabdeh ilə "xxxx" QSC arasında bağlanmış 27.02.2014-cü il tarixli, Bank hesabı,debet kartı,kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə kreditor tərəfindən borcalana 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır.Borclunun banka olan borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır.Belə ki, hazırda Borclunun banka 482.33 manat əsas borcu, 45.14 manat faiz borcu, 174.65 manat cərimə,müqavilədə nəzərdə tututlmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsi üzrə 5.5 manat olmaqla cəmi 709.62 manat borcu vardır. Kredit müqaviləsinin 4.14-cü bəndinin şərtlərinə əsasən borcalan, hesab çıxarışında müəyyən edilən son ödəniş son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi olduqda hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alqı-satqı faizini ə son ödəniş tarixindən etibarən gecikmə cərimə faizini, qalan hesab balansma(borcuna) isə hesab fakturası tarixindən etibarən bu müqavilə üzrə alqı-satqı faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir.Həmin müqavilənin həmən bəndinə əsasən ödənişlərdə gecikməyə yol vermiş borcluya müvafiq borc məbləğinin ödənilməsini sildirmək məqsədi ilə “Bank” tərfmdən göndərilən hər bir bildiriş olduqda 2 AZN (iki manat) məbləğində komisyon haqqı tətbiq edilir. Həmin müqavilənin 4.24-cü bəndinin şərtlərinə əsasən kart(lar) üzrə borcla(larla) bağlı geri ödənişlər aparılarkən, ödənilən borc(lar) məbləği(ləri) nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin (borcun) gecikdirilməsindən əmələ gələn zərər/cərimələr, sonra faizlər ə nəhayət kretditin (borcun) əsas məbləği üzrə borc ödənili (silinir).Bundan başqa həmin müqavilənin 4.26-cı bəndinin şərtlərinə “Bank” 5 (beş) il müddətinə 500.00 manat (AZN) məbləğində “Kart/əlavə kart sahibinə” kredit kartı limitini açır. “Kart/əlavə kart sahibi” isə həmin kredit kartı limiti üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”-a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. Qeyd olunan hallarının nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraicət edərək məhkəmə iclasında iştiraklarının olmadan iclasın keçirilməsini, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı bankla onun arasında kredit kartı müqaviləsi bağlanıldığını, lakin müqavilə bağlanılan kimi ona kartın təhvil evrilmədiyini, 15-20 gün ərzində poçt vasitəsilə çatdırılacağını bildirdiklərini, bankın nümayəndəsi tərəfindən ona poçt vasitəsilə hər hansı kartın təhvil verilmədiyini, sonradan ona məlum olubki həmin kartı başqa adama təhvil verib imzaladıblar, kimə təhvil vermələri barədə onda heç bir məumat yoxdur, həmin qəbzdə Quliyev yazılan soyadlı adamı tanımadığını, həmin kartın kimdə olması, kimin ödəniş etməsini bilmdəiyini, bankın nümayəndəsi gəlib həmin halları izah etsin ki, həmin kartı pulu ona vermədikləri halda, necə ondan pul tələb edirlər, müqvailə bağlanılması pulun ona verilməsi deyidlir ki, gəlib bunları izah etsinlər, bu halların nəzərər alınaraq iddia tələbinin təmin eidlməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirki, iddia rədd edilməlidir. Belə ki, iş amterialalrından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında 27.02.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən bank müştəriyə cari hesab açmağı,açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bank tərəfindən bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürür, debet kart üzrə bank kart sahibinin bankda olan hesabındakı pulun ATM kart vasitəsilə nağd pul vəsaitinin alınması, nağd pul vəsaitinin çıxarılması təmin etməyi, müştəri şərtləşdiorilmiş komisyon muzdu haqqı ödəməyi öhədisnə götürür, bank 5 il müddətinə 500 manat məbləğində kart sahibinə kredit kartı limitini açır, kredit kartı sahibi isə həmin kredit kartı limiti üzrə istifadə edilmiş pul vəsaitini şərtləşdirilmiş qaydada banka qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin 19.08.2016-cı il tarixli **********110 saylı maliyyə vərəqəsinin surətindən görünür ki, Cavabdeh 27.02.2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 500 manat məbləğində kredit limiti ayrılmışdır. Hazırda borcu əsas borc üzrə 482,33 manat, faiz borcu üzrə 45,14 manat, cərimə borcu üzrə 174,65 manat, komissiya xərci 2 manat, poçt xərci 5,50 manat olmaqla, cəmi 709,62 manat borcu vardır. İş materiallarına əlavə olunmuş QSC "xxxx" -nın Cavabdeh ünvanlanmış 27.10.2015-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh cəmi 542.62 manat məbləğində borcunun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə aidiyyatı üzrə məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmiş və həmin pretenziya məktubu Quliyev soyadı olan şəxs tərəfindən imza edilməklə, təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsaəsn mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarının məzmunundan yadın olur ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, tərəflər arasında kredit müqaviləsi üzrə borc öhdəliklərinin yaranması əsası qismində məhz kredit müqaviləsi çıxış edir ki, həmin müqaviləyə əsasən borc verən müvafiq məbləğdə pul vəsaitini borc alanın mülkiyyətinə verməyi, borc alan isə aldığı pul məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Borc alanın mülkiyyətinə verilməsi isə onun həmin pul vəsaitini əldə etməsi, ona sahiblik etmək,ondan istifadə etmək və ona dair sərəncam vermək imkanına malik olmasını özündə ifadə edir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə araalarında kredit kartına dair qarışıq müqavilənin bağlanıldığını, həmin müqvailəyə əsasən kart sahibinə 500 manat məbləğində kredit kartı limitini açmasını, cavabdehin həmin kredit kartı üzrə pul məbləğindən istifadə etsə də, həmin pul vəsaitini şərtləşdirilmiş qaydada geri qayatrmadığını əsas gətirərək, cavabdehə qarşı borcun ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə ididaçı bank ilə aralarında kredit kartı hesabına dair müqavilə bağalnılsa da, kredit kartının ona təhvil verilmədiyini, kreedit kartı üzrə heç bir pul vəsaitini əldə etmədiyini bidlirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğunun əsaslarına və hallarına dair sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf kredit xəttinə dair qarışıq müqavilə üzrə kredit kartını (kart daxilində 500 manat məbləğində pul vəsaiti olması) cavabdehə təhvil verilməsi, cavabdeh tərfindən həmin məbləğdə pul vəsaiti olan kredit kartının təhvil alınması, habelə həmin məbləğdə pul vəsaiti olan kredit kartını təhvil almasına baxmayaraq, müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə həmin kredit borcunun qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyini, bununla da, cavabdehin iddiaçı bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyinin yaranması hallarını sübut etməlidir. Lakin məhkəmə aarşdırması zamanı iddiaçı tərəfindən həmin halalar dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı ididaçı bankın müvafiq müqavilə üzrə 500 manat məbləğində pul vəsaitinin olduğu kredit kartının cavabdehə təhvil verilməsi öhdəliyini icra etməsi, ahbelə cavabdeh tərəfindən həmin kredit kartının təhvil alınması halının müəyyən eidlməsi mümkün olmamışdır. Nəticə etibarilə cavabdehin iddiaçı bank qarşısında icra etməli olduğu hər hansı borc öhdəliyinin mövcudluğunu və həmin borca görə onun mülki hüquqi məsuliyyətinin yaranması əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bununla da, məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı «kreditin qaytarılması barədə» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı «kreditin qaytarılması barədə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar