Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2868/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı cavabdeh X3 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı cavabdeh X3 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 389.904 manat məbləğində maddi ziyanın cavabdeh X1 (cinayət hadisəsi baş verərkən "xxxx" MMC-nin direktoru olan) iddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 412.256,62 manat məbləğində maddi ziyanın cavabdeh X1 (cinayət hadisəsi baş verərkən "xxxx" MMC-nin direktoru olan) tutularaq iddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 30 iyun 2021-ci il tarixli, L023 nömrəli «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnzibati binası üçün BMU-Fasad xidmət avadanlığının satınalma» müqaviləsi üzrə Cavabdeh MMC 1 (bir) ədəd «SECALT» markalı BMU-Fasad xidmət avadanlığının razılaşdırılmış çeşiddə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda tikinti sahəsinə çatırılmasını və quraşdırılmasını xx.xx.2021-ci il tarixədək həyata keçirməli idi. Lakin bu müddət ərzində Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirə bilmədiyi üçün Birlik tərəfindən güzəşt edilərək müqavilə üzrə təhvil-təslim müddəti artırılmış, son tarix xx.xx.2022-ci il müəyyən edilmişdir. Bundan başqa, Birlik ilə MMC arasında 10 ədəd «Dormakaba» markalı, «ARGUS 40» model, turniket avadanlığının alınması və quraşdırılması ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli L044 nömrəli müqaviləyə uyğun olaraq MMC sözügedən avadanlıqları xx.xx.2022-ci il tarixində quraşdıraraq təhvil verməli idi. Lakin bu günədək MMC ona edilmiş etibardan sui-istifadə edərək Birliyin qarşısında hər iki müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. 24 noyabr 2021-ci il tarixli Lo44 nömrəli müqavilənin 4.1ci bəndinə görə bu Müqavilə çərçivəsində alınan avadanlığın istehsal müddəti bu müqavilənin 3.1.1-ci bəndinə əsasən ilkin ödənişin yerinə yetirilməsindən sonra 24 (iyirmi dörd) iş həftəsi təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən avadanlıqların istehsal müddəti bitdikdən sonra 2 (iki) iş həftəsi ərzində Bakı şəhərinə çatdırılacaqdır. Həmçinin bu Müqavilənin 4.3-cü bəndində göstərilmişdir ki, quraşdırma işləri, quraşdırma yerinin hazır olduğu haqqında məlumat MMC-yə verildikdən sonra MMC-nın işçi qrupu tərəfindən 3 (üç) iş həftəsi ərzində həyata keçiriləcəkdir. Məlumat üçün bildirirlər ki, müqavilələr üzrə ödəmələr MMC-nin bank hesabına köçürülməsinə baxmayaraq, müqavilələrin imzalandığı tarixdən bu günədək mallar nə çatdırılmış, nə də quraşdırılmışdır. Birliyin və MMC-nin arasında bağlanılan 30 iyun 2021-ci il tarixli L023 nömrəli müqaviləyə əsasən həmin tarixdən 30 noyabr 2021-ci il tarixədək 1 ədəd Secalt markalı BMU-Fasad xidmət avadanlığını həmin binada quraşdırılması ilə bağlı 01 iyul 2021-ci ildə MMC-nin hesabına əlavə dəyər vergisi daxil olmaqla 142.605,36 manat pul, 19 oktyabr 2021-ci ildə MMC-nin eyni hesabına əlavə dəyər vergisi daxil olmaqla 35.065,47 manat pul, 27 oktyabr 2021-ci ildə əlavə dəyər vergisi daxil olmaqla 41.900,15 manat pul, 3 noyabr 2021-ci ildə əlavə dəyər vergisi daxil olmaqla 34.853,07 manat pul, 16 dekabr 2021-ci ildə əlavə dəyər vergisi daxil olmaqla 11.297,91 manat pul vəsaiti, ümumilikdə Birlik tərəfindən 265.721,96 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 2 ünvanda yerləşən Komitənin inşası davam edən yeni inzibati binasının əsas girişində 10 ədəd Dormakaba Argus 40 markalı turniketlərin quraşdırılması məqsədilə Birlik və MMC arasında bağlanılan 24 noyabr 2021-ci il tarixli, Lo44 nömrəli müqavilə üzrə 26 noyabr 2021-ci il tarixdə MMCnin hesabına əlavə dəyər vergisi daxil olmaqla 146.534,76 manat pul vəsaiti köçürülmüşdür. Bununla belə, Birlik və MMC arasında bağlanılan 30 iyun 2021-ci il tarixli, L023 nömrəli və 24 noyabr 2021-ci il tarixli, Lo44 nömrəli müqavilələr üzrə Birlik tərəfindən MMC-nin hesabına ödənilən ümumilikdə 389.904,00 manat pul vəsaitinin qarşılığında heç bir iş görülməmiş, qeyd olunan müqavilələr üzrə mallar təhvil verilməmişdir. Komitənin xx.xx.2023-cü il tarixli, 3-33/2-003294/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Baş Polis İdarəsinə müraciət edilmişdir. Bakı Baş Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İdarədə aparılmış araşdırma nəticəsində cavabdeh X2 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə direktoru olduğu MMC və Birlik arasında 30 iyun 2021-ci il tarixdə bağlanmış L023 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq 30 noyabr 2021-ci il tarixədək Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 2 ünvanda yerləşən Komitənin inşası davam edən yeni inzibati binası üçün 1 ədəd Secalt markalı BMU-Fasad xidmət avadanlığını, həmçinin 24 noyabr 2021-ci ildə bağlanmış Lo44 nömrəli müqavilə şərtlərinə uyğun olaraq 30 iyun 2022-ci il tarixədək 10 ədəd «Dormakaba» markalı, «ARGUS 40» modelli turniket avadanlığını gətizdirib həmin inzibati binaya quraşdıracağı ilə bağlı yalan vəd verərək hər iki müqavilə üzrə şirkətin bank hesabına ümumilikdə 412.256,62 manat manat məbləğində pul vəsaitini qəbul edib verdiyi vədlərə əməl etməyərək vahid niyyətlə əhatə olunmuş qəsdlə həmin məbləğdə pul vəsaitini ələ keçirib Birliyə külli miqdarda maddi ziyan vurması faktı toplanmış materiallar əsasında öz təsdiqini tapmışdır. Aparılmış istintaqla cavabdeh X4 öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(101)-1515/2024 nömrəli hökmünə əsasən MMC-nin direktoru X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin 30 iyul 2024-cü il tarixli, 1(101)-1515/2024 nömrəli hökmü ilə MMC-nin direktoru X4 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ümumilikdə 389.904,00 manat pul vəsaitinin MMCdən mülki mühakimə icraatı qaydasında tələb olunması istisna edilmədiyi məhkəmənin qeyd olunan hökmündə öz əksini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh X4 ilə Birliyin arasında bağlanılan xx.xx.2021-ci il tarixli, L023 nömrəli və xx.xx.2021-ci il tarixli, Lo44 nömrəli müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən Birliyə ümumilikdə 412.256,62 manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən də, hazırki iddia üzrə cavabdeh X1 Birliyə dəymiş ümumilikdə 412.256,62 manat məbləğində maddi ziyanın tutularaq Birliyə ödənilməsi təmin edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlara vurulmuş ziyan 412.256,62 manat təşkil edir. Bu səbəbdən, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə vermək zərurəti yaranmışdır. Həmin ərizənin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasına müşayiət altında gətirilmiş cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, həqiqətən 30 iyul 2024-cü il tarixli, 1(101)-1515/2024 nömrəli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində cəza çəkir. Barəsində ittihamedici hökm çıxarılsa da, hazırki iş üzrə iddianı qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 1(101)-1515/2024 saylı hökmündən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 verilmiş ittihama görə, o, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə qeyd edir ki, X3 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bir neçə epizod üzrə ittiham verilmişdir. Hazırki mülki işə münasibətdə istinad edilən epizodda qeyd edilmişdir ki, X2 törətdiyi cinayət əməli nəticəsində zərər çəkmişlərdən İddiaçınə 412.256,62 manat ziyan vurulmuşdur. Hökmlə zərər çəkmiş şəxs Azərbaycan Respublikası DGK-nın İddiaçı nümayəndəsi Nümayəndə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd olunan, qanun qüvvəsini almış hökmlə təsbit edilmişdir ki, cavabdeh tərəfindən törədilmiş cinayət əməli nəticəsində 412.256,62 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 412.256,62 manat məbləğində maddi ziyan cavabdeh X1 (cinayət hadisəsi baş verərkən "xxxx" MMC-nin direktoru) tutularaq iddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı müvafiq bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü mafdfdəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad olunduğuna görə hazırkı iddia tələbinin irəli sürülməsi üçün dövlət rüsumu ödəməmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan 702,26 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 412.256,62 manat məbləğində maddi ziyan cavabdeh X1 (cinayət hadisəsi baş verərkən "xxxx" MMC-nin direktoru) tutularaq iddiaçı Azərbaycan Respublikası DGK-nın İddiaçı müvafiq bank hesabına ödənilsin. 702,26 manat dövlət rüsumu cavabdeh X1 tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2868/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2868/2024
23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver