Məhkəmə qərarları › İş №2(002)-2873/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2873/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2873/2021 06.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə kredit borcunun, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinin və həmin kreditmüqaviləsinin restrukturizasiyasma dair 22.05.2020-ci il tarixli Razılaşmanın ləğv edilməsi, Cavabdeh 2269.84 manat məbləğində əsas kredit borcunun, 262.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 2532.62 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 23% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh ərizəsinə əsasən 18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinin restrukturizasiyasma dair 22.05.2020-ci il tarixli RAZİLAŞMA bağlanmışdır. 22.05.2020-ci il tarixli Razılaşmaya əsasən Cavabdeh 18 ay müddətinə (22.11.2021-ci il tarixədək) illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2269.84 manat məbləğində krediti yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 17.07.2021 -ci il tarixə İddiaçı ASC-yə 2269.84 manat məbləğində əsas kredit borcu, 262.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 2532.62 manat məbləğində borcu qalmaqdadır İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasından bağlanmış 18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinin surətindən görünür ki İddiaçı ASC cavabdeh Cavabdeh 18 ay müddətinə illik 23% faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22.05.2020-ci il tarixli Razılaşmaya(18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinin restruktruzasiyası üzrə) əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu 2269.84 manat məbləğində müəyyən edilərək, 18 ay müddətinə (22.11.2021-ci il tarixədək) illik 23% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22.05.2020-ci il tarixli Razılaşmaya əlavə-ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh oğlu illik 23 faiz dərəcəsi ilə 2269.84 manatı iddiaçıya 18 ay müddətində hər ay 175,36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə görə 05.04.2021-ci il tarixə qədər borcu aşağıdakı kimidir:- 2269.84 manat məbləğində əsas kredit borcunun, 262.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun,cəmi 2532.62 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdİ. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 18.11.2019-cu il tarixli məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 3000 manat cavabdeh Cavabdeh oğlunun hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi və iddiaçı qarşısında olan öhdəliklərini tam yerinə yetirmədiklərindən iddia tələbi borc hissəsində tam təmin edilməli, 18.11.2019-cu il tarixli 040CASA193220001 saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin restrukturizasiyasıa dair 22.05.2020-ci il tarixli Razılaşmanın ləğv edilməsi hissəsində rədd edilməli, çünki sözügedən müqavilələrin qüvvədə olma müddəti bitdiyindən onların ləğv edilməsinə zərurət yoxdur. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30( otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 2269.84 manat məbləğində əsas kredit borcu, 262.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu,cəmi 2532.62 manat pul borcu və 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 2269.84 manat məbləğində əsas kredit borcu, 262.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu,cəmi 2532.62 manat pul və 30(otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar