Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2893/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qız ına qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 10 iyun 2021 -ci il tarixli BAKU1- 41801-19483 saylı Kredit müqaviləsinin (onun tərkib hissəsi olan 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşma daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 7.199,81 manat əsas borc, 440,54 manat məbləğində cari faiz borcu və 79,50 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7.719,85 manat kredit borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, TBC Kredit” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında imzalanmış 10 iyun 2021 -ci il tarixli BAKU1- 41801-19483 saylı Kredit müqaviləsinə və onun tərkib hissəsi olan 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşmaya əsasən, ikinciyə 25,3%-lə 36 ay müddətinə 7 200,00 manat məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Abdullayeva Nərgiz Şahmurad qızı arasında 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483+BAKU1-44293 saylı Zaminlik müqaviləsi imzalanmışdır. 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşmanın 2-cibəndinəəsasən“Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədiyi üçün verilmiş kreditin illik faiz dərəcəsi “Kredit verən” tərəfindən 5% (beş) faiz artırılmış və kreditin illik faiz dərəcəsi 30,3% faiz müəyyən edilmişdir. Borclu Cavabdeh1 kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrəöhdəliklərtamvəvaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit təşkilatı məhdudməsuliyyətlicəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 26 avqust 2021-ei il tarixinədək verilmiş kredit üzrə 7.199,81 manat əsas borc, 440,54 manat məbləğində cari faiz borcu və 79,50 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7.719,85 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi məhkəmə iclasında X4 iddia ərizəsinə dəqiqləşdirmə ərizəsini təqdim edərək, bildirlmişdir ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş və 15.11.2021-ci il tarixinə 7 199.81 manat əsas borc, 919.28 manat cari faiz borcu və 426.20 manat cərimə borcu olmaqla, cəmi 8 545.29 manat məbləğində borcu mövcuddur. “Cavabdeh1 ilə bağlanmış 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Kredit müqaviləsinin (onun tərkib hissəsi olan 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşma daxil olmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 7 199.81 manat əsas borc, 919.28 manat cari faiz borcu və 426.20 manat cərimə borcu olmaqla, cəmi 8 545.29 manat kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və dəqiqləşdirmə ərizəsini müdafiə edərək və iddianın təmin edilməsini xahış etmişdir. Cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı Kredit müqaviləsinin və onun tərkib hissəsi olan 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşmanın surətindən görünür ki, iddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25,3% dərəcəsi ilə faiz ödəmək şərti ilə 7200 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı Zaminlik müqaviləsindən görünür ki, Abdulayeva Nərgiz Şahmurad qızı kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 7200 manat məbləğində kredit iddiaçı tərəfindən Cavabdeh1 hesabina köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.11.2021-ci il tarixə borcu aşağıdakı kimidir: 7199.81 manat əsas borc, 919.28 manat cari faiz borcu və 426.20 manat cərimə borcu olmaqla, cəmi 8 545.29 manat kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 10 iyun 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdehlər Cavabdeh1 iddiaçı banka 7200 manat krediti 36 ay müddətinə 25,3% dərəcəsi ilə hər ay 288 manat (sonuncu ayda 272,92 manat) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızından borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Abdulayeva Nərgiz Şahmurad qızı arasında bağlanmış 10.06.2021-ci il tarixli zaminlik müqaviləsi ilə Abdulayeva X1 İdman Süleyman oğlu 10.06.2021-ci il tarixli kredit müqaviləsinə görə «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC-nin qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərini tam yerinə yetirmədiklərindən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı kredit müqaviləsindən və 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı Zaminlik müqaviləsindən görünür ki, iddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25,3 faiz ödəmək şərti ilə 7200 manat məbləğində kredit verilməsini, cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızına isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər iddiaçı ilə bağladığı 10 iyun 2021 -ci il tarixli kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə 7 199.81 manat əsas borc, 919.28 manat cari faiz borcu və 426.20 manat cərimə borcu olmaqla, cəmi 8 545.29 manat kredit borcu yaranmışdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin həmin məcəllənin 424.3. maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin dəfələrlə gecikdirilməsini nəzərə alara məhkəmə hesab edir ki, iddiaçı müqavilənin vaxtından əvvəl xitam edilmişi tələbində haqlıdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı kredit müqavilə üzrə 50(əlli) manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 50(əlli)) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddia tələbi həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar müqavilənin ləğvi, əsas borc və faiz borcu hissəsində tam, dəbbə pulu hissəsində qismən əsaslıdır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2021 -ci il tarixli BAKU1-41801- 19483 saylı kredit müqaviləsi(onun tərkib hissəsi olan 10 iyun 2021-ci il tarixli BAKU1-41801- 19483 saylı Razılaşma daxil olmaqla) ləğv edilməli, 10 iyun 2021 -ci il tarixli BAKU1-41801- 19483 saylı kredit müqaviləsinə görə cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızından iddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC –nin xeyrinə 7 199.81 manat əsas borc, 919.28 manat cari faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 8169.09 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Abdulayeva Nərgiz Şahmurad qızından iddiaçı «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC–nin xeyrinə 7199(yeddi min bir yüz doxsan doqquz) manat 81(səksən bir) qəpik əsas borc, 919(doqquz yüz on doqquz) manat 28 (iyirmi səkkiz) qəpik cari faiz borcu və 50(əlli) manat cərimə borcu olmaqla, cəmi 8169(səkkiz min bir yüz altmış doqquz) manat,09(doqquz) qəpik kredit borcu və ödənilmiş 30(otuz) manat dövlət rüsumu tutulsun. «TBC Kredit» Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2021 -ci il tarixli BAKU1-41801-19483 saylı kredit müqaviləsi(onun tərkib hissəsi olan 10 iyun 2021-ci il tarixli BAKU1-41801-19483 saylı Razılaşma daxil olmaqla) ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2893/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2893/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver