Məhkəmə qərarları › İş №2(002)-2897/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2897/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2897/2021 16.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş pulun geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İnzibati Xəta haqqında Protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 464 manat məbləğində pulun və ödənilmiş 20.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 20 fevral 2017-ci il tarixdə AL-1041(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 20 dekabr 2016-cı il tarixli AL-1041 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş və istifadəsinə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA515812 ban, 0595 mühərrik nömrəli, qara rəngli avtomobil verilmişdir.“X3” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. eynov) İddiaçı MMC-nin iddası təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh ümumilikdə 2832.96 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.“Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edərkən AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindəntəqdim olunmuş protokolların surəti təsdiq edir.Həmin cərimələr aşağıdakılardan ibarətdir:05.03.2017-ci il tarixli İXP 853407 saylı protokola görə 32 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat; 15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;19.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;19.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat; 23.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat; 22.05.2017-ci il tarixli MMX ******* saylı protokola görə 96 manat;06.08.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 464 manat məbləğində ödəniş edilmişdir.Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir.Məhkəmənin nəzərinə çatdırırıq ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-1306/2019 saylı 04.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbiüzrə iddia qismən təmin edilərək, 20 dekabr 2016-cı il tarixli, AL-1041 saylı X3 ləğv edilsin, həmin müqaviləyə əsasən 26.09.2017-ci il tarixinə yaranmış 1430.29 manat əsas borc, 1222.67 manat mükafat borcu, 150 manat dəbbə pulu olmaqla, cəmi 2804.96 manat borc pul vəsaiti və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP seriyalı 853407 inzibati xəta haqqında protokolun surətındən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 346,1-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətlərindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328,2-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 50 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.1-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.1-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.2 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 50 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, “Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.2 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.1 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.2 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 50 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.1 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 327.2 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MMX seriyalı ******* inzibati xəta haqqında elektron protokolun surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi Cavabdeh barəsində AR İXM-nin 328.1 -cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 10 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AC-N 484830 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Daewoo Gentra” minik markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 09.07.2018-ci il tarixli mədaxil qəbzləriindən görünür ki, 05.03.2017-ci il tarixli İXP 853407 saylı protokola görə 32 manat; 15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat; 15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat;15.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;19.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat;19.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat; 23.04.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat; 22.05.2017-ci il tarixli MMX ******* saylı protokola görə 96 manat; 06.08.2017-ci il tarixli MMX ******* saylı protokola görə 16 manat; cəmi 464 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.08.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" pretenziya qaydasına riayət edərək, Cavabdeh oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında lizing müqaviləsi üzrə münasibətlər mövcud olmuş, iddiaçı öz mülkiyyətində olan avtomobili etibarnamə ilə cavabdehin sahibliyinə vermişdir və avtomobil cavabdehin istifadəsində olduğu zaman törətdiyi inzibati xətalara görə hesablanmış inzibati cərimələri(cəmi 464 manat) iddiaçı ödəmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda iddiaçı haqlı olaraq cavabdehdən onun tərəfindən ödənilən 464 manat məbləğində pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.7-cı maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını araşdıraraq iş üzrə sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin törətdiyi inzibati xətalar nəticəsində yaranan cərimə borcları iddiaçı tərəfindən ödəndiyindən cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 464 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İnzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 464 manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh oğlundan tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar