Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2916/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borc ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə 1355 manat əsas borc, 30 manat dövlət rüsumu məbləğini, cəmi 1385 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11.07.2019-cu il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ümumi dəyəri 1679 manat olan «Samsung UE55NU7090UXRU» markalı 1(bir)ədəd televizor almışdır. İlkin ödəniş 20 manat ödenilmişdir. Müqavilənin şərtlərinə əsasən 12 (on iki) ay ərzində ödəmək ilə, cavabdeh alınan telefonun dəyərini ödəməli idi, ancaq müqavilə imzalanan tarixdən hazırkı tarixədək cəmi 124 manat ödəniş etmişdir. Cavabdehin cəmiyyətimizə bu günə olan əsas borcu 1355 manat təşkil edir. Dəfələrlə xəbərdar etməyimizə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir.Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə ərizə formasında(işin materiallarına əlavə olunmuşdur) qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş və xəbərnaməyə “Əliyev” soyadlı şəxs tərəfindən imza edilməklə pretenziya məktubu qəbul edilmişdir.Lakin bundan sonra da cavabdeh hərəkətsizlik göstərərək üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini , mülki işə onlarin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ******* nömrəli 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, satıcı ümumi dəyəri 1479.00 manat olan «Samsung UE55NU7090UXRU» markalı 1(bir)ədəd televizoru alıcıya təqdim etməyi, alıcı isə həmin malı almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ******* nömrəli 11.07.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən alıcının ödəməli olduğu ödəniş 124 AZN müəyyən olunmaqla 12 ay müddətinə müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 31.08.2021 tarixli maliyyə arayışından görünür ki, ******* nömrəli 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə 1355 manat əsas borc cəmi 1355manat borcu vardır. İş materiallarına əlavə olunmuş 11.07.2019-cu il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh ümumi dəyəri 1479 manat olan «Samsung UE55NU7090UXRU» markalı 1(bir)ədəd televizoru satıcıdan təhvil almışdır. İş materiallarına əlavə olunmuş iltizamın məzmunundan görünür ki, cavabdeh mobil telefon üzrə borcunu vaxtında ödəmədiyi və ya şirkətin razılığı olmadan başqasına verdiyi təqdirdə "xxxx" MMC müvafiq dövlət orqanına müraciət edərək bloklaşdırılmasına razılığını bildirmişdir. İş materiallarına əlavə olunmuş pretenziya məktubunun məzmunundan görünür ki, borcludan 1355 manat əsas borc öhdəliyini məktubun ona çatdığı gündən 7 gün ərzində icra edilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında alğı-satqı müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borc ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 06.01.2020ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsinə görə iddiaçı cavabdehə malı satmağı, cavabdeh isə həmin malı almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçı qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Ona görə də, məhkəmə cavabdehin ididaçı qarşısında borc öhdəliyinin olması halının aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1355 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1355 manat məbləğində əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2916/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2916/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver