Məhkəmə qərarları › İş №2(002)-292/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-292/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-292/2021 08.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 1800 (bir min səkkiz yüz) AZN, hüquqi xidmətə görə 110 (bir yüz on) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin tutularaq mənim xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ildə cavabdeh ondan pensiyasının artırılması adı ilə 1800 AZN pul vəsaiti almışdır. Sonra cavabdehin onu aldatdığını görüb ondan pulunu istəmişdir. Lakin cavcabdeh pulu qaytarmaqdan dolayısı ilə boyun qaçırdığını görüb Qaradağ Rayon polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Pərviz Məmmədovun xx xxxx 2020-ci il tarixli Qərarı ilə cavabdehin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh verdiyi izahatında ondan pulu aldığını etiraf etmiş, lakin pulu Cabbar adlı şəxsə verdiyini, Cabbar adlı şəxsin pulu qaytarmadığı üçün onun pulunu verə bilmədiyini bildirmişdir. O pulu cavabdehə vermiş və başqa şəxsləri, o cümlədən Cabbar adlı şəxsi tanımır. Cavabdehdən pulunu başqa cür ala bilməyəcək. Odur ki, cavabdehdən pulunu almaq üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəmə hazırlıq iclasındaiddia tələbinin qismən etiraf olunmasına dair yazılı ərizə təqdim edərək, iddiaçıdan 1500 manat məbləğində pulu indiyədək iddiaçıya qaytarmadığını, qalan hissədə iddia tələbini qəbul etmədiyini bildirmişdir. İddiaçının vəkili məhkəmə iclaısnda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, izahatında iddiaçıya 1500 manat pul qaytarmalı olduğunu, qalan hissədə isə iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına xx xxxx 2020-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşıdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müəyyən işin görürülməsi müqabilində cavabdehə 1800 manat məbləğində pul verdiyini, cavabdehin isə həmin məbləğdə pulu alsa da, öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, aldığı pulu da geri qaytarmadığını əsas gətirərək, həmin məbləğdə pul vəsasitinin geri qaytarılması tələbini irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, məhz iddiaçı ona məxsus olan 1800 manat məbləğində pul vəsaitini müəyyən işin görülməsi müqabilində cavabdehə verilməsi halını, cavabdeh tərəfindən isə heç bir öhdəliyin icra edilməməsi və həmin pul vəsaitinin əsassız olaraq saxlanılaraq ona geri qayatarılmaması halını sübut etmək öhdəliyini daşıyır. Bununla əlaqədar məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin iddiaçıdan müəyyən işin görülməsi müqabilində 1500 manat məbləğində pul vəsaitini alması, işini yerinə yetirmədiyi halda, həmin məbləğdə pulu indiyədək qaytarmaması halına dair iddia tələbinin qismən etiraf olunmasına dair yazılı ərizəsi olduğundan, iddiaçı həmin hisssədə iddia tələbinin və onun əsası kimi istinad olunan halların sübut edilməsi öhdəliyindən azaddır. Belə ki,məhkəmə araşdrıması zamanı cavabdeh iddia tələbini qismən qəbul edərək, iddiaçı tərəfindən müəyyən işin görülməsi müqabilində ona 1500 manat məbləğində pulun veridliyini, həmin məbləğdə pulu aldığını, lakin heç bir işi yerinə yetirmədiyini və həmin məbləğdə pulu indiyədək iddiaçıya qaytarmadığını bildimiş və iddia tələbini həmin hissədə etiraf olunmasına dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin iddia tələbinin qismən etiraf olunmasına dair yazılı əzriəsinin və həmin ərizədə qeyd olunan halların qanuna zidd olması və ya üçüncü şəxslərin hüquqlarını və ya qanuni mənafelərini pozmasına əsas verən hal aşkar eidlmədiyindən, cavabdehin iddia tələbinin qismən etiraf olunmasına dair yazılı ərizəsi təsdiq olunmalı və iddia tələbi qeyd olunan hissədə əsaslı olmaqla həmin hissədə təmin edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı müəyyən işin görülməsi müqabilində cavabdehə 1800 manat mələğində pul vəsaitini verdiyini bildirsə də, iddiaçı tərəfindən cavabdehə 1500 manat məbləğində deyil məhz 1800 manat məbləğdə pul vəsaitinin cavabdehə verilməsi, cavabdeh tərəfindən həmin məbləğdə pul vəsaitini almasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçı tərəfindən cavabdehə məhz 1800 manat məbləğdə pul vəsaitinin verilməsi, cavabdehin həmin məbləğdə pul vəsaitini əsassız olaraq özündə saxlanması, iddiaçıya geri qaytarmaması, nəticə etibarilə iddiaçının qeyd olunan məbləğdə pul vəsaitindən məhrum olması halını müəyyən etmək mümkün olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddia tələbi məhz cavabdehin iddia tələbinin qismın etiraf olunmasına dair hissədə (1500 manat məbləğində pul vəsaitinin qaytarılması) təmin edilməli, qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin hüquqi yardım göstərilməsi xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Rəhmanova Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxx 2008ci il tarixli 79 nömrəli Qərarında qeyd edilmişdir ki, ədalətli kompensasiyaya dair hər hansı tələb təfsilatlı göstərilməli və müvafiq təsdiqləyici sənədlərlə birgə yazılı şəkildə təqdim olumalıdır. Əks halda məhkəmə tələbi tam və ya qismən rədd edə bilər. Qeyd olunana halları əsas götürərək, məhkəmə vəkilin göstərdiyi hüquqi yardımla bağlı xərcləri, habelə işin konkret hallarını nəzərə alaraq, hesab edir ki, məhkəmə xərcləri ilə bağlı cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul vəsaiti 60 manat qismində ağalabatan məbləğ kimi qəbul edilməklə, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materialalrından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilə iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd olunan normalarını rəhbər tutaraq, habelə iddia tələbinin təmin edilmiş hissəsini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də əsaslı olmaqla, təmin eidlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsaəsn məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X3 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pulun geri qaytarılması tələbinə dair iddiası qismən təmin olunmalı, 1500 manat məbləğində pul vəsaiti, hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində pul vəsaiti, hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar