Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2932/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 9000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdehlə kredit müqaviləsi bağlanmış,müqaviləyə əsasən ona 9000 manat pul borc vermişdir.Bununla bağlı 01.04.2017-ci il tarixdə 8 saylı notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır.Müqavilənin şərtinə görə həmin pul borcunu 01.04.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.Hazırda müddət bitsə də,ona olan borcunu qaytarmır.Müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır.Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir.Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, hazırki mülki iş üzrə kredit müqaviləsinin bağlanması ilə bağlı notariat işini də təqdim etdiyini, həmin dövrdə bank vasitəsilə pulun ödənilməsi proseduru olmadığından, ancaq bu formada pulun alınıb-verilməsi məsələsi həll olunurdu, rüsumun ödənilməsinə dair qəbz də mövcuddur, həmin sənədlərdə də cavabdehin kredit müqaviləsi üzrə pulu təhvil aldığının qeyd eidliyini, cavabdeh pulu təhvil alsa da , indiyədək heç bir ödəniş etməmişdir, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01.04.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 9 000 manat məbləğində pul vəsaitini borc vermiş, borcalan həmin pul vəsaitini 01.04.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. İş materiallarında olan 8 saylı Notariat Ofisinin təqdim etdiyi 01.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə notariat işinin məzmunundan aydın olur ki, həmin Notariat Ofisində İddiaçı ilə Cavabdeh arasında 01.04.2017-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, İddiaçı pulu sayıb təhvil verdiyini, Cavabdeh isə pulu sayıb təhvil aldığını qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 01 aprel 2017-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı 9.000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 01.04.2019-cu il tarixədək həmin borcu borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər aralarında bağladıqları kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öz üzərinə götürüdüyü 9 000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması ilə bağlı öhdəliyin icra edilməsi müddətini dəqiq şəkildə müəyyən etmişlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri öhdəliyin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində onun məsuliyyəti yaranmışdır. Həmçinin, tərəflər arasında bağlanılmış kredit müqviləsinin 6-cı bəndinə əsasən borc üzrə öhdəliyin icrası borc sənədinin üzərində edilmiş qeydlə təsdiq edilməlidir. Lakin məhkəmə araşdırması zamanı borcun tam və ya hissə-hissə ödənilməsinə dair hər hansın qeydin aparılması halı müəyyən edilməmiş, habelə cavabdeh tərəfində də məhkəməyə həmin halla bağlı heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi borcun qaytarılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu öd\nilmiş və buna dair müvafiq qəbz iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 01.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9000 (doqquz min ) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9 000 (doqquz min ) manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2932/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2932/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver